DUNK

v batırmaq; basmaq (suya); She always dunks her biscuits in her coffee O həmişə peçenyesini qəhvəyə batırır

DUNGHILL
DUOLOGUE
OBASTAN VİKİ
Aysedora Dunkan
Aysedora Dunkan (ing. Isadora Duncan, doğum adı ing. Dora Angela Duncan Dora Angela Dunkan, 26 may 1877 və ya 27 may 1878[…], San-Fransisko, Kaliforniya – 14 sentyabr 1927[…], Nitsa, Üçüncü Fransa Respublikası) — Qərbdə və Rusiyada Aysedora Dunkan adı ilə tanınmış amerikalı balerina, müasir rəqs sənətinin banislərindən biri. Rusiya şairi Sergey Yeseninin həyat yoldaşı olmuş, 1921–1924-cü illərdə Moskvada yaşamışdır. Veneradakı Duncan krateri onun şərəfinə adlandırılmışdır. Aysedora Dunkan rəqslərində Qədim Yunan plastikasından istifadə edirdi, ayaqyalın oynayırdı. == Həyatı == === Erkən illər === Aysedora Dunkan 27 may 1877-ci ildə San-Fransiskoda bankir, dağ-mədən mühəndisi, sənət bilicisi Cozef Çarlz Dunkan (1819–1898) və Mariya Aysadora Qrey (1849–1922) ailəsində anadan olumuşdur. Ailənin ən kiçik uşağı idi. Onun böyük qardaşları — Raymond, Avgustine (Augustin), həmçinin bacısı — Elizabet də rəqslə məşqul olurdular. Aysedora Dunkan anadan olandan qısa müddət sonra atası bank fırıldaqlığı nəticəsində müflis oldu və valideynləri boşandı.
Dunkan boğazı
Dunkan boğazı - Hind okeanınında yerləşən Böyük Andaman arxipelaqına daxil olan Rutland asını Kiçik Andaman adalarından ayırır. Hind okeanında yerləşən Andaman dənizini Benqal körfəzi ilə birləşdirir. Boğaz daxilində kiçik adalar arası Bacılar, Şimal Qardaş və Cənub Qardaş boğazları vardır.
Dunkin' Donuts
Dunkin' Donuts — Ponçik ilə qəhvə satan mağazalar şəbəkəsi, Dunkin' Brands şirkətinin qollarından biridir. == Tarixçəsi == "Dunkin Donuts" markalı donuts və qəhvə satan kafenin tarixi 1950-ci ildə Bill Rozenberqin Massaçusets, Kuinsidə ilk kafesini açması ilə başlayıb. 1955-ci ildə şirkət Françayzinq lisenziyası alıb. Bu gün bu donut şəbəkəsi dünyanın 45 ölkəsində fəaliyyət göstərir və hər gün 5 milyondan çox ziyarətçiyə xidmət edir. == Məkanlar == 28 dekabr 2013-cü il tarixinə görə, ümumilikdə 10 858 Dunkin' Donuts mağazası var. Bunlardan 7 677 ABŞ-də, 3 181 isə digər ölkələrdə fəaliyyət göstərir. Bu rəqəm Starbucks ilə müqayisə edildikdə, Starbucks şirkəti 17 009 mağaza ilə Dunkin' Donuts-u böyük rəqəmlə geridə qoyur. === ABŞ-də Dunkin' Donuts === Dunkin' Donuts kafesi ABŞ-də yarandığı üçün digər ölkələrə nisbətən daha çox ABŞ-də yayılıb. Hətta, ABŞ-dəki Dunkin' Donuts mağazalarının sayı digər ölkələrdə ümumi mağazaların sayından 2 dəfə çoxdur. === Dünya ölkələrində Dunkin' Donuts === Hal-hazırda çox yayılmasa da, dünya ölkələrdə ümumilikdə 3 181 mağazası vardır.
Hirş-Dunker həmkarlar ittifaqları
Hirş-Dunker həmkarlar ittifaqları — Burjua proqressist partiyasının xadimlərindən M. Hirş və F. Dunker tərəfindən 1868-ci ildə yaradılmış Almaniya reformist həmkarlar ittifaqı təşkilatılarıdır. Hirş-Dunker həmkarlar ittifaqlarının təşkilatçıları əmək və kapital mənafeyinin "ahəngdarlığı ideyasını təbliğ edir, ittifaqlara fəhlələrlə yanaşı kapitalistlərin də qəbul olunmasını mümkün sayır, tətil mübarizəsinin məqsədəuyğunluğunu inkar edirdilər. Onlar belə bir iddia irəli sürürdülər ki, kapitalizm cəmiyyəti çərçivəsində burjua dövlətinin qanunvericiliyi vasitəsi ilə, həmkarlar təşkilatının köməyi ilə fəhlələri kapital zülmündən xilas etmək mümkündür; onlar həmkarlar ittifaqlarının başlıca vəzifəsini fəhlələrlə sahibkarlar arasında vasitəçilik etməkdə və pul toplamaqda görürdülər. Hirş-Dunker həmkarlar ittifaqlarının tətillərə mənfi münasibəti bu həmkarlar ittifaqlarını ştreykbrexer təşkilatlarına çevirirdi; onların fəaliyyəti başlıcxa olaraq qarşılıqlı yardım kassaları və mədəni-maarif təşkilatları çərçivəsi ilə məhdudlaşırdı. 1933-cü ilin mayınadək mövcud olmuş Hirş-Dunker həmkarlar ittifaqları burjuaziyanın bütün səylərinə və hökumət orqanlarının köməyinə baxmayaraq heç bir zaman Almaniya fəhlə hərəkatında ciddi qüvvə olmamışdır. 1933-cü ildə Hirş-Dunker həmkarlar ittifaqlarının opportunist xadimləri faşist "əmək cəbhəsinə" daxil oldular. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilbda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 155.
Maykl Klark Dunkan
Maykl Klark Dunkan (ing.