Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hegemon
Hegemon (yun. ἡγεμών, «rəhbər, aparıcı, himayədar») — hegemoniyanı həyata keçirən şəxs, dövlət, ictimai sinif. Tarixən termin rəhbəri qeyd etmək üçün istifadə edilib. İkinci Korinf konqresində Makedoniyalı İsgəndər Korinf ittifaqının hegemonu elan edilmişdi.
Hegemoniya
Hegemoniya (yun. hegemonia — “hökmranlıq”, “birincilik” deməkdir) — bir sinfin başqa siniflərə görə və ya hər hansı bir dövlətin başqa dövlətdən üstün olmasına, rəhbərliyinə, rəhbər roluna deyilir. Tarixən bu termin Yunan siyasətlərinin birliyindən ən güclü şəhər-dövlətin üstünlüyünü ifadə etmək üçün istifadə edilmişdir. Bu termin marksist filosof Antonio Gramsci-nin hegemonluq nəzəriyyəsi kimi bir çox başqa kontekstlərdə də istifadə olunur. == Terminin yaranması == Hegemon, igemon (q.yun. ἡγεμών — lider, bələdçi, mentor, rəhbər) — hegemonluğu həyata keçirən şəxs, dövlət və ya sosial təbəqə. Tarixən termin lider və ya komandir, qubernator, daha az - imperator titulunu ifadə etmək üçün istifadə edilmişdir. Beləliklə, II Korinf Konqresində Makedoniyalı İskəndər Korinf İttifaqının hegemonu elan edildi. Əhdi-Cədiddə Yəhudeya prokuroru Ponti Pilat hegemon titulu adlanır (egemon; Bulqakovun əsərində müasir yunan tələffüzündə hegemondur). Nümunə olaraq federasiyadakı bir əyalət (Almaniya İmperiyasında Prussiya (krallıq)) və ya bir qurumdakı bir şəxs (Fransa Konsulluğunda Napoleon I) ola bilər.
Begemot
Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius), həmçinin su atı — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur. == Etimologiya == "Begemot" sözü Qərbi Avropa dillərindən (fransız və ya alman) rus dilinə "Əyyub Peyğəmbərin Kitabı"ndan nəhəng və güclü heyvan (ivrit dilində behemot) mənasını verən söz kimi daxil olmuşdur. "Behemot" sözünə qarşılıq olaraq dilimizdə rus dilindəki versiya (бегемот [beqemot]) əsas götürüldüyü üçün hal-hazırda bu söz Azərbaycan dilində "begemot" kimi işlənir.
Cırtdan begemot
Cırtdan begemot – Cücə begemodu və ya cırtdan begemot (Choeropsis liberiensis) kiçik bir begemotdur və vətəni Qərbi Afrikanın meşələrində və bataqlıqlarında, ilk növbədə Liberiyada, Syerra Leone, Qvineya və Fil Dişi Sahilində məskunlaşır. Vətəni Nigeriyadır.Cırtda begemot quruya uyğunlaşa bilir, lakin begemot kimi dərisini nəm və bədən istiliyini sərin saxlamaq üçün suda yaşayır. Cütləşmə və doğum suda və ya quruda baş verə bilir. Cırtdan begemot ot yeyəndir. Bu səbəbdən meşələrdə tapdığı qıjılar, enliyarpaqlı bitkilər, otlar və meyvələrlə qidalanır. Cırtdan begemotları 19-cu əsrə qədər Qərbi Afrikadan kənarda tanınmırdı. 20-ci əsrin əvvəllərində zooparklara təqdim edilmişdir. Onlar əsirlikdə yaxşı çoxalırlar və tədqiqatların böyük əksəriyyəti zoopark nümunələrindən əldə edilir. Növlərin əsirlikdə sağ qalması vəhşi təbiətdən daha çox təmin edilir; 2015-ci ildəki qiymətləndirmədə, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təxminlərinə görə, təbiətdə 2500-dən az cırtdan begemot qalmaqdadır. == Taksonomiyası == Erkək piqme begemotu öküz, dişi inək balası dana kimi tanınır.
Egemen Berköz
Egemen Berköz (1941) — Türkiyə şairi, tərcüməçi. == Həyatı == Karadeniz Ereglisində doğulub. 1959–cu ildə Bolu Liseyini, 1963–cü ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsini bitirib. İtalyan dilindən bir sıra önəmli tərcümələr edib. İlk şeiri 1959–cu ildə «Yeditəpə» dərgisində dərc olunub. İlk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Aleksandr Hemon
Aleksandr Hemon (bosn. Aleksandar Hemon, 9 sentyabr 1964, Sarayevo) — Bosniya əsilli Amerika yazıçısı, publisist. Əsərlərini ingilis dilində yazır. == Tərcümeyi-hal == Atası yarı ukraynalı (yazıçı babası Birinci Dünya Müharibəsi dövründə Qərbi Ukraynadan Bosniyaya gəlmişdir), anası bosniyalı serbdir. Sarayevo Universitetini bitirib, 1990-cı ildən çap olunmağa başladı. 1992- ci ildə Çikaqoya turist olaraq gəldi , Bosniya müharibəsi başladıqdan sonra ABŞ-də qalmaq qərarına gəldi. İngilis dilini demək olar ki bilmirdi. Bir neçə peşə dəyişdirdi, sonra isə ingilis dilində yazmağa başladı. İngilis dilində ilk nəşri 1995-ci ildə baş tutdu. New York Times, New Yorker, Esquire, Paris Review, Granta və s.
Agemon (Korinf çarı)
Agemon (q.yun. Ἀγήμων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aristomedin qardaşı və davamçısıdır.Korinf çarı Agemon Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telest hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
İhan Egemen Darendelioğlu
İhan Egemen Darendelioğlu (1921, Tarsus, Mersin ili – 19 noyabr 1979) — “Sarı basın kartı” sahibi, qəzet müxbiri, yazıçı, tarix tədqiqatçısı. 1921-ci ildə Mersinin Tarsus bölgəsinin Kürkçülər kəndində doğulub. İbtidai məktəbi elə o kəndə bitirib. Orta məktəbi isə Tarsusda Çukurovada bitirmişdir. Adana Oğlan liseyindən məzun olmuşdur. Ali təhsilini İstanbul Universitetində almış və Ədəbiyyat fakultəsinin Türkologiya şöbəsini bitirmişdir. 1948-ci ildə “ Yeni bozkurt” dərgisini nəş etməyə başlayır. 1950-ci ildə əsgərliyə getmiş, qayıtdıqdan sonra İstanbulda türk dili müəllimi işləmişdir. Sonra isə mətbuat həyatına qoşulmuşdur. Bayeziddə “ Toprak” mətbəəsini yaratdı, 1954-cü ildə aylıq “ Ülkü” dərgisi nəşr olunmağa başladı.
Müşfiq Hətəmov
Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir. == Fəaliyyəti == 1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.
Müşviq Hətəmov
Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir. == Fəaliyyəti == 1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.
Orxan Hətəmov
Rövşən Hətəmov
Rəhman Hətəmov
Rəhman Süleyman oğlu Hətəmov — Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Əməkdar məşqçi", 5-ci dan qara kəmər sahibi == Həyatı == Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == Rəhman Hətəmov ilk təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, ikinci təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, magistr təhsilini isə Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetində alıb. == Karyerası == 10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür. 1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır. 2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həmdə komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi. 2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında komandanın qalibiyyəti haqqında Rəhman Hətəmov qeyd etmişdir: “Çempionat nəticəsində əldə etdiyimiz nailiyyətlər - 2 qızıl və 1 bürünc medal göstərdi ki, Azərbaycan karatesi Avropada ən güclü karate məktəblərindəndir.
Sevindik Hətəmov
Hətəmov Sevindik Hacıağa oğlu (7 aprel 1969, Güləbird, Laçın rayonu) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Sevindik Hətəmov 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci illdə Güləbird kənd orta məktəbini bitirib. 1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999–2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib. 2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.