Göy göllər (Kabarda-Balkariya)
Göy göllər (kab.-çərk. Шэдхъурей) — Kabarda-Balkariyanın Çerek rayonunda yerləşən 5 karst gölündən ibarət qrup. Nalçikdən təxminən 30 km cənubda (düz bir xəttdə) Çerek Balkarski çayının vadisində, Çerek Balkarski və Çerek-Bezengiyski çaylarının Çerek çayına qovuşmasından 6 km yuxarıda yerləşirlər.
Göllərə Aşağı Göy göl (Tserik-Kol, Çerek-Kol), Yuxarı Göy göl, həmçinin Quru göl və Gizli göl daxildir.
Aşağı Göy göl yaşıl-mavi rəngə və daimi su temperaturu 9.3 °C-yə malikdir. Gölün adı Tserik-Köl, balkarcadan "çürük göl" kimi tərcümə olunur. Səbəb isə suyun tərkibində həll olmuş hidrogen sulfid olmasıdr. Bu səbəbdən suyunun çürümüş yumurtaları xatırladan xüsusi bir qoxusu var. Dəniz səviyyəsindən 809 m yüksəklikdə yerləşir. Gölün sahəsi 0,0216 km²-dir (235 × 120–180 m).