Dəhşət ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var.
== Tarix ==
=== Janrın mənbələri ===
Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq
" "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o qədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir o qədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i).
Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi.
1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".