DƏMGİL

(Borçalı, Çənbərək, Qazax, Şəmkir)
seyrək, tək-tək, orda-burda. – Toxumu siçan ye:f, taxıl dəmgil bitif (Borçalı); – Üzündə dəmgil çili var (Qazax); – Qartof dəmgil bitif deyn yer qarala qalıf (Çənbərək)
DƏMGƏLGÖZ
DƏMĞƏL
OBASTAN VİKİ
Dəmgil
Dəmgil — bitkilərdə, əsasən də meyvə və giləmeyvələrdə rast gəlinən xəstəlik. Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz rəngli ləkələr əmələ gəlir. Meyvələrin erkən müddətlərdə zədələnməsi daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir.

Значение слова в других словарях