DƏVƏÇİ

сущ.
1. погонщик верблюдов; верблюжатник
2. владелец верблюдов
DƏVƏCİKLƏR
DƏVƏÇİLİK
OBASTAN VİKİ
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Dəvəçi (Qoşaçay)
Dəvəçi (fars. دوه چي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 457 nəfər yaşayır (107 ailə).
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. == Tarixi == Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Dəvəçi rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. == Tarixi == 1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.
Dəvəçi şəhəri
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Samur-Dəvəçi kanalı
Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri. 1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi.
Samur-Dəvəçi ovalığı
Samur-Dəvəçi ovalığı — Azərbaycanın şimal hissəsində yerləşən ovalıq. Samur-Dəvəçi ovalığı Böyük Qafqaz ilə Xəzər dənizi arasındakı məkanı əhatə edir. Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıtçay arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.
Dəvəçi-i Süfla (Meşkinşəhr)
Dəvəçi-i Süfla (fars. دوه چي سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 159 nəfər yaşayır (36 ailə).
Dəvəçi-i Ülya (Meşkinşəhr)
Dəvəçi-i Ülya (fars. دوه چي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 754 nəfər yaşayır (168 ailə).
Samur-Dəvəçi Kanalı (1940)
Film Samur-Dəvəçi kanalının tikintisinə və açılışına həsr olunmuşdur. Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov Operator assistenti: Teyyub Axundov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67-68.
Samur-Dəvəçi kanalı (film, 1940)
Film Samur-Dəvəçi kanalının tikintisinə və açılışına həsr olunmuşdur. Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov Operator assistenti: Teyyub Axundov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67-68.
54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi
Stalin adına Samur-Dəvəçi kanalı (film, 1939)
Film Stalin adına Samur-Dəvəçi kanalının çəkilməsində Azərbaycan inşaatçılarının fədakar işindən və kanalın açılışından danışır. Film saxlanılmayıb.
Azərbaycanda dəvəçilik
Azərbaycanda dəvəçilik — Azərbaycan Respublikası ərazisində dəvələrin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur. Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2-0.3 min baş arası olması qeyd edilir. Sumayıtın Corat qəsəbəsində dəvə ətindən hazırlanmış Corat qutabı hazırlanır.
Dəvəçilik
Dəvəçilik — Heyvandarlığın bir növü olub, dəvə saxlama və dəvə ilə yük daşıma işindən ibarətdir. Əsasən səhra, yarımsəhra və quru çöl ərazilərində yayılmışdır. Dəvəçilikdə süd, ət və yun əldə edilir. Üstəlik dəvədən minik və yük vastəsi kimi istifadə olunur. Bu kənd təsərrüfatı sahəsi ərəb və islam ölkələrinin arid ərazilərində yayılmışdır. 1997-ci ildə dünyada 19,63 mln baş dəvə olmuşdur. Bunun 6,1 mln başı Somalidə, 3,1 mln başı Sudanda yetişdirilmişdir. Üstəlik milyon baş Hindistan, Mavritaniya, Pakistan, Efiopiya ərazilərində mövcud olmuşdur. Mərkəzi Asiya və Qazaxıstan ərazilərində üç cins ikihürgüclü (Kalmıs, Qazax, və Monqol) və bir cins Bir hürgüclü (Arvana) dəvə yerişdirilir.

Значение слова в других словарях