dəyişim
dəyişkənlik
OBASTAN VİKİ
Dəyişkən kodofil
Yaşıl nezara (lat. Codophila varia F.- ) — buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Yaşıl rəngdə olub, qanadı üstündə boz və ağ yatıq şəkildə tükləri vardır. Bədəninin uzunluğu 3–4 mm-dir. Yumurtalarını kiçik qruplar halında bir cərgədə, bəzən isə qarışıq halda tökür. Bu zərərverici öz yumurtalarını yarpağın damarlarına yox, qırağına qoyur. İldə 2–3 nəsil verir. Yumurtaların inkişafı 14–16 gün çəkir. Sürfələrin qışlayan yumurtalardan çıxması aprel ayında müşahidə olunur. Sürfələr bitki şirəsi ilə qidalanaraq 5 dəfə qabıq dəyişir.
Dəyişkən palıd
Dəyişkən palıd (lat. Quercus variabilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Dəyişkənlik
Dəyişkənlik — irsi əlamətlərin dəyişməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Dəyişkənlik (biologiya)
Dəyişkənlik- müxtəlif qohumluq dərəcələrində olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə və əlamət müxtəlifliyinin meydana çıxması. Dəyişkənliyin əsas səbəbi orqanizmin həyat şəraitində baş verən dəyişilmələrdir. Dəyişkənliyin irsi və qeyri-irsi, fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ, istiqamətli və istiqamətsiz, adaptiv və qeyri-adaptiv və s. formalarına təsadüf edilir. İrsi dəyişkənlik adətən müxtəlif mutasiyaların baş verməsi və çarpazlaşması nəticəsində meydana çıxır. Qeyri-irsi dəyişkənlik dedikdə, fərdin və ya fərdlərin əlamət və xassələrində xarici mühitin təsiri ilə (qida, temperatur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur. Modifikasiya dəyişkənliyi adlanan qeyri irsi dəyişkənlik yalnız həmin dəyişkənliyin meydana çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni nəsildə baş verə bilər. Məs., bir çox cücünün rəngi alçaq temperaturda tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq mühit şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif nəsillərində dəyişkənliyin meydana çıxmasına səbəb olur. Belə dəyişkənliyə mövsümi dəyişkənlik deyilir.
Modifikasiya dəyişkənliyi
Modifikasiya dəyişkənliyi — Çarlz Darvin canlılarda çoxlu fərqli xüsusiyyətlərin olmasını müşahidə etmişdir. İstər mədəni bitki və ev heyvanlarının, istərsə də təbiətdəki vəhşi heyvan və yabanı bitki növlərinin bu qədər müxtəlif olması onu maraqlandırmışdır. O apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlmişdir ki, canlılar, əsasən, ətraf mühitin təsiri nəticəsində dəyişir. Çarlz Darvin öz fikirlərini sübut etməyə çalışmışdır. Darvin apardığı müşahidə və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, orqanizmlər irsən malik olduqları fərdi xüsusiyyətlərlə və yaşadıqları şəraitdəki mühit amillərinin təsiri ilə əlaqədar inkişaf edir. Bu isə onlarda müxtəlif dəyişikliklərin baş verməsinə səbəb olur. Orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi və ya növ daxilindəki fərdlər arasındakı fərqlər dəyişkənlik adlanır. Darvin dəyişkənliyin səbəblərini araşdırıb formalarını da göstərmişdir. Dəyişkənlik iki cür olur: qeyri-irsi (modifikasiya) dəyişkənliyi irsi dəyişkənlik genotip dəyişmir; irsən ötürülmür; növlərin uyğunlaşmasını təmin edir; tədricən baş verir; növləri qoruyub saxlayır; qrup xarakterlidir. Növün müxtəlif şəraitdə yaşayan fərdlərində bəzi fərqli cəhətlərin meydana çıxması məlumdur.
İqlim dəyişkənliyi
İqlim dəyişmələri — bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. Həm hava parametrlərinin orta dəyərindəki dəyişikliklər, həm də ekstremal hava hadisələrinin tezliyindəki dəyişikliklər nəzərə alınır. İqlim dəyişikliyinin öyrənilməsi paleoklimatologiya elmidir. İqlim dəyişikliyinin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Mövcud iqlimin dəyişməsi (istinmə istiqamətində) qlobal istiləşmə adlanır. Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.

Значение слова в других словарях