EKSTRADİSİYA

is. \[lat. ex "-dan, -dən xaric" + tradition "vermə, təslim etmə"\] siy. Bir dövlətin istəyi ilə digərinin cinayətkarı həbs edərək ona təhvil verməsindən ibarət cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası əməkdaşlığın bir növü.
EKSTERYER
EKVAYER
OBASTAN VİKİ
Ekstradisiya
Ekstradisiya (cinayətkarların təhvil verilməsi) — cinayət törədən şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə yaxud da cinayətkarın vətəndaşı olduğu dövlətə verilməsidir. cinayətkarlıqla mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlıq forması. Cinayətdə şübhəli bilinən və ya təsirləndirilən, eləcə də cinayətdə ittiham olunan həbs edilmiş şəxsin bir dövlətdən başqa bir dövlətə (birincinin müraciətinə əsasən) ötürülməsi. Son dövrlərdə "ekstradisiya" terminini düzgün olmayaraq "deportasiya" termininin yerinə işlədirlər.
Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar (2019)
2019-cu ildə Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar — Çinə ekstradisiyanı nəzərdə tutan mübahisəli qanun layihəsinin parlamentə təqdim olunmasından sonra başlayıb. Nümayişlər başlayandan sonra mübahisəli sənədin təsdiqi təxirə salınıb. Etirazlar 1997-ci ildən bəri Honkonqda ən izdihamlı kütləvi aksiya sayılır.
Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi
Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi — Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir. Ramil Səfərov bu hadisə ilə bağlı ilk açıqlamasında "Bu, ədalətin bərpasıdır" demişdir. 1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul etmiş və onu mayor rütbəsi ilə təltif etmişdir. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilmişdir. Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar Ermənistan və erməni diasporu arasında süni ajiotaj yaranmışdır. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələməyə başladılar. 3 sentyabr 2012-ci il tarixində Azərbaycanın Macarıstan səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilmişdir. Buna cavab olaraq, 12 iyun 1993-cü il tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürmüş İbad Hüseynov mətbuata müsahibəsində bildirmişdir ki: "ASALA terror təşkilatının rəhbəri Monte Melkonyanı ermənilərin içərisindən oğurlayıb gətirmişəm. Bu gün də inanıram ki, erməni bizim qüdrətli ordumuza bata bilməz.

Значение слова в других словарях