Ekstraksiya
Ekstraksiya — iki faza arasında, bir çox hallarda iki qarışmayan mayelər arasında (adətən su və üzvi həlledici arasında)maddənin fiziki-kimyəvi paylanma prosesi və maddələrin uyğun ayrılma, parçalanma və qatılaşdırma üsuludur.
== Ekstraksiya zamanı baş verən prosesler ==
Ekstraksiya zamanı aşağıdakı prosesler baş verir:
Ekstraksiya olunan birləşmələrin yaranması
Su və üzvi fazalar arasında ekstraksiya olunan birləşmələrin paylanması
Üzvi fazada nüfuz olan reaksiyalar –dissosiasiya, assosiasiya və polimerizasiya
Ekstraksiya olunan birləşmələrin yaranması hesabına birləşmə (adətən üzvi fazada)ekstraqent adlanır.Ekstraqentin fiziki və ekstraksiya xassələrinin yaxşılaşdırılması üçün tətbiq olunan təsirsiz üzvi həlledicilər-xloroform, karbon turşuları, benzol və s.durulaşdırıcı adlanır.
Su fazasından ayrılan ekstraksiya olunan birləşmələri saxlayan üzvi faza ekstrakt adlanır.Üzvi fazadan su fazasına maddə köçürülməsi reekstraksiya, reekstraksiya üçün istifadə olunan məhlul reekstraqent adlanır.
== Maddənin ekstraksiya şərtləri ==
Metal ionunun və digər yüklü zərrəciklərin üzvi fazaya keçməsi üçün yükü neytrallaşdırmaq lazımdır.Metal ionlarını yüksüz kompleksə birləşdirmək olar, yükü olan kompleksləri ion assosiatları şəklində ekstraksiya etmək olar.
Əgər ekstraksiya olunan birləşmələrin üzvi həlledicidə həllediciliyi sudaki həlledicidən yüksəkdirsə, ekstraksiya mümkündür.Solvatasiya enerjisi nə qədər çox və hidrotasiya enerjisi nə qədər azdırsa ayrılma dərəcəsi bir o qədər yüksəkdir.
Birləşmənin üzvi həlledicidə yaxşı həll olunması üçün onun hidrofobluğunu təmin etmək lazımdır, yəni bir qayda olaraq (-SO3H,-COOH,-OH) və s. olmalıdır və xelatın xarici üzvi hissəsi kifayət qədər həcmli olmalıdır ki,molekulun hidrofil hissəsini təcrid edə bilsin.
Ekstraksiya olunan birləşmə malekulunun ölçüləri artdıqca ayrılma dərəcəsi adətən artır, çünki iri malekullar suyun strukturunu pozur.
Ekstraqentin malekulları ilə solvatasiya ekstraksiyaya səbəb olur.
İon assisotlarının ekstraksiyası zamanı ionlarının yükü və ölçüsü mühümdür: ionların yükü artdıqca və olçüsü azaldıqca ekstraksiya pisləşir.Digər bərabər şəraitlərdə biryüklü ionlar pis ekstraksiya olunur.