ELECTRONICS

n tex. elektronika

ELECTRONIC
ELEGANCE
OBASTAN VİKİ
Baku Electronics
Baku Electronics — Azərbaycanda elektronika, mebel, nəqliyyat satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Baku Electronics 1994-cü ildə pərakəndə, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"-in bir parçası olaraq Azərbaycanda yaradılıb. Hazırda Respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir. "Baku Electronics" Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi markaların rəsmi distribütoru, Apple brendinin isə rəsmi satış təmsilçisidir. == Tarixi == Baku Electronics şirkəti 1994-cü ildə Türkiyədə yerləşən "NAB Holdinq" tərəfindən Azərbaycanda yaradılıb. İlk mağazanın fəaliyyətə başlamasından 1 il sonra 1995-ci ildə "Samsung Electronics"-in Azərbaycanda rəsmi distribütoru oldu. 2001-ci ildən etibarən "Groupe SEB" şirkətlər qrupunun "Tefal", "Moulinex", "Rowenta", "Krups" kimi şirkətlərini rəsmi distribütoru oldu. 2007-ci ildə isə "Lagostina"-nın rəsmi distribütoru oldu.
LG Electronics
LG Electronics Ins. — Cənubi Koreyaya məxsus elektronika şirkəti. Dünyada 100-dən çox yerdə var olan, 82.000 işçisi olan şirkət, LG Qrupunun bir parçasıdır. LG Electronics beş ayrı bölmədə elektronika istehsal edir: Mobil Əlaqə, Ev Əyləncə, Ev Alətləri, Kondisioner və Enerji Həllləri, Maşın Hissələri. 2013-cü ildə qlobal satışlarında şirkət 53.10 milyard ABŞ dolları gəlir əldə etmişdir.
Samsung Electronics
Samsung Electronics (kor. 삼성전자; Hanca: 三星電子) — Cənubi Koreyanın elektronika istehsalçı şirkətidir. Baş ofisi Suvon şəhərində yerləşir. Samsung şirkətlər qrupunun əsas rol oynayan şirkətidir. Gəlir həcminə görə dünyanın ən iri informasiya texnologiyaları şirkətidir. Samsung Electronics Apple, Sony, HTC, Nokia və s. kimi şirkətlərə müxtəlif elektronika hissələri - LCD displeylər, lithium-ion batareyaları, yarımkeçiricilər, çiplər, fləş yaddaş çipləri, sərt disk qurğuları və s. istehsal edir. 2019-cu ilə olan məlumata görə, Samsung Electronics gəlirlərinə görə dünyanın ikinci ən böyük texnologiya şirkətidir və onun bazar dəyəri 520,65 milyard ABŞ dolları təşkil edərək dünyada 12-ci ən böyük şirkətdir. Dünyanın ən iri smartfon istehsalçısıdır.
İrşad Electronics
İrşad — Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında Rəşad Qəribov tərəfindən yaradılıb. 2022-ci ildə Bakı, Sumqayıt daxil olmaqla 19 şəhər və rayonda mağazalar şəbəkəsi, ölkə üzrə 700-dən çox dileri mövcuddur. "İrşad" 2000-ci ildə "I&R Telecom" adı altında Bakı şəhərində fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən paytaxtda və regionlarda mağazalarının sayını artıraraq şəbəkəni genişləndirib. 2007-ci ilin sonunda "I&R Telecom" rebrendinq etdi və şirkətin adını dəyişərək "İrşad Telecom" adı altında fəaliyyətini davam etdirməyə başladı. 2018-ci ildən şirkət "İrşad Electronics" adı ilə fəaliyyətini davam etdirir və elektron məhsulların satışına başlayır. 2021-ci il mart ayının birindən etibarən isə "İrşad" adı ilə fəaliyyətini davam etdirir. Hazırda "İrşad" şəbəkəsi Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Göyçay, Lənkəran, İmişli, Quba, Qəbələ, Masallı, Şəmkir, Xaçmaz, Tovuz, Sabirabad, Ağcabədi, Cəlilabad, Yevlax bölgələrində 42-dən artıq mağazası ilə fəaliyyət göstərir.
China Electronics Corporation
Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir. Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir. == Tarixi == Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur. Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi. 2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir. 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.