elektrikləşmək
elektrikoyadıcı 2021
OBASTAN VİKİ
Elektrikli velosiped
Elektrik velosipedi (və ya başqa adla elektrikli velosiped, elektriklə işləyən velosiped) — elektrik mühərriki ilə işləyən velosiped. Hal-hazırda dünyada müxtəlif növ elektrik velosipedləri var. Elektrik velosipedlərinin hamısını pedala sürmək mümkün olduğuna görə, onları motosikl kateqoriyasına aid etmirlər. Elektrik velosipedləri yenidən doldurula bilən batteryalardan istifadə edirlər, yüngül mühərrikli velosipedlər 25–32 km/saat sürətlə, daha ağır mühərrikli velosipedlər isə 45 km/saat sürətlə gedə bilir. Bəzi ölkələrdə (misal üçün Almaniya) elektrik velosipedləri ənənəvi velosipedləri əvəzləyir. Digər qism ölkələrdə (misal üçün Çin) elektrik velosipedləri benzinlə işləyən moped və motosiklları əvəzləyir.
Elektriklilər
Elektriklikimilər-Torpediniformes dəstəsi. Elektrikli skatların 3 fəsiləsi, təxminən 40 növü məlumdur. Fəsilələr və çox tanınan növlər aşağıdakılardır: elektrikli skatlar (adi elektrikli skat, morsbi elektrik skatı və s.), narkidlər (kor elektrikli skat, Hindistan elektikli skatı və s.), termiridlər. Skatların bəzilərində iki, digərlərində bir bel üzgəci olur. Çox az növlərin bel üzgəci yoxdur. Elektrikli skatlar tropik və subtropik dənizlərin hamısında rast gəlinir. Əlvan rəngdə olan bu balıqların başının yanlarında cüt elektrik orqanları var. Bu orqanlarda heyvani cərəyan əmələ gəlib toplanır. Az hərəkətli olan bu skatlar pis üzür, dibdə torpağa yarı girmiş halda yaşayır. Balıqları və dib onurğasızlarını daha çox yeyirlər.

Значение слова в других словарях