elf

adj. onbir
Eleve
Elfe
OBASTAN VİKİ
Xarabaçıl-elf
Xarabaçıl-elf (lat. Micrathene) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Meksika və ABŞ-nin cənub-qərbində yaşayır. Kaktuslu çöllərdə ən çox yayılan quşlardandır. Bundan başqa, meşəliklərdə və nəmli savannalarda da rast gəlinir. Kaktus və ya ağac gövdələrində yuva qurub həşaratlar ilə qidalanır. Bayquşların ən kiçiyi olan cin bayquşunun oval başı gövdəsinə nisbətən iridir. Gözləri böyük və sarıdır.
Elf dilləri (Orta Dünya)
Elf dilləri – Con Tolkin tərəfindən Orta Dünya kainatı üçün yaradılmış süni dillər. Elflər tərəfindən danışılır. Qulağa melodik gəlməsi ilə populyar olmuşdur. Elf dilləri bir dil ailəsidir. Bu dil ailəsinin 15 dili var və onlar arasında əhəmiyyətli fərqliliklər var. Elf dil ailəsindəki bütün dillər ibtidai kvendi adlı qədim elf dilindən törənmişdir. Elflər fərqli coğrafiyaya yayıldıqca yeni dialekt və dillər ortaya çıxmışdır. Hətta Elf dilləri ailəsi ağacı belə mövcuddur və bu dillərin qohumluq əlaqələrini göstərir. Məlum olan elf dilləri Avarin, Kvenya, Telerin, Nandorin, Sindarin, Qoldoqrin və İlkorindir. Xüsusilə Kvenya və Sindarin dilləri daha populyardır.
Elfak Daşdəmirov
Elfaq Hüseynov
Elfaq Nağıyev
Elflər
Elflər (alm. elf‎ — ing. elf) — alman-skandinav və kelt folklorunda sehrli xalq. "Alvla" (q.skan. álfr) və sidlər (qəd. irl. sidhe) adları ilə tanınır. Müxtəlif miflərdə elflərin təsviri müxtəlifdir, ancaq bir qayda olaraq onlar gözəl, işıqlı, insana dost məxluqlardır. Ancaq onlar insanlardan daha hündür və gözəl təsvir olunur. Bununla belə insandan daha cəld və qüvvətlidir.
Elflər (Orta Dünya)
Elflər (ing. Elves, tək h. Elf) — Con R. R. Tolkinin legendariumunda Ardanın (Yerin) uzaq keçmişində, Orta Dünya qitəsində yaşayan azad xalqlardan biri, İlúvatarın böyük uşaqlarıdır. "İlk doğulanlar" (ing. Firstborn) kimi də adlanırdılar. İnsanlar və qnomlardan fərqli olaraq, elflər ölməzdilər. Elf personajları “Hobbit” və “Üzüklərin hökmdarında” var, lakin onların tarixi “Silmarillionda” daha tam təsvir edilir. == Mənşə == === German sözü === Müasir ingilis elf sözü köhnə ingilis ælf sözündən əmələ gəlir (analoqu bütün german dillərində mövcuddur). German mifologiyasında, elflərin müxtəlif növləri olub, erkən orta əsrlərdə eyni konsepsiya qərb alman mifologiyasında, skandinaviya miflərində və anqlosakson miflərində fərqlənməyə başladı, güman edilir ki keltlərin təsiri altında daha çox anqlosakson konsepsiyası fərqlənməyə başlamışdı. Tolkin məktubların birində onun elflərinin "daha məşhur əsərlərin" yəni skandinav mifologiyasının elflərindən fərqli olduğunu açıq şəkildə ifadə etmişdi.
Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır. Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir. == Məzmunu == Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.
Elfqita
Elqiva (və ya Elfqita, Elgiva, Ælfgifu, Aelgifu, Algyva, Aelgytha) — İngiltərənin kraliçası daha sonra isə rahibə. İngiltərə kralı Edmundun birinci həyat yoldaşı Edviq və Edqarın anası. Öz xronoloqiyasında Uvilyam Malmsberiyalı Elqivanın Müdrüklüyündən yazırdı. Elqiva həyat yoldaşı Edmundun ölümündən sonra Şaftsberi kilsəsinə köçüb.
Elfrida Elinek
Elfride Yelinek (alm. Elfriede Jelinek‎; 20 oktyabr 1946[…])) — Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı (2004), Henrix Böll mükafatı (1986), Georq Büxner mükafatı (1998), Henrix Heyne mükafatı (2002), Frans Kafka mükafatı (2004) laureatı. == Həyatı == Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek ölkənin cənubunda, Sloveniya ilə sərhəddə yerləşən Ştıria torpağında, qarışıq yəhudi-çex ailəsində doğulmuşdu. Yazıçının soyadı da çex-slavyan mənşəlidir. "Yelinek" çex dilində "maral" mənasını ifadə edir. Atası kimyaçı idi. Məhz peşəsinə zərurət olduğuna görə Hitlerin hakimiyyəti dönəmində yəhudi soyqırımından – Holokostdan salamat qurtara bilmişdi. Yelinek ailəsinin bir çox üzvlərinin həyatına isə həbs düşərgələrində son qoyulmuşdu. Görünür, bütün bunlar təsirsiz ötüşməmiş və aradan illər keçəndən sonra atasının psixikasının pozulması ilə nəticələnmişdi. Müalicə nəticə verməmişdi.
Elfrida Yelinek

Uilyam Elford Liç
Vilyam Elford Liç (ing. William Elford Leach 2 fevral 1790, Plimut, Devon qraflığı – 25 avqust 1836 və ya 26 avqust 1836) — İngiltərə zooloqu və dəniz bioloqu. Zoological Miscellany (1814–1817) Monograph on the British Crabs, Lobsters, Prawns and other Crustacea with pendunculated eyes (1815–1817) Systematic catalogue of the specimens of the indigenous Mammalia and birds in the British Museum (1816) (1882-ci il nəşri) Synopsis of the Mollusca of Great Britain (circulated 1820, but not published until 1852).
Vilyam Elford Liç

Elfsborq FK
Elfsborq İdman Cəmiyyəti (isv. Idrottsföreningen Elfsborg) və ya sadəcə Elfsborq (isv. Elfsborg) — İsveçin Buros şəhərini təmsil edən peşəkar futbol klubu. Klub Vesteryötlands Futbollforbund təşkilatının üzvü olan 24 İsveç klubundan biridir. "Elfsborq" Allsvenskanda çıxış edir və tarixinin böyük bir hissəsini İsveç futbolunun ən yüksək təbəqəsində keçirib. Klub ev oyunlarını 17 aprel 2005-ci ildən bəri Buros Arenada oynayır. Klub 1904-cü ildə 14–15 yaşlı 19 gəncdən ibarət qrup tərəfindən yaradılmışdır. 26 iyun 1904-cü ildə yaradılmış klubun ilkin adı "Buros Futbollslaq" idi. Klubun yaradılmasının əsas qəhrəmanı olan Karl Larson futboldan əlavə olaraq tüngül atletika və güləşlə də məşğul olurdu. Buna səbəb isə şəhərin əsas idman klubu olan "Borus Atletika və İdman Cəmiyyəti"nin proqramına futbolun daxil olmaması idi.