ellikləşdirmək 2021
ellinist
OBASTAN VİKİ
Ellin
Ellin ( q.yun. Έλλην ) — qədim yunan mifologiyasında yunan xalqının əcdadı. Müxtəlif versiyalara görə o, ya Devkalion və Pirra, ya Zevs, ya da Poseydon və Antiopanın oğlu olmuşdur. Böyük daşqından sonra anadan olmuşdur. Ellin Prometey və Klimenin, həmçinin Epimetey və Pandoranın nəvəsidir. Ellin və pəri Orseydadan Dor, Ksuf və Eol dünyaya gəlmişdir. Dordan dorilər, Eoldan isə eollular törəmişdir. Ksufun oğulları İon və Axey yunan tayfalarının əcdadları olmuşdular.
Corcia Ellinaki
Corcia Ellinaki (28 fevral 1974, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Corcia Ellinaki, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Corcia Ellinaki, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Ellinistik din
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər. Dəyişiklik Misir tanrıları İsida və Serapis, Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla, digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Ellinizm
Ellinizm, Hellinizm (yun. Ἑλληνισμός; lat. Hellēnismós) Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin e.ə. 334-323 cü illərdə hərbi səfərlərindən tutmuş, həmin ölkələrin Roma imperiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Bu zaman aralığında yunan və İran, yunan və Misir, yunan və hind mədəniyyətlərinin sintezi baş vermişdir. Ellinizm ifadəsi tarixşünaslığa alman tarixçisi İohan Qustav Droyzen tərəfindən gətirilmişdir. Tarixçilər ellinizm terminini müxtəlif şəkildə şərh edirlər; bir çoxları yunan və yerli xüsusən də şərq mədəniyyətlərinin qarşılıqlı təsirini ön plana çəkir, bəzən ellinizm anlayışının xronoloji sərhədlərinin orta əsrin başlanğıcına qədər gətirib çıxardırlar. Digərləri isə başlıca diqqəti sosial-siyasi strukturların qarşılıqlı təsiri məsələsinə yönəldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edirlər. Ellinizmin tarixini bir qayda olaraq ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri diadoxların mübarizəsi, ellinizmin çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər. == Ellinlər == Ellinlər (yun.
Ellinizm fəlsəfəsi
Ellinizm fəlsəfəsi (IV - I yüzilliklər) — Aristoteldən sonra qədim yunan fəlsəfəsinin növbəti inkişaf mərhələsi. Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur. Ellinizm dövrü özünə məxsus mədəniyyəti ilə seçilmişdir. Bu mədəniyyət yunan dünyagörüşü, fəlsəfəsi və elminin Yaxın və Orta Şərq mədəniyyətləri ilə qarışması nəticəsində yaranmışdır. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra həmçinin, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələri güclənmişdir.
Ellinizm ədəbiyyatı
Ellinizm ədəbiyyatı qədim yunan ədəbiyyatının əsas mərhələlərindən biridir. Bu dövr ədəbiyyatının görkəmli nümayəndələri Kallimax, Feokrit, Rodoslu Apolloni, Menandr olmuşdur. == Kallimax == Ellinizm ədəbiyyatının ən görkəmli şairidir. Dastanın dövrünün keçdiyini və kiçik şeirlər yazmaq lazım olduğunu söyləmişdir. Epiqramlar və satirik şeirlər yazmışdır. Dörd hisədən ibarət “Səbəblər” kitabı kiçik mənzum hekayələrdən ibarətdir. == Rodoslu Apolloni == Kallimaxın tələbəsi olmuş və onun fikirləri əleyhinə çıxmışdır. “Arqonavtiklər” dastanını yazmışdır. == Feokrit == Feokrit ellinizm dövründə yaranan kiçik şeirlər yazmaq ənənəsinin davamçısı olmuş İskəndəriyyə şairlərindən biridir. Qədim yunan ədəbiyyatında kiçik şeirləri xüsusən bukolikaları ilə tanınır.
Ellinlər
Ellinlər (yun. hellenes) yunanların özlərinə verdikləri ad. Çox böyük ərazidə, o cümlədən yad ölkələrdə məskunlaşmış, amma eyni dildə danışan, eyni yazıdan istifadə edən, eyni allahlara etiqad edən və özünü vahid xalq hesab edən bütün qədim yunanlar özlərini bu adla adlandırırdılar.
Dyuk Ellinqton
Edvard Kennedi " Dyuk " Ellinqton (ing. Duke Ellington; 29 aprel 1899[…], Vaşinqton – 24 may 1974[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı caz pianoçu, bəstəkar və 1923-cü ildən ömrünün sonuna kimi özünün adını daşıyan caz orkestrinin rəhbəri Vaşinqtonda anadan olan və böyüyən Ellinqton 1920-ci illərin ortalarından Nyu-Yorka köçmüş və Harlemdəki Cotton Clu -da orkestrin çıxışları ilə milli profil qazanıb. Ellinqton mindən çox kompozisiya bəstələmişdir. Onun geniş yaradıcılığı qeydə alınmış ən böyük şəxsi caz irsidir və onun əsərlərinin çoxu standartlara çevrilmişdir. O, həmçinin böyük qrup cazına ispan çalarları gətirən Xuan Tizolun " Karvan " kimi qrup üzvlərinin yazdığı mahnıları da lentə alıb.
Ellinge Qalası
Ellinge Qalası (isveç: Ellinge slott) — İsveçin Skone bölgəsinin Eslöv kommunasında qala. Mülk İsveçin ən qədim mülklərindən biridir. Ehtimal ki, XIII əsrdə müdafiə qalası kimi qurulmuşdur. == Coğrafiyası == Qala Eslövdən cənubda Bråån çayının yaxınlığında yerləşir. == Tarixi == 1859-cu ildə nəşr olunan qalanın təsvirində “Ellinge həmişə zadəganlar ailəsinə məxsus olub” kimi təsvir edilir. Əmlakın tarixini XI-ci əsrə qədər izləmək olar. Ellinge Qalasına sahib olan ilk ailələrdən biri Kvite adlanırdı, sonra malikanə XIII-cü əsrin əvvəllərində Qalen Evinə, daha sonra Erlandsen ailəsinə keçdi. Mülk 1505-ci ildə Danimarka tacına verildi və 1511-ci ildə dövrün ən güclü adamlarından biri olan Henrik Krummedigeyə satıldı. XIX-cu əsrdə Ellinqin 3 fərqli sahibi var idi. 1-si II Karl Fredrik Düker — orduda karyera qurdu.
Ellinq qəsri
Ellinge Qalası (isveç: Ellinge slott) — İsveçin Skone bölgəsinin Eslöv kommunasında qala. Mülk İsveçin ən qədim mülklərindən biridir. Ehtimal ki, XIII əsrdə müdafiə qalası kimi qurulmuşdur. == Coğrafiyası == Qala Eslövdən cənubda Bråån çayının yaxınlığında yerləşir. == Tarixi == 1859-cu ildə nəşr olunan qalanın təsvirində “Ellinge həmişə zadəganlar ailəsinə məxsus olub” kimi təsvir edilir. Əmlakın tarixini XI-ci əsrə qədər izləmək olar. Ellinge Qalasına sahib olan ilk ailələrdən biri Kvite adlanırdı, sonra malikanə XIII-cü əsrin əvvəllərində Qalen Evinə, daha sonra Erlandsen ailəsinə keçdi. Mülk 1505-ci ildə Danimarka tacına verildi və 1511-ci ildə dövrün ən güclü adamlarından biri olan Henrik Krummedigeyə satıldı. XIX-cu əsrdə Ellinqin 3 fərqli sahibi var idi. 1-si II Karl Fredrik Düker — orduda karyera qurdu.
Eol (Ellinin oğlu)
Eol ( q.yun. Αἴολος ) — qədim yunan mifologiyasında personaj. Apollodorun yazdığına görə, Hesiodun poemasında Eol Ellin və nimfa Orseidanın övladı, Dor və Ksufun qardaşıdır.