Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Praktiki magiya (film, 1998)
"Praktiki magiya" (ing. Practical Magic) — amerikan mistik və romantik komediya janrında, Elis Hoffmanın eyniadlı romanı əsasında çəkilmiş film. 1998-ci ildə ekranizasiya olmuşdur. Film sloqanları: "There’s a little witch in every woman." ("Hər bir qadında cadugərdən nəsə var.") və "For two sisters from a family of witches, falling in love is the trickiest spell of all." ("Cadugərlər ailəsindən olan 2 bacının, sevgi ən çətin sehri olub.") == Süjet == Salli və Cillian — Ouens cadugər nəslinə aiddirlər. Bu ailənin qadınları qurbağa ayaqlarından və yarasa qanadlarından nəinki möcüzə yarada blir, həmçinin ailəyə qoyulmuş lənəti mənimsəyirlər — Ouens ailəsinin qadınlarının sevqi romanları, onların seçdiyi kişilər üçün həmişə tragiq sonla bitir. Ouens ailəsinə həmçinin 2 ekssentrik xala da aiddir: Frensis və Bricet, bir də Sallinin böyüyən 2 qızı; onlar Sallinin qısamüddətli ailə həyatı zamanı doğulmuşlar və bu nəsillə ailə həyatı quran bütün kişilər kimi, o da vaxtından əvvəl həyatdan köçür. Hələ uşaqlıqda, Salli istədiklərini fəlakətə sürməmək üçün heç bir zaman heç kəsə aşiq olmayacağına and içdi. Bunun üçün o arzu tutdu: onun sevgilisi ağ atda tərs oturaraq gələcək, kaktus formasında blinçiklər hazırlayacaq, gözləri isə 2 rəngdə olacaq (yaşıl və mavi). Sonradan o belə insanı tapacaq və onun üstündən lənət götürüləcək. Bu zaman isə onun bacısı Cillian sadəlövh, qeyri-ciddi xarakterli böyüdü.
Praktika
Praktika — bir qayda, prinsip, bilik və düşüncəni həyata keçirmək, tətbiq etmək.
Praktik ağlın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Praktik zəkanın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Praktik Ali Elmlər Məktəbi
Praktik Ali Elmlər Məktəbi (fr. École pratique des hautes études, qıs. EPHE) — Parisdə qabaqcıl tədqiqatlar institutudur, lakin klassik mənada universitet deyil.EPHE 31 iyul 1868-ci ildə Fransanın Təhsil Naziri Victor Duruy fərmanı ilə yaradılmışdır və böyük ekollardan biridir. Əsas ideya tələbələri tədqiqat təcrübəsində iştirak etməklə tədqiqata hazırlamaq idi. Heç bir diplom tələb olunmayıb və verilməyib.Onun dinşünaslıq və tarix üzrə diplomları dünyanın ən yaxşılarındandır. EPHE davamlı olaraq Asiya və İslamşünaslıq üzrə dünya səviyyəli mütəxəssisləri, o cümlədən investisiya bankirlərini, diplomatları və bu sahələrdə ixtisaslaşmış hərbi zabitləri hazırlayıb. == Məşhur məzunlar == İren Məlikova, Fransada fəaliyyət göstərmiş, əslən azərbaycanlı türkoloq alim, professor.
Praktik cəhətdən dəyərli maddələr
Praktik cəhətdən dəyərli maddələr – zərif üzvi sintez üsulu ilə az miqdarda reaktivlərlə alınan mürəkkəb quruluşa malik, tətbiqə yönələn qiymətli birləşmələrə deyilir. Zərif üzvi sintez sahəsində görülən işlərin son məqsədi müəyyən praktik tətbiqə malik, dəyərli xassələri olan maddələrin alınmasıdır. Təbii ki, o preparat praktiki cəhətdən tətbiq olunur ki, hal-hazırda bu məqsəd üçün buraxılan preparatdan öz effektivliyi, yeni xüsusiyyətləri, aşağı istehsal dəyəri ilə fərqlənsin. Belə yeni və effektiv maddələrin axtarışı çətindir və baha başa gəlir. Buna baxmayaraq ayrı-ayrı birləşmələr sinfi üzrə qanunauyğunluqlar aşkar edilmişdir, amma hələ də birləşmələrin quruluşunun xüsusiyyətləri ilə onların bu və ya digər fiziki və bioloji xassələri arasındakı qanunauyğunluqlar aşkara çıxarılmamışdır. Bu da zərif üzvi sintez sahəsində, optimal xassələrə malik olan yeni sinif və yeni tip maddələrin axtarışını çətinləşdirir. == Praktik cəhətdən dəyərli maddələrin axtarışı == Yeni effektiv maddələrin axtarışı əsasən empirik və ya yarımempirik yolla çoxlu miqdarda maddələrin aktivliyin müəyyən növünə, məsələn pestisid kimi təsiri və ya antikorroziya xassələrinin yoxlanılmasından ibarətdir. Məsələn, yeni effektiv pestisidi aşkara çıxarmaq üçün neçə min yeni birləşməni sınaqdan keçirmək lazım gəlir, yeni mikroba və virusa qarşı preparatların tapılması üçün minlərlə maddənin bu xassələri yoxlanılır. Buradan aydın olur ki, praktikada tətbiq oluna biləcək və yeni rəqabətə davam gətirə biləcək preparatın buraxılmasına nə qədər qüvvə və vəsait sərf olunur. Təqribi hesablamalara görə, yeni pestisidin axtarışı və istehsalının təşkili hal-hazırda bir neçə milyon dollara başa gəlir.
Paktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. == Rayonlar == Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gəyan Gümal Mətaxan Nikə Omnə Ürgun Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Ziruk == Əhalisi == Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Artemisia prattii
Artemisia prattii (lat. Artemisia prattii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Malus prattii
Malus prattii (lat. Malus prattii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Paktika vilayəti
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. == Rayonlar == Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gəyan Gümal Mətaxan Nikə Omnə Ürgun Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Ziruk == Əhalisi == Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Salvia prattii
Salvia prattii (lat. Salvia prattii) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Taktiki bombalama
Taktiki bombalama (ing. Tactical bombing) — hava elementlərinin düşmən tərəfin hərbi hədəflərinə istiqamətlənmiş hava hücumlarıdır.Taktiki bombalama zamanı, qarşı tərəfin müharibə gücünün, döyüş əzminin və qərarlılığının, döyüş təchizatının məhvi əsas hədəfdir. Bu tərz hava bombardmanında düşmənin qərargagları, toplama düşərgələri, ehtiyat anbarları, top və tankçı bateriyaları kimi hərbi hədəflərindən əlavə, müharibənin davam etdirilməsinə şərait yaradan körpülər, dəmiryolu qovşaqları kimi əlaqə və xəbərləşmə məntəqələrini də vurmağa çalışır.
Taktiki səsvermə
Taktiki səsvermə (strateji səsvermə, mürəkkəb səsvermə və ya qeyri-səmimi səsvermə) seçkilərdə ikidən çox namizəd olduqda baş verir və əsas mahiyyəti seçicinin arzuolunmaz nəticənin qarşısını almaq üçün qeyri-səmimi şəkildə dəstəkləmədiyi, lakin qazanma şansını daha yüksək qiymətləndirdiyi namizədə səs verməsindən ibarətdir. Məsələn, majoritar seçki zamanı seçici daha az üstünlük verilən, lakin məşhurluqda digərlərini üstələyən namizədə səs verməklə "daha yaxşı" nəticə əldə edə bilər. Gibbard-Sattersvayt nəzəriyyəsi göstərir ki, hər hansı diktatorial olmayan və sonda vahid qalibin seçildiyi səsvermə metodu taktiki səsvermədən təsirlənə bilər. Bununla belə, taktiki səsvermənin növü və onun kampaniya və ya seçki nəticələrinə hansı dərəcədə təsir göstərdiyi bir səsvermə metodundan digərinə nəzərəçarpan dərəcədə dəyişə bilər. Məsələn, tək qalibli seçkilər üçün majoritar seçki sistemi (MSS) iddia edir ki, müxtəlif yollarla taktiki səs vermək stimul və fürsətləri uğurlu şəkildə yarıya qədər azalda bilər. İlk öncə, MSS vətəndaşları namizədləri yox, onların vəzifəyə uyğunluqlarını dərəcələndirmələrini üçün dəvət edir: Əla (ideal), Çox yaxşı, Yaxşı, Məqbul, Zəif və Yararsız (tamamilə uyğun olmayan). Daha sonra isə MSS-in qalibi ən yüksək orta dərəcəyə sahib olan şəxs olur. Çoxsaylı qalibin müəyyən olunduğu seçkilərdə proporsional seçki sisteminin 5.5.5-ci bölməsindəki "qiymətləndirici proporsional seçki sistemi" hər bir vətəndaşı inandırmağa çalışır ki, onların vicdanlı şəkildə verdiyi səs bu səslər nəticəsində yüksək dərəcə və yaxud səlahiyyətli səsə malik olan seçilmiş namizədin mütənasib olaraq qanunverici hakimiyyətdəki səsvermə gücünü də artırır. == Taktiki səsvermənin növləri == Kompromisə getmək (bəzən, "faydalı səs") – Seçicinin qeyri-səmimi şəkildə alternativin qalib gəlməsi ümidi ilə ona yüksək sırada yer verməsi. Məsələn, nisbi çoxluq sistemində seçicilər həqiqətən dəstəklədiyi şəxsin əvəzinə qazanma şansını yüksək hesab etdiyi insana səs verə bilər (misal üçün, qarşı partiyanın məğlubiyyətinə kömək etmək naminə mübahisəli eksterimist yox, əksinə daha mübahisəsiz mülayim namizədin leyhinə səs vermək).
Taktiki nüvə silahı
Taktik nüvə silahları (TNS) və ya qeyri-strateji nüvə silahları (QSNS) — böyük hədəfləri və düşmən qüvvələrinin cəbhədə və birbaşa arxada cəmləşməsini məhv etmək üçün taktiki nüvə sursatlarıdır. Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Bu tip silahlar böyük əraziləri çirkləndirmədən, seçilən hədəfi məhv etmək üçün istifadə olunur. Strateji nüvə silahlarından fərqli olaraq, taktiki döyüş başlıqlarının TNS ekvivalenti adətən bir neçə kilotonu keçmir və çox vaxt bir kilotondan az olur. Bununla belə, taktiki nüvə silahlarını strateji silahlardan ayıran birmənalı tərif yoxdur. TNS çox geniş çeşiddə sursat şəklində mövcud ola bilər - aviasiya bombaları, raket döyüş başlıqları (əməliyyat-taktiki və taktiki sinif), artilleriya mərmiləri, minalar, dərinlik bombaları, torpedalar və s. Taktiki nüvə silahları yalnız strateji nüvə silahları qalmış Böyük Britaniyadan başqa bütün nüvə dövlətlərinin xidmətindədir (baxmayaraq ki, keçmişdə onun da taktiki nüvə silahı var idi). == Tarixi == Əvvəlcə nüvə silahları həm müstəsna gücünə, həm də ilk atom silahlarının texniki məhdudiyyətlərinə görə müstəsna olaraq strateji istifadə vasitəsi kimi təqdim edildi. Bununla belə, hələ 1945-ci ildə ABŞ ordusu taktiki problemləri həll etmək üçün nüvə silahının dağıdıcı gücündən istifadə etmək imkanını nəzərdən keçirməyə başladı: məsələn, düşmənin möhkəmləndirilmiş müdafiəsini yarmaq üçün. Belə bir müdafiənin adi döyüş sursatı ilə dağıdılması uzun artilleriya hazırlığı (bəzən uzun günlər) tələb edirdi ki, bu da düşmənə hazırlanan hücumun yerini müəyyən etməyə və ona qarşı mübarizə üçün əvvəlcədən ehtiyatları cəmləşdirməyə imkan verirdi.
Faktiki İllik Faiz Dərəcəsi
Toçka (taktiki raket kompleksi)
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1.Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.Sovet istehsalı yer-yer tipli operativ–taktiki raket kompleksi "Toçka-U". "Toçka –U" operativ–taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir.
Polonez əməliyyat taktiki raket kompleksi
Polonez 300 mm kalibrli Belarus istehsalı reaktiv yaylım atəş sistemidir. == Xarakteristikası == Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.“Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə “Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb.