Elmi ədəbiyyat tərcüməsi

elmi ədəbiyyatın tərcüməsi bu dilin normalarına cavab verməlidir. Tərcümənin düzgün olunması üçün kontekstdə nədən söhbət getdiyini və onu düzgün başa düşmək tələb olunur. Xarici dildəki yeni termin hər bir sözün, onun kontekstlə əlaqələrini və onun dəqiq mənaya uyğun quruluşunun məntiqi-linqvistik təhlil yolu ilə açılmasını tələb edir. Variantın düzgün seçimi o zaman zəruri olur ki, nə vaxt xarici termin üçün ana dilindəki sözlərlə alınmış sözlər arasında uyğunluq mövcuddur. Tərcümənin bu janrı ilkin mətndəki faktik materialda heç bir kiçicik dəyişikliyin aparılmasına yol vermir. Tərcümə zamanı cümlənin quruluşu fikrin və mənanın bütöv şəkildə aydın və dəqiq verilməsi məqsədini güdür ki, burada cümlənin hissələrə bölünməsindən, onun hissələrinin yenidən qruplaşdırılmasından, hissələrinin birləşməsindən cümləyə xələl gəlmir.
Ekspress-informasiya tipli tərcümə
Elmi-texniki informasiya
OBASTAN VİKİ
Elmi ədəbiyyat
Elmi ədəbiyyat — elmi metod çərçivəsində aparılmış tədqiqatların, nəzəri ümumiləşdirmələrin nəticəsində yaradılmış yazılı əsərlər məcmusudur. == Elmi ədəbiyyatın faydaları == Elmi ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq, eləcə də elmi kəşflərin ilkinliyini möhkəmləndirmək işinə xidmət edir. Bir qayda olaraq, dərc olunmamış elmi iş tamamlanmış hesab olunmur. == İlk elmi əsərlərin janrları == İlk elmi əsərlər müxtəlif janrlarda yaradılmışdır: traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında. == Elmi ədəbiyyatın formaları == Hal-hazırda elmi ədəbiyyatın formaları standartlaşdırılmışdır və bura monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxildir. == Elmi ədəbiyyatın attestasiya mexanizmi == Hal-hazırda bir çox ölkələrdə elmi ədəbiyyatın hakimiyyət və ya içtimai elmi təşkilatlar tərəfindən dəstəklənən attestasiya mexanizmi mövcuddur. Məsələn, Rusiyada bu attestasiyanı AAK(Ali Attestasiya Komissiyası) həyata keçirir. == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblər == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblərdən biri onun mütləq rəyə verilməsidir. Bu proses çərçivəsində nəşriyyat və ya elmi jurnalın redaksiyası yeni elmi əsəri dərc etməzdən əvvəl, onu bu sahədə mütəxəssis hesab edilən bir neçə (adətən iki) rəyçiyə göndərir. Rəy verilmə prosesi kobud metodoloji səhvləri olan və ya tamamilə saxtalaşdırılmış materialların elmi ədəbiyyat çərçivəsində nəşrinin istisnasına xidmət edir.
Elmi kütləvi ədəbiyyat
Elmi kütləvi ədəbiyyat – elm, onun yaradıcıları haqqında əsərlər. Elmi kütləvi ədəbiyyata fundamental və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xadimlərinin həyatından, səyahətlərdən bəhs edən müxtəlif janrlı əsərlər daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Ədəbiyyat
Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər: Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır. Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır. Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır. Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür: Lirik növ Epik növ Dramatik növ Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384–322) olmuşdur.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
Kulminasiya (ədəbiyyat)
Kulminasiya (lat. culmen; mənası – "zirvə") — ədəbiyyatda hadisələrin inkişafında ən gərgin an. Kulminasiya nöqtəsi əsərin süjetində təsvir olunan konfliktin şiddətini ortaya qoyur. Kulminasiya ən yaxşı işlənmiş halda epik və dramatik janrdakı əsərlərdə olur. Məsələn, Kolas Yakubun "Gənc palıd" əsərində kulminasiya nöqtəsi Andrey Plexinin malikanənin meşəsindəki oğurluq hadisəsini meşəçiyə etiraf etdiyi səhnədir. Böyük formada olan əsərlərdə hər hekayə xəttinin kulminasiyası var. == Ədəbiyyat == Кульминация // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич.
Motiv (ədəbiyyat)
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." == Motiv nümunələri == Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı == Ədəbiyyat == Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.
Naturalizm(Ədəbiyyat)
Naturalizm (fransızca; naturalisme latınca naturalis – "təbii" sözündəndir) – XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70–80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Qustav Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. Gi de Mopassan, H. Hauptman, F. Norris, A. Strindberq, Henrik İbsen, Knut Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyil etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s.
Naturalizm (ədəbiyyat)
Naturalizm (fransızca; naturalisme latınca naturalis – "təbii" sözündəndir) – XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70–80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Qustav Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. Gi de Mopassan, H. Hauptman, F. Norris, A. Strindberq, Henrik İbsen, Knut Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyil etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s.
Prototip (ədəbiyyat)
Prototip – ədəbi obrazın konkret məkan və obyekt predmetinin mövcud olduğu halları göstərən termindir. Dini bioqrafiyaların hamısının prototipi var idi. Burada da müəllif subyektivizmi yox olmur, amma o fakta obyektiv yanaşma iddiasına nisbətən ikinci və üçüncü planda olur. Məkan prototiplərinin növlərindən həm də janrlar yaranıb. Bioqrafiyadan başqa bura qəhrəmanların həyatı janrını, səyahətnamə janrını, hətta tarix elmini də daxil etmək olar. Tarixçi alimlərin yaratdıqları əsərlər ədəbi əsərlərdir və onlar obrazlılıq qanunları ilə yaradılırlar. Ona görə, müəyyən mənada, tarix elmi də onun yaratdığı tarix kitabları da ədəbi əsər sayılmalıdır. Tarixi əsərlər də məkan və zaman prototiplərinə əsaslanır.
Qaravəlli (ədəbiyyat)
Qaravəllilər— Auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllara kiçik müqəddimə. Nəzmlə söylənir və əsasən satirik mahiyyət daşıyır.
Realizm (ədəbiyyat)
Realizm — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romantizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir. Dünya ədəbiyyatında O. Balzak, Q. Flober, G. Mopassan, Ç. Dikkens, M. Y. Dostoyevski, L. Araqon, P. Neruda və b. realizmin ən görkəmli nümayəndələri hesab olunurlar. Fransada realizm məsumluğun övladı kimi dünyaya gəldi. Elə bu zaman Floberin "Madam Bovari əsəri realizmin ilk nümunələrindən oldu. Ədəbiyyatda bovarizm termini bununla əlaqədərdir Azərbaycan ədəbiyyatında isə M. F. Axundov, M. Ə. Sabir, N. Vəzirov, C. Məmmədquluzadə, C. Cabbarlının əsərləri realist ədəbiyyatın parlaq nümunələridir.
Rədif (Ədəbiyyat)
Rədif (ərəb. رديف‎- əlavə, rezerv) — hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi . Misra sonunda ahəngdar və ardıcıl surətdə səslənən belə sözlər oxucunun diqqətinin konkret bir mətləb üzərində cəmləşməsində, bədii əsərdən nəticə çıxarmaqda böyük rol oynayır. Şeirdə sözlərin qafiyələnməsi yerinə görə də müxtəlifdir. Şeirdə misralar cüt-cüt, çarpaz və ya başqa şəkildə qafiyələnə bilər. Müxtəlif şeir şəkillərində qafiyə quruluşu müxtəlifdir.Rədifli qəzəldə qafiyələnən bütün sətirlər eyni sözlə bitir. Divan ədəbiyyatında “eşq”, “gecə”, “şam”, “hamam”, ”könül” kimi rədiflər üzərində rədifli qəzəllər yazmaq bir ənənədir. Həmçinin xalq şeirində qoşmanında “dağlar”, “durnalar” tipli rədif qafiyələri vardır. Məsələn: (Mirzə Ələkbər Sabirin "Əkinçi" şeirindən) Bu şeirdə rədiflər "qapımda" və "əkinçi"dir.
Tarixi ədəbiyyat
Tibbi ədəbiyyat
Tibbi ədəbiyyat — tibbin elmi kütləvi ədəbiyyatıdır: tibb sahəsinə həsr olunmuş jurnallarda məqalələr və kitablardakı mətnlər. Tibbi ədəbiyyata istinadlar ümumiyyətlə səhiyyə ədəbiyyatını, eyni zamanda stomatologiya, baytarlıq, əczaçılıq, tibb bacısı və müttəfiq səhiyyə peşələrini əhatə edir. Tibbi vəziyyətlərin diaqnozu, proqnozu və müalicəsi ilə bağlı müasir və tarixi baxışlar min illər boyu sənədləşdirilmişdir. Edvin Simit Papirusu ilk tibbi traktatdır. == Tarixi == Tarix boyu insanlar xəstəliklər, insanların onlara necə yoluxa bilcəyi və onu aradan qaldırmaq üçün nə edilə biləcəyi haqqında qeydlər aparmışlar. Tibb folklordan tutmuş cadugərliyə kimi müasir sübuta əsaslanan təbabətə qədər uzanırdı. Ən diqqət çəkən təsvirlər arasında Misir (İmhotep, Edvin Smit Papirus, Ebers Papirus, Kahun Ginekoloji Papirus), Mesopotamiya (Diaqnostika kitabça, Əl-kindi), Hindistan (Ayurveda, Şuşruta Samita, Çaraka Samita), Çin (Sarı imperator, Huanqdi Neycinq), Yunanıstan (İliada və Odisseya Yunan tibbi praktikanın ilkin göstəriciləridir; Hippokrat), İran (əl-Razi, İbn Sina, Əl-qanun fit-tibb, Kitab-i Şəfa), İspaniya (Əbülqasım əz-Zəhravi, Kitab əl-Təsrif), Suriya (İbn ən-Nəfis, Kitab əş-Şamıı fi’t-Tıb) qeyd oluna bilər. Andreas Vezali, Vilyam Harvey, İqnats Zemmelveys, Lui Paster və başqalarından sonra tibb cəmiyyəti tədqiqat aparma üsulunu dəyişdirdi. == Tibbi jurnal == Qeyd olunanlar tibb ictimaiyyətinin məlumat paylaşdığı nəşrlərdir. Əsas məqalələr orijinal məqalələr, rəylər və iş hesabatlarıdır.
Vasan (ədəbiyyat)
Vasan (和讃) – buddaları, bodhisattvaları, sekta qurucularını tərifləyən yapon şeirləri və mədhləri. Şeirlər və ya qatalar buddist sutralarında və mətnlərində keçmiş zamanlardan yer alır. Vasanlar isə Çindən götürülmüş mədhlər və Yaponiyada mövcud olan mədhlər əsasında yaranıb. == Tarixi == Bazar yeri müqəddəsi olan Kuya budda Amida üçün nəğmələr oxuyaraq nembutsuyu öyrətmişdir. Yuzu Nembutsu sektasının qurucusu olan Ryonin doktrinasını təbliğ etmək üçün Tenday mərasim musiqisindən istifadə edirdi. Ennin, Qenşin və Senkan kimi Tenday sektası müəllimləri Amida və Təmiz torpağı tərifləyən bir çox poetik əsər yaradıblar. Vasan İppen tərəfindən qurulmuş Ci sektası tərəfindən də geniş istifadə olunub. Codo Şin sektasının qurucusu olan Şinran vasanlar yazan ədiblər arasında ən tanınmışı hesab olunur. Onun tərəfindən yazılmış 500-dən çox bənd bir neçə kolleksiyada toplanmışdır. XV əsrdə yaşamış Rennyo ibadətlərdə istifadə etmək məqsədilə Şinranın 3 mətnini "Sanco Vasan" əsərində cəmləmişdir: "Codo Vasan" 118, "Koso Vasan" isə 119 bənddən ibarətdir və ikisi də 1248-ci ildə yazılıb.
İspandilli ədəbiyyat
İspandilli ədəbiyyat və ya Hispanik ədəbiyyatı İspan dünyasında ispan dilində yazılmış ədəbi əsərlərin cəmidir. Əsas elementlər İspaniyanın İspan ədəbiyyatı və Latın Amerikası ədəbiyyatıdır . İspan və Filippin ədəbiyyatında ispan dilində Amerika ədəbiyyatı, eləcə də dünyanın bəzi digər yerlərindən ədəbiyyatlar da var.
Ədəbiyyat (qəzet)
"Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin orqanı. "Ədəbiyyat qəzeti" həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir. == Tarixi == 1934-cü ildə nəşrə başlayıb. "Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb. 1934 −1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt "Ədəbiyyat qəzeti"nin materiallarını elektron mediaya daşıyır.
Ədəbiyyat Məbədi
Ədəbiyyat Məbədi — Vyetnamın Hanoy şəhərində məbəd. == Tarixi == Məbədin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulmuşdur. Məbəd Çin alimi Konfutsiyə həsr edilmişdir. == İmperial Akademiya == 1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet - İmperial Akademiya yaradılmışdır. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Dövlət imtahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində qeyd olunurdu. Həmin daş lövhələrdən 82-si hazırda məbədin həyətində nümayiş etdirilir. == Ərazisi == Ümumi sahəsi 54 min kvadratmetr olan kompleksin ərazisində Ədəbiyyat gölü, park və s. vardır. == Yenidənqurma işləri == Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü illər) məbəddə yenidənqurma işləri aparılmışdır.
Ədəbiyyat janrları
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Ədəbiyyat nəzəriyyəsi
Ədəbiyyat nəzəriyyəsi — Bədii ədəbiyyatın mahiyyətini, xüsusiyyətlərini, ictimai həyatda onun mövqeyini, rolunu və əhəmiyyətini təhlil etmək və hərtərəfli qiymətləndirmək prinsiplərini müəyyənləşdirən, bədii yaradıcılığın inkişafına istiqamətləndirən qanunları öyrənən elm. Ədəbiyyat tarixini ilk dəfə ingilis filosofu Frensis Bekon 1605-ci ildə öz traktatlarından birində müstəqil elm adlandırmışdır. Bu elmin Avropa universitetlərində tədrisi isə XIX əsrdən başlanır. İlk ədəbiyyat tarixi kursları yunan-Roma ədəbiyyatları tarixinə aid idi, sonralar konkret Avropa ədəbiyyatlarının tarixləri də müstəqil fənlər kimi tədris olunmağa başlamışdır.
Ədəbiyyat qəzeti
"Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin orqanı. "Ədəbiyyat qəzeti" həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir. == Tarixi == 1934-cü ildə nəşrə başlayıb. "Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb. 1934 −1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt "Ədəbiyyat qəzeti"nin materiallarını elektron mediaya daşıyır.
Ədəbiyyat tarixi
Ədəbiyyat tarixi — Ayrı-ayrı söz sənətkarlarının həyat yaradıcıllığı tənqid olunur. Ədəbiyyatın keçdiyi yolu öyrənir. Ədəbiyyat tarixinin aşağıdakı növləri var: 1. Qədim dövr (ən qədim zamanlardan XIII əsrə qədər) 2. Orta dövr (XIII əsrdən XVII əsrə qədər) 3. Yeni dövr — 3 mərhələyə ayrılır (I. XVII–XVIII əsr) (II. XIX–XX əsr) (III. XX əsrin 20-ci illərinə qədər) 4.
Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir. == Direktorları == Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il.