Elmi işçi

elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizə-dinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir.
Elmi informasiya
Elmi kommunikasiya
OBASTAN VİKİ
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İradə Əliyeva (elmi işçi)
İşçi
İşçi — Əmək hüququnun subyekti, fiziki şəxs, işəgötürən tərəfindən əmək müqaviləsi ilə əmək faəliyyətinə cəlb edilən şəxs.
Miqrant işçi
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Muzdlu işçi
Muzdlu işçi — müəssisədə, təşkilatda iş yerinə yetirmək üçün işə götürülmüş şəxs (fərdi) və s. Əmək müqaviləsi ümumiyyətlə işi yerinə yetirmək üçün işə götürülmüş şəxslə işəgötürən arasında bağlanır . İşəgötürən aşağıdakılar ola bilər: dövlət müəssisə və təşkilatları; qeyri-dövlət (ticarət və qeyri-kommersiya) müəssisə və təşkilatları; fərdi sahibkarlar.
İşçi gücü
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft‎, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir. İşçi sinif İzafi dəyər Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə.
İşçi qüvvəsi
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft‎, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir. İşçi sinif İzafi dəyər Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə.
İşçi sinif
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
İşçi təbəqə
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Bakı İşçi Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
Kürd İşçi Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış təşkilat. O, əvvəlcə kürd dövləti qurmaq istəsə də, indi kürd dövləti qurmaq istəmir və kürdlərin elementar hüquqlarını əldə etməyə əsaslanan siyasət aparır. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı hesab edilir. Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir. Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir.
Metropolitan İşçi Şurası
Metropolitan İşçi Şurası - 1855-ci ilin mart ayında London Şəhristanı Şurasının qurulmasına qədər 1855-ci ildən London hökumətinin əsas idarəedici orqanı olmuşdur. Qurumun əsas məsuliyyəti uğur qazanan Londonun sürətlə böyüməsi ilə başa çatmasını təmin etmək və infrastruktur yaratmaq idi. O, seçilmiş orqan deyildi, təyin olunmuşdu. Hesabatlılığın olmaması, xüsusilə sonrakı illərdə, korrupsiyaya meyilliyi artırmışdır.
Metropoliya işçi şurası
Metropolitan İşçi Şurası - 1855-ci ilin mart ayında London Şəhristanı Şurasının qurulmasına qədər 1855-ci ildən London hökumətinin əsas idarəedici orqanı olmuşdur. Qurumun əsas məsuliyyəti uğur qazanan Londonun sürətlə böyüməsi ilə başa çatmasını təmin etmək və infrastruktur yaratmaq idi. O, seçilmiş orqan deyildi, təyin olunmuşdu. Hesabatlılığın olmaması, xüsusilə sonrakı illərdə, korrupsiyaya meyilliyi artırmışdır.
Türkiyə İşçi Partiyası
Türkiyə İşçi Partiyası (1961)
Oreqon İşçi Qrupu
Oreqon İşçi Qrupu (ing. Task Force Oregon) — ABŞ ordusunun hərbi birləşməsi. 1967-ci ilin aprelindən sentyabr ayına qədər Cənubi Vyetnamda fəaliyyət göstərmişdir. 3 ayrı piyada briqadasından ibarət idi. Sonradan 23-cü piyada diviziyası olaraq yenidən təyin edilmişdir. 1967-ci ilin aprel ayının əvvəlində Vyetnam Hərbi Yardım Komandanlığı I Korpusun qüvvələrinin Dananqa hərəkətinə dəstək vermək üçün yaradılmışdır.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır. İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika