ENGEBE
ENGİN
OBASTAN VİKİ
Engelbert Hamperdink
Engelbert Hamperdink (ing. Engelbert Humperdinck, ilk adı Arnold Corc Dorsi, ing. Arnold George Dorsey; 2 may 1936, Çennai, Britaniya Hindistanı) — britaniyalı estrada müğənnisi. 1960-cı illərin ikinci yarısında və 1970-ci illərdə "Release Me (And Let Me Love Again)", "After the Lovin'" və "The Last Waltz" ("The Last Waltz with You") hitləri ilə məşhurluq qazanmışdır. 2012-ci ildə 57-ci Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmişdir. == Həyat və yaradıcılığı == Hindistanın Mədrəs şəhərində Britaniya ordusunun zabiti Mervin Dorsi və onun həyat yoldaşı Oliviyanın ailəsində dünyaya gəlmişdir. Ailədə on uşaqdan biri olmuşdur. 10 yaşında ikən ailəsi İngiltərənin Lester şəhərinə köçür və qısa müddət sonra o musiqiyə maraq göstərərək saksofonda ifa etməyi öyrənir. 1950-ci illərin əvvəllərində gecə klublarında bu musiqi alətində ifa edir, lakin 17 yaşınadək, dostlarının onu oxumağa məcbur etməsinədək oxumağa cəhd etmir. Onun komik aktyor Cerri Lüisə olan sevgisi dostlarının onu Cerri Dorsi adlandırmasına səbəb olur.
Engelbert Kempfer
Engelbert Kempfer (alm. Engelbert Kaempfer‎; 16 sentyabr 1651[…] – 2 noyabr 1716[…]) — Səyyah. Kempfer səfərləri əsnasında Azərbaycana gəlmiş və bir müddət burada qalmışdır. Kempfer Bakı, Şamaxı, Şəki və Gəncənin XVII əsr gündəlik həyatı haqqında müxtəlif məlumatlar vermişdir.
Engelman küknarı
Engelman küknarı — hündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm olan ağac. Vətəni Şimali Amerikadır. Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır. Mədəni şəraitdə 1862-ci ildən becərilir. Xiyabanlarda, şəhərin küçələrində və meydanlarında, xiyaban əkinlərində tək və ya kiçik qruplarla əkilməsi məsləhətdir.
Engelmannia
Engelmannia (lat. Engelmannia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Engelmannia pinnatifida A.Gray ex Nutt.
Engels
Engels — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir == Tarixi == Əlbəttə abad şəhərlər yollar ayrıcında, çaylar üzərində salınmışdır, deyənlər yanılmırlar. Kiçicik Bakır kəndi də Volqa çayı ilə Elton gölü arasındakı Böyük yolda, Saratov şəhərindən azca aralı yerləşirdi. Vaxtilə qədim Saratov Volqanın bu üzündə Bakırdan bir kilometr yarım məsafədə yerləşirdi. Yanğından sonra onu Volqanın o biri üzünə köçürdülər. Bu yola "Elton traktı" deyirdilər. 1747-ci ilin yayında senat podpolkovnik Çemadurovun rəhbərliyi altında Elton gölünü tədqiq etməkdən ötrü elmi ekspedisiyaya göndərmişlər. Rusların tələffüzündə Elton kimi səslənən bu ad indi elə bu şəkildə də rəsmiləşdirilib. 1. Əsl adı çox güman ki, Altun olan bu göl (Sahil yamacları və dibi qırmızı torpaqdan olan bu göl həqiqətən qızıl kimi parlayır ) yerli tatar və kalmıkların tələffüzündə Altun~Alton olan bu ad rusca Elton şəklinə düşmüşdür. Çemadurov Senata Elton gölünün tədqiq edildiyini və buradakı duzun hasil edilməsinin məqsədəuyğun olduğunu xəbər verir.
Engelsberq dəmir zavodu
Engelsberq dəmir zavodu (isv. Engelsbergs bruk) İsveçin Vestmanland əyalətindəki Faqersta bələdiyyəsindəki bir kənddir. 1681-ci ildə Per Larsson Qullenhuk (1645-1706) tərəfindən inşa edilmiş və 1700-1800-cü illərdə dünyanın ən müasir dəmirqayırma fabriklərindən birinə çevrilmişdir. 1993-cü ildən bəri YUNESKO-nun dünya irsi mirası olaraq siyahıya alınmışdır. == Adı == Engelsberq dəmir zavodu əvvəllər Englika adlanırdı. Englika Almaniyada anadan olmuşdur, 14-cü əsrdə Engelsberqdə dəmir istehsalına başladı. == Tarixi == Bölgədə dəmir istehsalının tarixi ən az 13-cü əsrə aiddir. Yerli kəndlilər həm filizi qazır, həm də primitiv sobalardan istifadə edərək dəmir istehsal edirdilər. 16-cı əsrin sonlarında Engelsberqdə daha müasir istehsal üsulları tətbiq olundu və sonrakı onilliklərdə istehsal həcmi əhəmiyyətli dərəcədə artdı. == Təsviri == Mühafizə olunan binalara malikanə ev, müfəttişin evi, partlayıcı soba ilə əritmə evi daxildir.
Engelsbukta
Engelsbukta (norv. Engelskbukta) — Forlandsundet boğazının şimal-şərqində yerləşir. Körfəz 1.5 km enə malikdir. Körfəz öz adını XVII əsrin əvvəllərində ingilis balina ovçularının tez-tez ziyarət etməsindən almışdır. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Engelskənd
İrmaşlı (əvvəlki adları: Ayxenfeld; Engelskənd (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Engelskənd kəndi İrmaşlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin ərazisi irmaşlı tayfası'na mənsub olduğundan həmin tayfanın adını daşıyırdı. XIX əsrdə burada rus çar hökuməti tərəfindən yerləşdirilən alman ailələri onu Ayxenfeld (almanca Eichenfeld - "palıd dərəsi") adlandırmışdılar. Sovet dövründə, 1930-cu illərdə isə kəndin adı alman filosof və marksizmin yaradıcılarından biri olan Fridrix Engelsin şərəfinə Engelskənd olaraq dəyişdirilmişdi. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur. == Əhalisi == Kənd əhalisi 5300 nəfərdir ki, onunda 2750 nəfəri kişi, 2550 nəfəri isə qadınlar təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Əhali əsasən Rusiyada bizneslə işləyənlərdən ibarətdir.
Erigeron engelmannii
Erigeron engelmannii (lat. Erigeron engelmannii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Eupatorium engelmannianum
Ageratina aromatica (lat. Ageratina aromatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Ageratina aromatica var. aromatica Ageratina cordata (Walter) Spach Eupatorium aromaticum L. Eupatorium aromaticum var. melissoides (Willd.) A.Gray Eupatorium ceanothifolium Muhl. ex Willd. Eupatorium cordatum Walter [Illegitimate] Eupatorium cordiforme Poiret Eupatorium cordiforme Poir. Eupatorium engelmannianum Link ex Torr. & A.Gray [Invalid] Eupatorium latidens Small Eupatorium melissoides Willd.
Fridrix Engels
Fridrix Engels (alm. Friedrich Engels‎; 28 noyabr 1820[…], Barmen[d], Prussiya – 5 avqust 1895[…], London) — fransız əsilli XIX əsr alman filosofu, sahibkarı, marksizmin yaradıcılarından biri, Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüləlifi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1820-ci il noyabr ayının 28-də Almaniyanın Barmen şəhərində varlı fabrikant Fridrixin ailəsində dünyaya gəldi. Ailə başçısı əvvəlcə Engelsi Barmen şəhərində məktəbdə, sonra isə 1834–1837-ci illərdə Elberfelddə Gimnaziyada oxutmuş daha sonra isə oğlunu peşəkar sahibkar kimi tərbiyə etmək üçün Gimnaziya təhsilindən yarımçıq ayıraraq fabrikə göndərmişdir. Gimnaziya təhsilini başa vurmasına cəmi bir il qalmış atasının təkidli tələbiylə təhsildən ayrılsa da, əslində Engelsin oxuyub mütaliə etmək ehtirası bitib-tükənmək bilmirdi. O, müstəqil surətdə daim öz təhsilini artırır. Hegel fəlsəfəsini öyrənirdi. Xüsusi fitri-istedadının hesabına Fridrix Engels iyirmiyə qədər xarici dil öyrənmişdir. Bu səbəbdəndə kəkələyəndə dostları zarafatla "Bizim Engels iyirmi dilə kəkələyir" deyərdilər.
Georq Engelhard Şreder
Georq Engelhard Şreder ( İsveç; d. 30/31 may 1684, İsveç, Stokholm - ö. 16/17 may 1750, İsveç, Stokholm) — isveçli rəssam. == Həyatı == Şreder Nürnberqdən köç edən Fayt Engelhard Şreder və Lusiya Lindemeyerin övladı olaraq 1670-ci ildə Stokholmda dünyaya gəlib. O, sənət həyatının ilk illərində Devid von Kraftın tələbəsi olaraq bir sıra stüdyo çalışmalarına qatılıb. Daniel von Krafft 1724-cü ildə vəfat etdikdən sonra həmin ilin dekabr ayında İsveç kralı tərəfindən yenidən ölkəsinə gətirilib. İyirimi bir il ərzində Avropanın müxtəlif ölkələrinə səyahət edən Şreder bir müddət Şimali Almaniyada yaşadıqdan sonra İtaliyaya gedib. Venesiyada beş il ərzində Rozalba Karriyera kimi dövrün tanınmış rəssamları ilə birgə işləyib. Romada yaşadığı müddət ərzində Karlo Dolçi, Karlo Maratta, Françesko Trevizani ve bir çox rəssamlardan ilhamlanıb. O, çəkdiyi rəsimlərlə böyük şöhrət qazanaraq Parisə köçüb.
Pinus engelmannii
Pinus engelmannii (lat. Pinus engelmannii) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Quercus engelmannii
Quercus engelmannii (lat. Quercus engelmannii) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salvia engelmannii
Salvia engelmannii (lat. Salvia engelmannii) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
воздухоочисти́тельный где́-либо закристаллизова́ться килоба́йтный по́гань сейм всеви́дящий вырвать из се́рдца испусти́ть последний вздох ло́ховые опа́сливо пастеризова́ть пёс с ним прободе́ние техна́рь базло annihilated ironer presscake strigil volution пристроиться рутинный толстостенный ужо