ERAZ

E’RAZ

ə. böyüklərə demə, ərz etmə.

EMAR
EŞQ
OBASTAN VİKİ
Rotterdamlı Erazm
Rotterdamlı Erazm (lat. Desiderius Erasmus Roterodamus; 28 oktyabr 1466[…], Rotterdam, Cənubi Hollandiya – 12 iyul 1536, Bazel) — ilahiyyatçı, alim və yazar. Erasmus Renessans dövrünün böyük nümayəndələrindən hesab olunur. Avropa İntibahının böyük ustası və klassik ədəbiyyat tədqiqatçısı, humanist alim və ilahiyyatçı. Bugünkü orta təhsili əvəz edən təhsil aldıqdan sonra Auqustin təriqətinə girərək rahib oldu. Ancaq heç bir zaman ənənəvi mənada bir rahib olaraq fəaliyyət göstərmədi; həyatını daha çox elmə həsr etmək istədiyinə görə, dini qurumlardan "cübbə geyməmək" icazəsini aldı. Paris Universitetinə daxil oldu. 1499-cu ildə İngiltərəyə gedərək, John Colet, Thomas More (Morus) kimi alimlərlə tanış oldu və bu dostluqlar nəticəsində dünyagörüşü daha da genişləndi. Papalığın düşüncələr üzərində qurduğu hegemoniyaya qarşı çıxaraq, əsl Xristianlıq ruhunu antik çağın təbiiliyində axtarırdı. İncəsənətin və elmlərin yayılmasının, Avropanın ortaq bir incəsənət və elm mərkəzində birləşməsini, humanizmin birinci şərti sayırdı.
Erazm Darvin
Erazm Darvin (ing. Erasmus Darwin; 12 dekabr 1731[…] – 18 aprel 1802[…]) — ingilis həkimi, təbiətşünası, ixtiraçı və şairi. İngilis maarifçiliyinin ən görkəmli simalarından biri. Derbi Fəlsəfə Cəmiyyətinin təsisçisi, Lichfield Botanika Cəmiyyətinin təşkilatçısı və Lunar Cəmiyyətinin yaradıcılarından biri, London Kral Cəmiyyətinin üzvü. O, köləliyin əleyhdarı idi və qadınların təhsil almasını müdafiə edirdi. Təkamülçü Çarlz Darvinin babası və antropoloq Frensis Qalton, həkim Robert Darvinin atası. İsveç Elmlər Akademiyasının ilk prezidenti Karl Linneyin əsərlərinin ingilis dilinə tərcümələrinin müəllifidir. J.J.Russonun həmsöhbəti olmuşdur.