EMAR
EŞQ
OBASTAN VİKİ
Rotterdamlı Erazm
Rotterdamlı Erazm (lat. Desiderius Erasmus Roterodamus; 28 oktyabr 1466[…], Rotterdam, Cənubi Hollandiya – 12 iyul 1536, Bazel) — ilahiyyatçı, alim və yazar. Erasmus Renessans dövrünün böyük nümayəndələrindən hesab olunur. Avropa İntibahının böyük ustası və klassik ədəbiyyat tədqiqatçısı, humanist alim və ilahiyyatçı. == Həyatı == Bugünkü orta təhsili əvəz edən təhsil aldıqdan sonra Auqustin təriqətinə girərək rahib oldu. Ancaq heç bir zaman ənənəvi mənada bir rahib olaraq fəaliyyət göstərmədi; həyatını daha çox elmə həsr etmək istədiyinə görə, dini qurumlardan "cübbə geyməmək" icazəsini aldı. Paris Universitetinə daxil oldu. 1499-cu ildə İngiltərəyə gedərək, John Colet, Thomas More (Morus) kimi alimlərlə tanış oldu və bu dostluqlar nəticəsində dünyagörüşü daha da genişləndi. Papalığın düşüncələr üzərində qurduğu hegemoniyaya qarşı çıxaraq, əsl Xristianlıq ruhunu antik çağın təbiiliyində axtarırdı. İncəsənətin və elmlərin yayılmasının, Avropanın ortaq bir incəsənət və elm mərkəzində birləşməsini, humanizmin birinci şərti sayırdı.
бра́га втача́ть дезерти́рствовать лепто́н маркси́стка озвере́ть папиро́сница по плечу́ преко́совый припая́ться го́мик миф монотеи́ст пошлина decennium dizain donjon heighten sixty-fourmo step along string along выезжать использовать латания расшить