eskadron
eskalator
OBASTAN VİKİ
İdlib De-eskalasiya Nəzarət Qüvvəsi fəaliyyətləri
İdlib əməliyyatı (türk. İdlib Hârekatı) və ya şifrələnmiş adı ilə İdlib De-eskalasiya Nəzarət Qüvvəsi fəaliyyətləri (türk. İdlib Gerginliği Azaltma Kontrol Gücü faaliyetleri) — "Fərat Qalxanı" əməliyyatından sonra, de-eskalasiya zonası yaratmaq hədəfiylə 12 oktyabr 2017-ci il tarixində Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyat. Bu, Fərat Qalxanı və Şah Fırat əməliyyatlarından sonra Türkiyənin həyata keçirdiyi üçüncü transsərhəd əməliyyatıdır. Hərbi əməliyyat Türkiyə, Rusiya və İran tərəfindən imzalanmış 2017-ci il Astana sazişindən sonra başladılmışdır. Bu sazişdə, qeyd edilən ölkələrin hökuməti Əl-Qaidənin bir qolu olan Həyyat Təhrir əş-Şam (əsasən HTŞ olaraq bilinir) cihadçı radikal hərbi quruplaşmasının İdlib regionundan çıxarılması üçün razılaşmışdılar. HTŞ İdlib regionundakı dominant qüvvə hesab edilirdi, lakin quruplaşma İdlib əməliyyatının başlamasıyla dəstək itirməyə başlamışdır. Türkiyə Silahlı Qüvvələri 2017-ci ildə sadəcə kiçik ölçülü hərbi əməliyyatlar həyata keçirmişdir. 2018-ci ilin fevral ayında Türkiyə Silahlı Qüvvələri İdlibin şimal və cənub-şərqi hissələrində çoxsaylı müşahidə nöqtələri tikməyə başlamışdır. 13 mart 2018-ci il tarixində Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Həma mühafəzəsinin şimal-qərbi hissəsinə daxil olmuş və iki yeni müşahidə nöqtəsi tikməyə başlamışdır.