eskadrilya
eskalasiya
OBASTAN VİKİ
1 Avqust (aerobatika eskadronu)
1 Avqust (çin. 八一飞行表演队) Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1962-ci ildə yaradılmışdır və Çin Xalq Azadlıq Ordusunun yaradıldığı tarix şərəfinə 1 Avqust adlandırılmışdır. Komanda dünyanın 166 ölkə və regionunda beş yüzdən çox çıxış edib. Uçuşlar üçün 6 ədəd Chengdu J-10 təyyarəsi istifadə olunur.
Belaya Rus (aerobatika eskadronu)
Belaya Rus (belar. Белая Русь) — Belarus Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou üçün L-39 Albatros təyyarələrindən istifadə olunur. Təyyarələr qırmızı, ağ və yaşıl rənglərlə boyanıb. Komanda Belarus Respublikasında bayram günlərində çıxış edir. == Tarixi == Komanda 2006-cı ildə Ukraynadan 10 Çexiya istehsalı olan L-39 Albatros təlim təyyarəsi alındıqdan sonra yaradılıb. Həmin təyyarələr aviaşoularla yanaşı, Belarus Respublikası Hərbi Akademiyasının aviasiya kafedrasının kursantları üçün təlim təyyarəsi rolunu da yerinə yetirir.
Berqutlar (aerobatika eskadronu)
Berqutlar Rusiya Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərdən ibarət yeganə aerobatika eskadronudur. == Tarixi == Eskadron 1989-cu ildə yaradılıb. Amma yaradılış tarixi komandanln ilk aviaşousunu təqdim etdiyi 11 aprel 1992 tarixi hesab olunur. 2014-cü ilə qədər komanda Mi-24 helikopterləri istifadə edib. 2012-ci ildən etibarən Mi-28N helikopterləri istifadə olunmağa başlayıb. Eskadron həm 4 və ya 6 nəfərli qrup şəklində uçuşlar, həm də Mi-28N və Ka-52 helikopterlər ilə solo uçuşlar həyata keçirir.
Bəbirlər (aerobatika eskadronu)
Bəbirlər (rus. Барсы) — Rusiyanın Surqut şəhərində mərkəzləşən, qadın pilotlardan ibarət yeganə mülki aerobatika komandasıdır. 18 iyul 2014 tarixində qurulmuşdur. Uçuşlar üçün Yak-54 təyyarələri istifadə olunur. Komandanın arsenalında həm də Yak-52, Yak-18T, An-2 və Douglas DC-3 təyyarələri var.
Chinook (aerobatika eskadronu)
Chinook Nümayiş Komandası (ing. Chinook Display Team) Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Boeing CH-47 Chinook helikopterinin Britaniya versiyası istifadə olunur.
Fransanın Aerobatik Patrulu (aerobatika eskadronu)
Fransanın Aerobatik Patrulu (fr. Patrouille acrobatique de France) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Ən qədim aerobatika eskadronudur. 1981-ci ildən etibarən uçuşlar üçün Alpha Jet təyyarələri istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. Komanda Paris aviaşousunun daimi iştirakçısıdır.
Leyb-Qvardiyanın Qafqaz eskadronu
Leyb-Qvardiyanın Qafqaz eskadronu — Leyb-Qvardiya-Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik idi. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-cı ildə isə Qafqaz eskadronu yaranıb. Bu birlik bir neçə eskadrondan ibarət idi. Əsası Qafqaz eskadron sayılırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi. 1-ci taqım-provaslav gürcü knyaz və zadəganlarından ibarət gənclərdən 2-ci taqım-Terski diyarının əsilzadə dağlı gənclərindən 3-cü taqım-Dağıstanın və Acarıstanın əsilzadə gənclərindən 4-cü taqım-Zaqafqaziyanın müsəlman xan və bəy soylarından ibarət gənclərdən Digər qvardiyalardan fərqli bu eskadron birbaşa Sankt-Peterburq hərbi dairəsinə bağlı idi. Bu eskadron imperatoru və məiyyətini müşayiət edirdi. Çarın qərar tutduğu Krasno Selo (Красно Село) düşərgəsində yerləşirdi. Eskadronun bəzi üzvləri Krım müharibəsində və 1877–1878 Rusiya-Osmanlı müharibəsində rus ordusunun tərkibində iştirak ediblər. Rusiya imperatorununun konvoyunda xidmət göstərən sonuncu azərbaycanlı 1903-cü ilin aprel ayında Leyb-Qvardiyanın Kuban eskadronunda sotnik rütbəsində xidmətə başlamış Aleksandr Rzaqulu Mirzə olub.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Orlik (aerobatika eskadronu)
Orlik Akrobatika Komandası (pol. Zespół Akrobacyjny "ORLIK") Polşa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün PZL-130 Orlik təyyarələri istifadə olunur. Komanda elə bu təyyarənin şərəfinə adlandırılmışdır. İlk icitmai aviaşou 15 aprel 1998 tarixində baş tutmuşdur.
Qırmızı Şeytanlar (aerobatika eskadronu)
Qırmızı Şeytanlar (ing. Red Devils) Belçika Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Əsası 1957-ci ildə qoyulmuşdur. Uçuşlar üçün SIAI-Marchetti SF.260 təyyarələri istifadə olunur. İlk komanda 1957-ci ildə yaradılmışdır. 1959-cu ildə komanda 16 təyyarədən ibarət komanda ilə çıxış edirdi. Daha sonra təhlükələr nəzərə alınaraq təyyarə sayı 5-ə endirilmişdir. 1963-cü ildə bu komanda ləğv olunmuşdur. 1965-ci ildə komanda yenidən quruldu və 1977-ci ilə qədər Avropada uçuşlar həyata keçirdi. 2011-ci ildə "Hardship Red" aerobatika komandası adını dəyişib, Qırmızı Şeytanlar adlanmağa başladı.
Qızılquş (aerobatika eskadronu)
Qızılquş (qaz. Сұңқар) — Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün L-39 Albatros təyyarələri istifadə olunur.
Tayfun (aerobatika eskadronu)
Tayfun aerobatika komandası (ing. Typhoon Display Team) Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Eurofighter Typhoon təyyarəsi istifadə olunur.
Tovuzquşu (aerobatika eskadronu)
Tovuzquşu (sanskr. सारंग) Hindistan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 2003-cü ildə qurulmuşdur. Banqalorda mərkəzləşib. Uçuşlar üçün HAL Dhruv helikopterləri istifadə olunur. Komanda adını Hindistanın milli quşu olan Tovuz quşudan almışdır. Helikopterlərin üzərində tovuz quşu rəsmi var.
Tüstü Eskadronu
Aerial Demonstration Squadron (port. Esquadrão de Demonstração Aérea)(azərb. Hava Nümayişi Eskadronu‎) başqa adıyla Smoke Squadron (port. Esquadrilha da Fumaça)(azərb. Tüstü Eskadronu‎) kimi tanınan, Braziliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Hal-hazırda aviaşoular zamanı Embraer EMB 312 Tucano təyyarələrindən istifadə olunur. Komanda ilk ictimai uçuşunu 1952-ci il 14 may tarixində T-6 Texan təyyarələri ilə həyata keçirmişdir. Həmin təyyarələr 1968-ci ildə komanda yenidən qurulana qədər istifadə olunmuşdur. Komanda 1977-ci ildə ləğv olunmuş, 1983-cü ilin 8 dekabr tarixində isə yenidən qurulmuşdur. Həmin dövrdə T-25 Universal təyyarələrindən istifadə olunmağa başladı.
Uzunqanadlar (aerobatika eskadronu)
Uzunqanadlar (rus. Стрижи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 6 may tarixində yaradılmışdır.
Yaşıl Marş (aerobatika eskadronu)
Yaşıl Marş (Marche Verte) Mərakeş Kran Hərbi Hava Qüvvələrinə məxsus və Morokkonun rəsmi aerobatika eskadronudur. 1975-ci ildə baş vermiş "Green March" şərəfinə adlandırılmışdır. Komanda 1988-ci ildə yaradılıb. İlk komanda yalnız 2 təyyarədən ibarət idi. Hal-hazırda uçuşlar üçün 7 ədəd Mudry CAP 230 təyyarəsi istifadə olunur. Komandanın nəqliyyat təyyarəsi CASA/IPTN CN-235-dir.
Yeddisu bəbirləri (aerobatika eskadronu)
Yeddisu bəbirləri (qaz. Барсы Жетысу) — Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Su-27 təyyarələri istifadə olunur. Qrup 2012-ci ildə qurulmuşdur. Komanda Rus Cəngavərləri aerobatika komandasının yerli variantıdır və ondan fərqli olaraq ölkə xaricində uçuşlar həyata keçirmir.
Yupiter (aerobatika eskadronu)
Yupiter Aerobatika Komandası (YAK) (ing. Jupiter Aerobatic Team (JAT)) İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd KAI KT-1 Woongbi təyyarəsi istifadə olunur. Təyyarələr ağ və qırmızı rənglərə boyanmışdır. Təyyarələr ağ tüstü generatorları ilə təchiz olunub. 1996-cı ildə BAE Systems Hawk təyyarələri istifadə edən ilk komanda yaradılmışdır. Komandanın ilk uçuşu 1997-ci il 23 sentyabrda baş tutmuşdur. 2001-ci ildə Elang Biru eskadronu ilə birləşdi və Mavi Yupiter adlanmağa başladı. 90-cı illərdə baş verən iqtisadi böhrana görə həmin komanda da ləğv olundu. 2008-ci ildə Yupiter Aerobatika Komandası yenidən quruldu və ilk ictimai uçuş noyabr ayında baş tutdu.
Zevs (aerobatika eskadronu)
Zevs aerobatika eskadronu Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 2010-cu ildə qurulmuşdur. Uçuşlar üçün F-16 təyyarəsi istifadə olunur. Komanda Yunanıstanın Carrè Asse, Acro Team, Hellenic Flame, New Hellenic Flame komandalarının tarixini davam etdirir. İlk ictimai uçuşunu 1 fevral 2010 tarixində həyata keçirib.
İldırım Pələngi (aerobatika eskadronu)
Çin Respublikası Hərbi Hava Qüvvələri İldırım Pələngi Aerobatika Eskadronu (çin. 中華民國空軍雷虎特技小組) Çin Respublikasına məxsus aerobatika eskadronudur. 1953-cü ildə qurulmuşdur. Komandanın ilk uçuşu 14 avqust 1954-cü ildə Hərbi Hava Qüvvələrinin Bayramı Günündə yerinə yetirilmişdir. Uçuşlar üçün 4 ədəd F-84G təyyarəsi istifadə olunmuşdur. 6 iyun 1956-cı ildə komanda "Çin Hava Qüvvələrinin İldırım Pələnglərinin Uçuş Texniki Korpusu" adını alır və bir il sonra 9 təyyarədən ibarət düzülüşdə uçuşlar həyata keçirir. Komandanın xarici ölkədəki ilk aviaşousu 15 dekabr 1957-ci ildə Filippin Beynəlxalq Aviasiya Şousu daxilində olmuşdur. 1959-cu ildə uçuşlar üçün 12 ədəd F-86 təyyarəsi istifadə olunmağa başladı. 1967-ci ildə bu təyyarələr F-5A ilə əvəz olundu. 1 noyabr 1988-ci il tarixindən bu günə qədər AT-3 təyyarələri istifadə olunur.
İldırım quşları (aerobatika eskadronu)
İldırım quşları (ing. Thunderbirds) — ABŞ Hərbi Hava Qüvvələrinin aerobatika komandasıdır. 25 may 1953-cü ildə yaradılmış filo, bu sahədə dünyanın ən qədim üçüncü filosudur.
İsrail HHQ-ın aerobatika eskadronu
İsrail Hərbi Hava Qüvvələrinin Aerobatika Eskadronu 1973-cü ildə yaradılmışdır. 2010-cu ilə qədər Fouga CM.170 Magister təyyarələrindən istifadə olunurdu. Hal-hazırda isə Beechcraft T-6 Texan II təyyarələri istifadə olunur. Təyyarələr ağ tüstü generatorları ilə təchiz olunub.
İsveçrə Patrulu (aerobatika eskadronu)
İsveçrə Patrulu (fr. Patrouille Suisse) İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1964-cü il 22 avqust tarixində qurulmuşdur. Uçuşlar üçün Northrop F-5 təyyarələri istifadə olunur. 2016-cı ilin iyun ayında Leuwarden aviabazasında təşkil edilən hava şousunda havada toxunuş baş verib, pilot katapult edərək qurtulub. 15 iyun 2023-cü il tarixində təlim zamanı komandanın 2 təyyarəsi hava bir-birinə toxunub, təyyarələrdən birinin burnu qoparaq evin fasadına dəyib. Təyyarə qəza enişi edə bilib.
Əqrəb (aerobatika eskadronu)
Əqrəb aerobatika komandası (pol. Grupa Akrobacyjna Skorpion) Polşa Quru Qoşunlarına məxsus aerobatika eskadronudur. 1999-cu ildə qurulmuşdur. Uçuşlar üçün 4 ədə Mi-24 helikopteri istifadə olunur. Bekutlardan başqa Mi-24 helikopterləri ilə uçun 2-ci aerobatika eskadronudur. Qrup ləğv olunmayıb amma hal-hazırda aviaşoularda iştirak etmir.
Yonca (aerobatika eskadronu)
Yonca (alm. Das Kleeblatt‎) aerobatika eskadronu — Avstriya Hərbi Hava Qüvvələrinə məxsus olmuş helikopterlərdən ibarət aerobatika komandası idi. Aerobatika eskadronu 1975-ci ildə qurulmuşdur və 1987-ci ilə qədər fəaliyyət göstərmişdir. 1997-ci ildə eskdaron yenidən aktivliyini bərpa etdi və 2001-ci ilə qədər fəaliyyət göstərdi. Helikopterlər standart qəhvəyi rəngdə rənglənmiş və əlavə ağ rəngli zolağa malik idilər. Quyruq pəri Avstriya bayrağı kimi ağ-qırmızı rəngdə idi.

Значение слова в других словарях