ESP

Encapsulating Security Payload Şifrlənmiş verilənlərin inkapsulyasiyası protokolu – IPSec-in nüvəsini təşkil edən üç protokoldan biri (digərləri AH və IKE). Ötürülən verilənləri şifrləməklə konfidensiallığı təmin edir, verilənlərin autentifikasiyasını və tamlığını də dəstəkləyə bilər.
Escrow
ESP
OBASTAN VİKİ
ESP (Elektronik Stabilləşdirmə Proqramı)
ESP, Robert Bosch GmbH firması tərəfindən yaradılmış, avtomobillərdə idarə etməyə dəstək verən bir sistemdir. Açıqlaması - Electronic Stability Program (Elektronik Stabilləşdirmə Proqramı) olan sistem ilk dəfə Mercedes-Benz firması tərəfindən 1995-ci ildə CL modellərinin konsepsiyasında istifadə etmişdir. Fərqli firmalarda, fərqli adlarla xatırlanan bu sistemin məntiqi ümumiyyətlə belədir: mərkəzi kontrol sistemi sükan bucaq sensorlarından, moment sensorlarından, ABS əyləc sisteminin sensorlarından gələn məlumatları qiymətləndirərək avtomobilin sürüşüb, sürüşmədiyini aydınlaşdırır. Buna görə də əyləc sistemi vasitəsilə lazımi təkərlərə və mühərrikin gücünə müdaxilə edərək avtomobili əvvəlki trayektoriyasına qaytarmağa çalışır. Məsələn, avtomobil ön hissədən sürüşərsə, sürüşməyən arxa təkərlərin əyləci avtomatik qapanır, həmçinin arxa təkərlər sürüşərsə, sürüşməyən ön təkərlər avtomatik olaraq dayandırılır. Beləliklə avtomobil sürüşməzdən qabaqki trayektoriyasına qayıdır.
Cruzeiro Esporte Clube
Kruzeyro İdman Klubu (ing. Cruzeiro Esporte Clube) — qərargahı Belo Horizonte, Minas Gerais-də yerləşən Braziliya idman birliyidir. Və Braziliyanın ən böyük futbol klublarından biri hesab olunur. Kruzeyro futbol klublu 2 yanvar 1921-ci il yaradılıb. O, iki dəfə kubok çempionu, dörd dəfə isə Braziliya çempionu olmuşdur. Kruzeyro CONMEBOL-un tiz (başqaları Olimpiya, São Paulo, Independiente, Vélez Sársfield, Boca Juniors, Internacional və LDU) sahib yalnız səkkiz komandadan biridir.
ESPN
ESPN ("İ-Es-Pi-En" kimi tələffüz olunur, əvvəl adı ing. Entertainment and Sports Programming Network idi) — ABŞ kabel televiziyası idman kanalı. ESPN kanalı, 7 sentyabr 1979-cu ildə Bill Rasmussen və Skott Rasmussen tərəfindən quruldu və o vaxtki adı Entertainment and Sports Programming Network. 1985-ci ildə adı ESPN olaraq dəyişdirildi. Kanal ilk dəfə 7 sentyabr 1979-cu ildə yayımlandı. ESPN özünü "İdman sahəsində dünya lideri" adlandırır. Kanalda əsasən oyunların canlı və ya təkrar translyasiyalar və idman yönümlü xəbər proqramları göstərilir. Bundan başqa, kanalda idman tok-şouları və idman sənədli filmləri də yayımlanır. Kanalın baş qərargahı ABŞ-nin Konnektikut ştatlnın Bristol şəhərində yerləşir. Şirkətin prezidenti Corc Bodenhaymerdir (ing.
ESPRIT arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Espalon
Espalyon (fr. Espalion, oks. Espaliu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12096. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 25 km şimal-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 4341 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 2598 nəfər arasında (15-64 yaş) 1880 nəfər iqtisadi cəhətdən fəal, 718 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.4%, 1999-cu ildə 71.4%).
Espalyon

Espalyon (kanton)
Espalyon (fr. Espalion) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1212. Espalyon kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. 2007-cı ildə əhalinin sayı 7 322 nəfər təşkil edirdi.
Espanton
Espanton (fr. esponton, lat. espietus, spedus, spentum — nizə), Kiçik protazan — fiqurlu lələkdən, tacdan, aralarındakı çarpazdan, dartqıdan və uzun taxta mildən ibarət deşici Soyuq silah. Həmçinin, fərqlənmə nişanı. Espanton Avropa ordularında XVI əsrdə zabitlərin fərqləndirici xüsusiyyəti kimi ortaya çıxmışdır. Həmin dövrdə protazan da eyni funksiyanı daşıyırdı. Həm protazan, həm də espanton enli ucluğu olan nizə formasında idilər, lakin protazanın ucu uzunsov üçbucaq şəklində, espantonun ucluğu isə enli yarpaq şəklində idi.
Espanyol FK
Espanyol — Barselona şəhərini təmsil edən bir futbol klubudur.La Liqada çıxış edir.Əsası Barselonada təhsil alan bir qrup gənc tələbə tərəfindən qurulmuşdur.Barselona çempionatda bir növ Kataloniya millisi təsiri bağışladığı halda Espanyol daha çox şəhərdəki ispanları təmsil edir.
Esparron
Esparron (Yuxarı Alplar) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Esparron-de-Verdon — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir.
Esparron-de-Verdon
Esparron-de-Verdon (fr. Esparron-de-Verdon, oks. Esparron de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04081. 2008-ci ildə əhalinin sayı 430 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 240 nəfər arasında (15–64 yaş) 153 nəfər iqtisadi fəal, 87 hərəkətsiz (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 61,7%) idi. Fəal 153 nəfərdən 130 nəfər (76 kişi və 54 qadın), 23 nəfər işsiz (11 kişi və 12 qadın) idi.
Esparron (Yuxarı Alplar)
Esparron (fr. Esparron, oks. Esparron) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Barsiyonnet kantonuna daxildir. INSEE kodu — 05049. 2008-ci ildə əhalinin sayı 36 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 22 nəfər arasında (15-64 yaş) 16 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 66.7%). Fəal olan 16 nəfərdən 16 nəfər (10 kişi və 6 qadın) işlədi, işsiz qalmadı.
Espejoa
Espejoa (lat. Espejoa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Espejoa mexicana
Espeletia
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Espeletia chardonii
Espeletiopsis
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Espelkamp
Espelkamp — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində Minden-Lübbecke bölgəsində yerləşən rayon. Espelkamp Lübbekkenin təxminən 10 kilometr şimalında və Mindenin 20 kilometr şimal-qərbində yerləşir.
Esperak
Esperak (fr. Espeyrac, oks. Espeirac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12097. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 30 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 242 nəfər təşkil edirdi. 2007-ci ildə 124 əmək qabiliyyətli (15–64 yaş arasında) 90 nəfər iqtisadi fəal, 34 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə 60,1%) idi.
Esperanto
Esperanto (fr. esperer – ümid etmək) — 1887-ci ildə polşalı oftalmoloq və linqvist Lüdviq Lazar Zamenhof tərəfindən yaradılmış beynəlxalq süni dildir. Onun 1905-ci ildə çap etdirdiyi "Fundamento de Esperanto" adlanan kitabında sözügedən dilin qrammatikası və əsas müddəalarına yer verilmişdir. Özünü Dr.Esperanto deyə qələmə verən Zamenhof müxtəlif xalqlar arasındakı ünsiyyət problemini həll etməyi qarşıya məqsəd qoyaraq bu dili yaratmışdır.Günümüzdə ən populyar süni dil olmasına baxmayaraq qarşıya qoyulmuş hədəfə, yəni beynəlxalq ünsiyyət vasitəsi olma planlarına çata bilməmişdir. "Esperanto" sözü fransız dilində "ümid etmək" mənasını verən "esperer" sözündən götürülmüşdür.Kök və şəkilçiyə ayrılması "esper+ant+o" şəklindədir.Ümid edən insan mənasını ifadə edir. Əsl adı Linqvo İnternaçia olan bu dil, Zamenhofun 1887-ci ildə çap etdirdiyi "Unua Libro" kitabında özünü "Doktoro Esperanto" adlandırması ilə birlikdə dil də bu adla anılmağa başlandı. Əslən Polşadan olan Zamenhofun yaşadığı mühitdə daha çox polyakca, rusca və yiddiş dilindən istifadə olunurdu.O, bu insanların bir-biriləri ilə gündəlik ünsiyyətini asanlaşdırmaq üçün dəyişilməz 16 əsas qanuna istinad edən, istisnasız və əksər sözlərini Avropa dillərindən alan bir dil ixtira etməyi hədəflədi. Zamenhof kiçik yaşlarından bu planını həyata keçirmək barəsində düşünürdü.İlk vaxtlar, o, latın dili və ya yunan dilindən birini sadələşdirmək fikrində olmuşdu.Lakin, sonradan latın dilini öyrənərkən bu dilin çox qarışıq qrammatikası olduğu qənaətinə gəlmiş və tamamilə yeni bir dil yaratmağın daha məqsədəuyğun olduğunu fikirləşmişdir. İngilis dilini öyrəndiyi vaxtlar o, feilin şəxslərə görə uzlaşmasını mənasız hesab etmiş və bunlarsız qrammatikanın daha asan ola biləcəyini düşünmüşdü.Ancaq yenə də söz əzbərləməkdə bir sıra çətinliklər çəkməyə davam edirdi.Rus dili öyrənməyə başlayarkən isə bu məsələni suffiks şəkilçiləri vasitəsi ilə yeni düzəltmə söz yaradaraq minimuma endirə biləcəyini dərk etmişdi.Beləcə öz dilinin leksionunu danışanlarının sayına görə digər dil qruplarından öndə gedən Roman dilləri və German dilləri qruplarından təşkil etməyə başladı. 1881-ci ildə dildə baş verən ən böyük yeniliklərə "w" hərfinin "v" hərfi ilə əvəz olunması,cəm şəkilçisinin -es yerinə -oj olaraq dəyişdirilməsi,sözlərə təsirlik hal şəkilçisinin (l') artırılmağa başlanması,feillərdə hecanın istisna olaraq son hecaya düşməsi qaydasını dəyişdirərək sözdə bütün sözlərin bir qayda olaraq axırdan 2-ci hecaya düşməsi qaydasının təsdiq edilməsi,á, ć, é, ħ, -ó, ś, ź kimi hərflərin əlifbadan çıxarılması və feil sonluqlarının dəyişdirilməsini misal göstərmək olar.
Esperanto Akademiyası
Esperanto Akademiyası (esp. Akademio de Esperanto, ing. Academy of Esperanto) — dilin əsas prinsipləri ilə ardıcıl olaraq Esperanto dilinin təkamülünü nəzarət edən müstəqil bir dil akademiyası. Fransa Akademiyasından bir az modellənmişdir, Esperanto dilinin yaradıcısı olan Lüdviq Lazar Zamenhof tərəfindən Esperantonun Birinci Ümumdünya Esperanto Konqresi tərəfindən təklif edildi və qısa müddət sonra Lingva Komitato (azərb. Dil Komitəsi‎) adı altında quruldu. Bu Komitənin Akademio (azərb. Akademiya‎) adlı bir "üstün komissiyası" var idi. 1948-ci ildə, ümumi bir yenidənqurma çərçivəsində, Dil Komitəsi (esp. Lingva Komitato) və Akademiya (esp. Akademio ) Esperanto Akademiyasını yaratmaq üçün bir araya gəldi.
Esperanto Kursu
Esperanto Kursu (esp. Kurso de Esperanto) — Esperanto dilində 12 hissəli pulsuz və açıq mənbəli bir dil kursu proqramıdır. Kurs, xüsusilə optimize edilmiş öyrənmə məşqləri səbəbiylə iki həftə içində Esperanto dilinin təməlini öyrənmək üçün hazırlanmışdır. Proqram tələffüz və dinləmə anlayışını inkişaf etdirmək üçün istifadə edilən bütün sözlərin dinləmə testlərindən istifadə edir. İstifadəçi, mikrofondan istifadə edərək Esperanto dilində danışma cəhdlərini lentə ala və onları nümunələrlə müqayisə edə bilər. Hər hissənin sonunda və bütün Esperanto dili kursunun sənədləşdirilməsi üçün istifadəçi imtahandan keçə bilər və bu xüsusiyyətlərdən istifadə edə bilər: Testlər imtahanın cavablarını düzəltmək üçün kurs rəhbərlərinə pulsuz olaraq verilə bilər. Bu düzəliş xidməti, Almaniya Esperanto Gənclik Təşkilatı da daxil olmaq üzrə Esperanto Hərəkatının könüllüləri tərəfindən təmin edilməkdədir. Esperanto Kursu, Kvebek Esperanto Cəmiyyəti (esp. Esperanto-Societo Kebekia, fr. Société québécoise d'espéranto) və digər kurslar tərəfindən inkişaf etdirilən 10 saatlıq bir kursa söykənir.
Esperanto adası
Esperanto adası — Zed adaları arxipelaq qrupunun ən böyük və ən şimal-qərbdəki adasıdır. Ada Antarktidanın Varna yarımadasının Livinqston adasının şimal sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Hündür nöqtəsi 290 m, uzunluğu 950 m, eni 900 m, səthinin sahəsi isə 56 hektardır. Ada qonşu ada olan Fanaqoriya adasından 70 m, Livinqston adasının Vilyams burnundan isə 2.7 km şimal-qərbdə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada süni dillərdən biri olan Esperanto dilinin adını daşıyır. Esperanto adası 62°25′43″ c. e. 60°10′23″ q.
Esperanto dili
Esperanto (fr. esperer – ümid etmək) — 1887-ci ildə polşalı oftalmoloq və linqvist Lüdviq Lazar Zamenhof tərəfindən yaradılmış beynəlxalq süni dildir. Onun 1905-ci ildə çap etdirdiyi "Fundamento de Esperanto" adlanan kitabında sözügedən dilin qrammatikası və əsas müddəalarına yer verilmişdir. Özünü Dr.Esperanto deyə qələmə verən Zamenhof müxtəlif xalqlar arasındakı ünsiyyət problemini həll etməyi qarşıya məqsəd qoyaraq bu dili yaratmışdır.Günümüzdə ən populyar süni dil olmasına baxmayaraq qarşıya qoyulmuş hədəfə, yəni beynəlxalq ünsiyyət vasitəsi olma planlarına çata bilməmişdir. "Esperanto" sözü fransız dilində "ümid etmək" mənasını verən "esperer" sözündən götürülmüşdür.Kök və şəkilçiyə ayrılması "esper+ant+o" şəklindədir.Ümid edən insan mənasını ifadə edir. Əsl adı Linqvo İnternaçia olan bu dil, Zamenhofun 1887-ci ildə çap etdirdiyi "Unua Libro" kitabında özünü "Doktoro Esperanto" adlandırması ilə birlikdə dil də bu adla anılmağa başlandı. Əslən Polşadan olan Zamenhofun yaşadığı mühitdə daha çox polyakca, rusca və yiddiş dilindən istifadə olunurdu.O, bu insanların bir-biriləri ilə gündəlik ünsiyyətini asanlaşdırmaq üçün dəyişilməz 16 əsas qanuna istinad edən, istisnasız və əksər sözlərini Avropa dillərindən alan bir dil ixtira etməyi hədəflədi. Zamenhof kiçik yaşlarından bu planını həyata keçirmək barəsində düşünürdü.İlk vaxtlar, o, latın dili və ya yunan dilindən birini sadələşdirmək fikrində olmuşdu.Lakin, sonradan latın dilini öyrənərkən bu dilin çox qarışıq qrammatikası olduğu qənaətinə gəlmiş və tamamilə yeni bir dil yaratmağın daha məqsədəuyğun olduğunu fikirləşmişdir. İngilis dilini öyrəndiyi vaxtlar o, feilin şəxslərə görə uzlaşmasını mənasız hesab etmiş və bunlarsız qrammatikanın daha asan ola biləcəyini düşünmüşdü.Ancaq yenə də söz əzbərləməkdə bir sıra çətinliklər çəkməyə davam edirdi.Rus dili öyrənməyə başlayarkən isə bu məsələni suffiks şəkilçiləri vasitəsi ilə yeni düzəltmə söz yaradaraq minimuma endirə biləcəyini dərk etmişdi.Beləcə öz dilinin leksionunu danışanlarının sayına görə digər dil qruplarından öndə gedən Roman dilləri və German dilləri qruplarından təşkil etməyə başladı. 1881-ci ildə dildə baş verən ən böyük yeniliklərə "w" hərfinin "v" hərfi ilə əvəz olunması,cəm şəkilçisinin -es yerinə -oj olaraq dəyişdirilməsi,sözlərə təsirlik hal şəkilçisinin (l') artırılmağa başlanması,feillərdə hecanın istisna olaraq son hecaya düşməsi qaydasını dəyişdirərək sözdə bütün sözlərin bir qayda olaraq axırdan 2-ci hecaya düşməsi qaydasının təsdiq edilməsi,á, ć, é, ħ, -ó, ś, ź kimi hərflərin əlifbadan çıxarılması və feil sonluqlarının dəyişdirilməsini misal göstərmək olar.
Esperanto dilli Vikipediya
Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir. Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu. Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi. Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi. Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı. 2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj) və 206 yaxşı məqalə (legindaj artikoloj) var.

Значение слова в других словарях