Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə[1][2][3] başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla[4] yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir.[5]
Esperanto dilli Vikipediya | |
---|---|
URL | eo.wikipedia.org |
Layihənin mahiyyəti | qeyri-kommersiya təşkilatı |
Saytın tipi | onlayn ensiklopediya |
Qeydiyyat | məcburi deyil |
Dil | esperanto |
Sahibi | Vikimedia Fondu |
Yaradılma tarixi | 11 may 2001, 6 noyabr 2001 |
Məqalələrin sayı | 359.415 (37-ci yer) |
Faylların sayı | 18.595 |
Səhifələrin sayı | 808.441 |
Redaktələrin sayı | 8.852.655 |
İstifadəçilərin sayı | 228.611 |
Aktiv istifadəçilərin sayı | 309 |
İnzibatçıların sayı | 12 |
Dərinlik | 17,1 |
Vikianbarda əlaqəli mediafayllar |
Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu.[6] Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi.[7] Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi.
Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı.[8][9]
2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj)[10] və 206 yaxşı məqalə (legindaj artikoloj)[11] var. Həftəlik icma işlərinə baxımsız məqalələri və ön səhifədəki keyfiyyətli məqalələri inkişaf etdirmək məqsədli keçirilən "Həftənin əməkdaşlığı" (kunlaboraĵo de la semajno)[12] daxildir. Esperanto cəmiyyəti MetaVikinin təşkil edtidyi "Həftənin Tərcüməsi" layihəsinin tez-tez iştirakçısıdır.
2012-ci ilin fevral ayına olan məlumata əsasən Esperanto Vikipediyası 100.000-dən çox məqaləsi ilə Vikipedialar arasında bu dili danışanların sayına nisbətən 5-ci, ümumi olaraq isə 11-ci yeri tutdu.[13] Bu rəqəmlər Ethnologue-nin 2.000.000 Esperanto spikerinin qiymətləndirməsinə əsaslandı.
Redaktorlarının coğrafi yayılması səbəbindən (sağdakı qutuya baxın), Esperantoca Vikipediyada redaktorlarının mənşəyi müxtəlifdir.
13 Avqust 2014-cü ildə Esperanto dilli Vikipediyadakı çəqalələrin sayı 200.000-ə çatdı.
Layihəyə öyrənənlər və bütün səviyyədəki digər esperantistlər ilə birlikdə çox təcrübəli esperantistlər və yerli esperantistlər qoşulmuşlar. Bunlar arasında Esperanto Akademiyasının üzvləri Qerrit Barvelinq, Con Vells və görkəmli bir esperanto qramatisti[14] və esperanto lüğəti haqqında Akademiyanın bölmə müdiri Bertilo Vennerqren də var.
Esperanto dilli Vikipediya bir çox Esperanto xəbər mediasında, o cümlədən Radio Polonia-da radio reportajı[15] və Esperanto, Kontakto, Libera Folio[16] və Raporto.info[17] saytlarındakı məqalələrdə yer almışdır. 2011-ci ildə ensiklopediyanın 10-cu ildönümünü qeyd etmək üçün təşkil olunan Esperanto Vikimaniya, ev sahibi Çexiya və Pardubitse regionu tərəfindən subsidiya aldı və Çex Televiziyası tərəfindən qeydə alındı.[18][19]
Universal Esperanto Dərnəyi kimi Esperanto təşkilatları Vikipedio'ya töhfə vermirlər, ancaq Vikipedio təqdimatları və təlimləri üçün Esperanto konqreslərində otaq təmin etməklə bunu dəstəkləyirlər. 2008-ci ilin yayında Rotterdamda keçirilən Dünya Esperanto Konqresində iki Vikipediya görüşü və Esperantoloji Konfransı keçirildi. 2013-cü ilin aprel ayında ELiSo (Esperanto və Azad Bilik) ilk Vikimedia istifadəçi qruplarından biri kimi quruldu.[20]
Esperanto dilli Vikipediya cəmiyyəti 40 səhifəlik "Vikipediya: Praktik Əl kitabı" (Vikipedio: Praktika Manlibro) hazırladı və onlayn və konvensiyalarda satıldı.[21] Təlimat yeni Vikipediyaçılara Esperanto Vikipediyasında necə redaktə etmək barədə məsləhət və məlumat vermək məqsədi daşıyır. Hal hazırda ikinci çapındadır.