ESTUARİ

(lat. aestuarium su basmış mənsəb) dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. E. çayın töküldüyü yerdə dəniz səviyyəsinin qaxması, çayın gətirdiyi materialları qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. E.-də delta əmələ gəlir. E. dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar E. nadir fiziki və bioloji əlamələrilə səciyyələnir. E.-lər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, onların daim qorunması və səmərəli istifadəsi tələb olunur.
EROZİYAYA QARŞI SUVARMA TEXNİKASI
EUQALİN SU HÖVZƏSİ
OBASTAN VİKİ
Estuari
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Ob estuarisi
Ob körfəzi və ya Ob estuarisi — Kara dənizinin ən böyük körfəzi, Ob çayının Estuarisi olaraq Qdansk yarımadası ilə Yamal yarımadası arasında yerləşir. Estuaridən şərqdə Taz estuarisi yerləşir. Tazov estuarisi Taz çayının mənsəbini təşkil edir. Körfəzin uzunluğu 800 km, eni 30 – 80 km, dərinliyi isə 25 m təşkil edir. İyulda buzdan azad olunduğu halda, oktyabrda isə buz bağlayır. Əsas yaşayış məntəqəsi Novıy Port, Yamburq, Kamennıy burnu. Estuarinin dibi lillidir. Sahil xətti isə qumsallıqdır. Sahillərində meşələrə rast gəlinmir. Qərb hissələri isə nisbətən hündürdür.
Qdansk estuarisi
Qdansk estuarisi — Kara dənizində, Qdansk yarımadasının şimal sahillərində yerləşir. Yavay yarımadası və Mamont yarımadası arasında yerləşir. Körfəzin uzunluğu 200 km, dərinliyi 5—8 m təşkil edir. İlin böyük qismi buzla örtülüdür. Qabarmanın hündürlüyü 1 metrə çatır. Estuariyə Yuribey çayı tökülür. Körfəz XVIII əsrin ortalarında onun cənub hissəsindən ora tökülən Qıda çayına görə bu adı verilmişdir.
Taz estuarisi
Taz estuarisi — Kara dənizində, Qdansk yarımadası ilə Tazov yarımadası arasında yerləşən körfəz. Körfəzin uzunluğu 330 km, eni 45 km təşkil edir. Taz və Pur çaylarının yatağını təşkil edir. Qabarmanın hündürlüyü 0,7 metrdir. Tazov estuarisinin bir hissəsi şirinsuludur. Dərinliyi elədə böyük deyildir. Maksimal dərinlik 9 metrdir. Dibi lil və qumludur. Sol sahili sıldırımlı, sağ sahili isə hamardır. Adalarının üzəri mamırla örtülür.

Значение слова в других словарях