Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Estuari
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuaridə delta əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Amazon, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Ob estuarisi
Ob körfəzi və ya Ob estuarisi — Kara dənizinin ən böyük körfəzi, Ob çayının Estuarisi olaraq Qdansk yarımadası ilə Yamal yarımadası arasında yerləşir. Estuaridən şərqdə Taz estuarisi yerləşir. Tazov estuarisi Taz çayının mənsəbini təşkil edir. Körfəzin uzunluğu 800 km, eni 30 – 80 km, dərinliyi isə 25 m təşkil edir. İyulda buzdan azad olunduğu halda, oktyabrda isə buz bağlayır. Əsas yaşayış məntəqəsi Novıy Port, Yamburq, Kamennıy burnu. Estuarinin dibi lillidir. Sahil xətti isə qumsallıqdır. Sahillərində meşələrə rast gəlinmir. Qərb hissələri isə nisbətən hündürdür.
Qdansk estuarisi
Qdansk estuarisi — Kara dənizində, Qdansk yarımadasının şimal sahillərində yerləşir. Yavay yarımadası və Mamont yarımadası arasında yerləşir. Körfəzin uzunluğu 200 km, dərinliyi 5—8 m təşkil edir. İlin böyük qismi buzla örtülüdür. Qabarmanın hündürlüyü 1 metrə çatır. Estuariyə Yuribey çayı tökülür. Körfəz XVIII əsrin ortalarında onun cənub hissəsindən ora tökülən Qıda çayına görə bu adı verilmişdir.
Taz estuarisi
Taz estuarisi — Kara dənizində, Qdansk yarımadası ilə Tazov yarımadası arasında yerləşən körfəz. Körfəzin uzunluğu 330 km, eni 45 km təşkil edir. Taz və Pur çaylarının yatağını təşkil edir. Qabarmanın hündürlüyü 0,7 metrdir. Tazov estuarisinin bir hissəsi şirinsuludur. Dərinliyi elədə böyük deyildir. Maksimal dərinlik 9 metrdir. Dibi lil və qumludur. Sol sahili sıldırımlı, sağ sahili isə hamardır. Adalarının üzəri mamırla örtülür.
Aktuari
Aktuari (türk. aktüerya, ing. actuary, alm. aktuar‎, rus. актуа́рий) — ehtimal metodları tətbiq edən ixtisasçıdır. Aktuari biznes, maliyyə və sosial sahədə mürəkkəb problemlərin həlləri, analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi və kooperativ riskləri qiymətləndirən, əsaslanmış sığorta və təqaüd sxemlərini maliyyə cəhətdən inkişaf etdirən sahədir. == Ümumi məlumat == Müasir anlamda "aktuari" ixtisasının mənbəyi ilk həyat sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının hesablanması tələbinin yaranması ilə əlaqədardır. Aktuari sözü ilk dəfə Roma imperiyası zamanında işlədilib. Bu söz latıncada "actuarius" sözündən götürülüb. İlk dəfə aktuardan eramızın 220-ci ilində Roma imperiyasında istifadə edilib.
Phaethornis stuarti
Phaethornis stuarti (lat. Phaethornis stuarti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Nou Estadi
Nou Estadi İspaniyanın Tarraqona şəhərində çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Gimnastik Tarraqona komandasının matçlarını oynadığı stadion, 17.500 tamaşaçı tutumuna malikdir.
Stuart Pankin
Stuart Pankin (ing. Stuart Pankin; 8 aprel 1946) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Tuari (En)
Tuari (fr. Thoiry) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ferne-Volter kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01419. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 105 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 5205 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 3,510 nəfər (15-64 yaş) arasında 2.702 nəfər iqtisadi cəhətdən fəal, 808 nəfər hərəkətsiz (fəaliyyət göstərici 77.0%, 1999-cu ildə bu göstərici 72.1%) idi. Fəaliyyət göstərən 2702 nəfərdən 2546 nəfəri (1442 kişi və 1104 qadın), 156 nəfəri işsizdir (59 kişi və 97 qadın).
Stüard
Stüard, stüardessa (ing. stewardess, flight attendant) — təyyarə və gəmilərdə sərnişinlərə qulluq etmək üçün ekipajın sıravi üzvü. Sərnişinlərə yemək və su verir, təhlükəsizlik qaydalarını izah və təmin edir, bortda və gəmidə səliqə yaradır.. Hərbi aviasiyada bu vəzifəni ekipaj üzvlərindən biri: borttexnik, bortmexanik və ya operator yerinə yetirir. == Təyyarələrdə stüard və stüardessaların istifadə tarixi == İlk dövrdə təyyarələrdə sərnişinlərə qulluqla ikinci pilot məşğul olurdu, ancaq bu uçuş üçün təhlükəli idi. 1928-ci ildə Almaniyada ekipaja xüsusi işçi – stüard əlavə etdilər. 1930-cu ildə ABŞ-də stüard kimi qızları cəlb etməyi təklif etdilər. Birincisi, qızlar özlərinin xarici görünüşləri ilə təyyarələri reklam edə bilirdilər. İkincisi isə, qızlar çəkicə az olurdular ki, bu isə təyyarənin az yük götürməsinə şərait yaradırdı. Aviasiya tarixində ilk dəfə 15 may 1930-cu ildə San-Fransiskodan Ellen Çerç qadın stüard kimi uçuş etdi.
Herbert Estuardo Meneses Koronado
Herbert Estuardo Meneses Koronado — Qvatemalanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Sem Dəstyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Edward Charles Stuart Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Aleksandr Stüart
Aleksandr Stüart (30 aprel 1514, Stirlinq – 18 dekabr 1515) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən kiçik oğlu.
Anna Stüart
Anna Stüart (ing. Anne Stuart) (6 (16) fevral 1665, Sent-Ceyms sarayı, Böyük London regionu[d] – 1 (12) avqust 1714, Kensinqton) — İngiltərə, Şotlandiya və İrlandiyanın, 1 may 1707-ci ildə bağlanan uniyanın ardından Böyük Britaniya krallığının kraliçası. Anna və bacısı Mariya qatı protestant olan əmisi II Karlın səltənətində dünyaya gəldi. Əmisinin övladı olmadığı üçün ataları Ceyms İngiltərə taxtının vəliəhdi elan edilmişdi. Ancaq onun katolik inancına mənsub olması ölkədə tərəfdar itirməsinə səbəb olmuşdu. Bu səbəblə hər iki qız əmiləri II Karlın himayəsində əsl anqlikan-protestant olaraq böyüdüldülər. Yenə əmisinin istəyilə Mariya 1677-ci ildə protestant olan bibisi oğlu Oranjlı Vilhelmlə, Anna isə 1683-cü ildə yenə protestant-lüteran olan Danimarka kralı III Fridrixin oğlu Corcla evləndirildi. 1685-ci ildə II Karl vəfat etdi və varisi olan qardaşı Ceyms taxta çıxdı. Ancaq cəmi 3 il sonra baş tutan Şanlı inqilabla taxtdan devrilərək Fransaya qaçdı. Kralın böyük qızı Mariya və əri Oranjlı Vilhelm İngiltərənin ortaq monarxları olaraq taxta çıxarıldılar.
Ceyms Stüart
Ceyms Stüart — Kişi adı. Ceyms Stüart (d. 20 may 1908 - ö. 2 iyul 1997) — məşhur ABŞ və Böyük Britaniya aktyoru. Ceyms Stüart (d. 1531 - ö. 23 yanvar 1570) — Şotland əsilzadəsi. Ceyms Stüart (d. 21 fevral 1507 – ö. 27 fevral 1508) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən böyük oğlu.
Elizabet Stüart
Elizabet Stüart (19 avqust 1596[…], Fayf[d] – 13 fevral 1662[…], London) - Bohemiya kralı V Frederikin xanımı, Şotlandiya, İrlandiya və İngiltərə kralı I Ceyms və Danimarkalı Annanın ən böyük qızı. Bundan başqa Şotlandiya kraliçası Mariya Stüartın nəvəsi idi. Ərinin Bohemiyadakı səltənəti yalnız 1 qış davam etdiyinə görə, tarixi qaynaqlarda "Qış Kraliçası" adlanır. Şotlandiya, İrlandiya və İngiltərə kralı olan qardaşı I Karldan cəmi 4 yaş böyük idi.
Henri Stüart
Henri Stüart (d. 1495 – ö. 1552) — İngiltərə kralı VII Henrinin böyük qızı Marqarita Tüdorun sonuncu həyat yoldaşı və Methven lordu. Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı və Darnley lordu. Henri Stüart (d. 8 iyul 1640 – ö. 13 sentyabr 1660) — İngiltərə kralı I Karlın oğlu.
Kristen Stüart
Kristen Ceyms Stüart (ing. Kristen Jaymes Stewart; 9 aprel 1990[…], Los-Anceles, Kaliforniya, ABŞ) — amerikalı aktrisa. "Alatoran" filmində oynadığı Bella Svon rolu ilə tanınma qazanmışdır. Aktrisa həmçinin "Panic Room" (2002), "Zathura" (2005), "Müjdəçilər" (2007), "Qadınlar ölkəsində" (2007), "Vəhşi təbiətdə" (2007), "Adventureland" (2009) və "The Runaways" (2010) filmlərində də rol almışdır. == Həyatı == Kristen Stüart Los-Anceles şəhərində doğulmuş və böyümüşdür. Onun atası Con Stüart səhnə yönədicisi və Fox telekanalında televizor prodüsseridir. Anası Culs Mənn – Stüart Avstraliyanın Queensland vilayətinin Maroochydore şəhərində əlyazma supervayzeri olmuşdur. Aktrisanın Kameron Stüart adında özündən böyük bir qardaşı var. == Karyerası == Aktrisanın bütün ailəsi (anası, atası və özündən böyük üç qardaşı) kamera arxasında çalışırlar və Kristen Stüart da düşünürmüş ki, o da yazıçı və ya ssenarist olacaq, lakin heç vaxt aktrisa olmağı ağlına gətiməmişdir. "Mən heç vaxt diqqət mərkəzində olmaq istəməmişəm, heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm, lakin həmişə avtoqraf verməyi öyrənməyə çalışmışam, çünki mən qələmləri sevirəm.
Mariya Stüart
Mariya Stüart (ing. Mary, Queen of Scots) (8 dekabr 1542 və ya 1542 – 8 fevral 1587[…] və ya 1587) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası. Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı. Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi.
Patrik Stüart
Ser Patrik Stüart (Patrick Stewart; 13 iyul 1940[…] ) — səhnə və ekranda görkəmli karyeraya sahib olan İngilis film, televiziya və səhnə aktyoru. O ən çox "Ulduzlu yol: Yeni nəsil" filmində Jan Luk Pikard və "X adamlar" filmlər seriyasında Professor Çarlez Xavier rolları ilə tanınır. 1993-cü ildə TV Guide onu 1980-cı illərin ən yaxşı dramatik televiziya aktyoru seçdi.
Qloria Stüart
Qloriya Stüart (ing. Gloria Stuart; 4 iyul 1910, Santa-Monika, Kaliforniya – 26 sentyabr 2010[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Qloriya Stüart 1997-ci ildə çəkilən "Titanik" filmində qocalan Rouz rolunu Qloriya Stüart ifa edib. O, filmdə 101 yaşlı qadını canlandırıb. O vaxt aktrisanın 86 yaşı olub. Bu ifaya görə Qloriya Stüart "Oskar" və "Qızıl qlobus" mükafatlarının nominantı olub və ABŞ kino aktyorları Gildiyasının ən yaxşı ikinci plan kino aktrisası mükafatını alıb. Qloriya Stüart 2010-cu il sentyabrın 26-da 100 yaşında vəfat edib.
Qloriya Stüart
Qloriya Stüart (ing. Gloria Stuart; 4 iyul 1910, Santa-Monika, Kaliforniya – 26 sentyabr 2010[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Qloriya Stüart 1997-ci ildə çəkilən "Titanik" filmində qocalan Rouz rolunu Qloriya Stüart ifa edib. O, filmdə 101 yaşlı qadını canlandırıb. O vaxt aktrisanın 86 yaşı olub. Bu ifaya görə Qloriya Stüart "Oskar" və "Qızıl qlobus" mükafatlarının nominantı olub və ABŞ kino aktyorları Gildiyasının ən yaxşı ikinci plan kino aktrisası mükafatını alıb. Qloriya Stüart 2010-cu il sentyabrın 26-da 100 yaşında vəfat edib.
Stüart Holl
Stüart Holl (ing. Stuart Hall; 3 fevral 1932[…], Kinqston – 10 fevral 2014[…], London) — britaniyalı marksist istiqamətli mədəniyyət və kütləvi rabitə sosioloqu. == Bioqrafiyası == Yamaykada anadan olub. 1951-ci ildə Oxford Universitetinin Murton Kollecində oxumaq üçün Rodos Təqaüdü qazandı. Birminhem Universitetində işləyirdi, burada 1964-cü ildə Richard Hoggard ilə birlikdə Çağdaş Kültür Araşdırmaları Mərkəzini qurdu. 1979-1997-ci illərdə Açıq Universitetdə dərs demişdir. Reymond Vilyams ilə əməkdaşlıq edən Riçard Hoqqart, New Left Review jurnalında onlarla birlikdə çıxdı. Müharibəyə qarşı hərəkatın üzvü. Britaniya Sosioloji Assosiasiyasının prezidenti (1995-1997). Britaniya Akademiyasının üzvü.
Stüart MakKinstri
Stüart Adamson MakKinstri (18 sentyabr 2002, Vişou, Şotlandiya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Lids Yunayted" klubunda hücumçu kimi çıxış edən peşəkar Şotlandiya futbolçusu. MakKinstri Vişou şəhərində anadan olmuşdur. O, "Motervell" akademiyasında yetişdikdən sonra 2019-cu ilin yayında "Lids Yunayted" klubuna transfer olmuşdur. == Karyerası == MakKinstri Vişou şəhərində anadan olmuşdur. Hər iki valideyni "Motervell" klubunun azərkeşi olduğu üçün uşaqlıqdan o da həmin kluba rəğbət bəsləyirdi. 10 yaşı olarkən klubun akademiyasına qəbul olunmuşdur. 26 dekabr 2018-ci ildə "Kilmarnok" klubuna qarşı liqa görüşündə Stüartın adı ehtiyat oyunçular siyahısına əlavə edilmişdir. Lakin o, meydana çıxmamış və komandası rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. 2019-cu ilin yayında oyunçu "Lids Yunayted" akademiyasına transfer edilmişdir. 2019-cu ilin sentyabr ayında Stüart 2022-ci ilə qədər klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Stüart Teoremi
Stüart Teoremi Planimetriyada hər hansı bir üçbucağın daxilində bir təpədən qarşı tərəfə çəkilmiş düz xəttin uzunluğunu hesablamaq üçün teorem.
Stüart adası
Stüart adası (ing. Stewart Island) və ya Pakiura (ing. Rakiura) — Yeni Zelandiyanın sahəsinə görə üçüncü adasıdır. Cənub adasından 30 km cənubda yerləşir. Adalar bir-birindən Fovo boğazı vastəsi ilə ayrılır. == Coğrafiyası == Adanın sahəsi 1746 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 979 metrə malk olam Anqlem dağıdır. Adanın şimal hissədi dağlıqdır. Adanın ən uzun çayı Freşuoter çayıdır. Cənubu isə nisbətən düzənlikdir.
Səkinə Məhəmmədi Əştiani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. == Onu müdafiə edənlər == Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Stuart Little: The Animated Series
Stuart Little: The Animated Series (ing. Stuart Little: The Animated Series) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 1 mart 2003-ci il ilə 24 may 2003-cı il arasında yayımlanmışdır.