etan

is. kim. éthane m

etalonlaşdırmaq
etap
OBASTAN VİKİ
Etan
Etan — alkanlar sinfinə daxil olan üzvi birləşmə. Təbiətdə təbii qaz, neft və digər karbohidratların tərkibində rast gəlinir. Maraqlıdır ki, Saturn planetinin təbii peyki olan Titanın səthində aşağı temperatur (−180 °S) şəraitində metan-etan qarışığından ibarət olan maye göllər mövcuddur. == Tarixi == Etan ilk dəfə 1834-cü ildə Maykl Faradey tərəfindən kalium asetatın suda məhlunun elektrolizindən almışdır. Ancaq o bu reaksiya məhsulunun metan olduğunu düşünərək araşdırmalara son verdi. == Fiziki xassələri == Etan rəngsiz, iysiz qazdır. T=-100 °S temperaturda sıxlığı ρmaye.=0,561 q/sm³-dir T=25 °S temperaturda sıxlığı ρqaz.=0,001342 q/sm³ və ya 1,342 kq/m³-dir. == Kimyəvi xassələri == Etanın kimyəvi formulu C2H6-dır. Etan karbonla hidrogenin birləşməsindən əmələ gəlib.
Merye-lez-Etan
Merye-lez-Etan (fr. Meyrieu-les-Étangs) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38231. Kommunanın 2012-ci il üçün əhalisi 898 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 410 ilə 527 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Etanizm
Erməni neopaqanizmi (erm. Նոր հայկական հեթանոսություն) və ya etanizm (erm. Հեթանոսութիւն) — Ermənistanda məqsədi ermənilərin qədim etnik dinini yenidən dirçəltmək olan neopaqan hərəkatları toplusu. Etanizmin davamçıları özlərini "etanos" (erm. հեթանոս) adlandırırlar. == Tarixi == Erməni neopaqanizminin tarixi XX əsrin əvvəllərində filosof və hərbi-siyasi xadim Qaregin Njdenin "Tsağakron" (milli din) adlı əsərinin nəşri ilə əlaqədar başlamışdır. Bu inanclar 1991-ci ildə SSRİ-nin süqutundan dərhal sonra rəsmi forma almışdır. Ölkədə milliyətçiliyin yüksəlişindən sonra Slak Kakosyan "Arordineri Uxt" təşkilatını təsis etmişdir. Aşot Navasardyan da daxil olmaqla, Ermənistanın hakim Respublika Partiyasının yaradıcılarından bəziləri etanizmi dəstəkləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Konrad Siekierski, Yulia Antonyan.
Etanol
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Etanolamin
Etanolamin- HO-CH2CH2-NH2 - (2-aminoetanol, trivial adı kolamin), sadə stabil aminospirtdir, birli amin və birli spirtdir. Dietanolamin - (NH(CH2CH2OH)2) və trietanolamin kimi (N(CH2CH2OH)3) bu maddə də monoetanolamin adlandırılır. == Fiziki xassəlləri == Qatı yağvarı mayedir (T qayn. 170 oC), zəif amin iylidir, su ilə bütün nisbətlərdə qarışır. Etanol, benzol, xloroformda yaxşı həll olunur. == Alınması == Sənayedə etanolaminin alınması ammoniumun etilenoksidə birləşməsi ilə az miqdarda suyun iştirakıyla həyata keçirilir. Proses 1 mərhələlidir, 90-130 oc və 710 Mpa təzyiqdə aparılır. Nəticədə 78.3 % mono-, 16 % di- və 44% trietanolamin alınır. == Kimyəvi xassələri == Etanolamin- zəif əsaslıdır. Mineral və güclü üzvi duzlarla duzlar əmələ gətirir.

Значение слова в других словарях