Etel Lilian Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İngilis yazıçısı, tərcüməçisi, bəstəkarı, görkəmli ingilis alimi və riyaziyyat professoru Corc Bulinin qızı, Vilfred Voyniçin həyat yoldaşı. Veneradakı Voyniç krateri onun şərəfinə adlandırılmışdır.
== Həyatı və fəaliyyəti ==
Atası Corc Bula onun doğulmasından 6 ay sonra vəfat etdiyi üçün Etel onu heç tanımırdı. Anası Meri Everest yunan dili professorun qızı idi. Meri istedadlı riyaziyyatçı idi. Himalay dağlarının ən hündür zirvəsi Everest dağı (Comolunqma) Merinin əmisi Corc Everestin adını daşıyır. Ana beş qızı yoxsulluq içində böyüdüb. Buna görə də, ən kiçiyi Etel səkkiz yaşına çatanda onu mərhum ərinin mədəndə kvartal ustası işləyən qardaşının yanına apardı. O, çox dindar və sərt bir insan idi.