été

m yay (ilin fəsli); en ~ yayda; d'~ yay (tə'yin kimi)

état-major
éteindre
OBASTAN VİKİ
Bris Etes
Bris Etes — 11 aprel 1984-cü ildə Monakonun paytaxtında anadan olmuşdur. Monakolu yüngül atletdir. Monakonu 2015 Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Bris Etes 11 aprel 1984-cü ildə Monakonun paytaxtında anadan olmuşdur. == Karyerası == Bris Etes karyerası ərzində böyük uğurlar qazanmadı. O Monako ilə birgə yalnızca beynəlxalq yarışlarda uğur əldə etdi. Bris 2015 Avropa Oyunlarında iştirak etdi. Həmdə Bris vətəninin bayrağını açılış mərasimində Bakı Olimpiya Stadionuna gətirdi.
Etel Kama
Etel Kama (7 avqust 1992-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Kama 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Etel Kennedi
Etel Skeykl Kennedi (tam adı: ing. Ethel Skakel Kennedy; 11 aprel 1928, Çikaqo, İllinoys, ABŞ) — Amerikalı insan hüquqları müvəkkili. ABŞ senatoru Robert Kennedinin həyat yoldaşı, Corc Skeykl və Enn Brennekin altıncı övladıdır. 1950-ci ildə Robert F. Kennedi ilə ailə həyatı qurub. Cütlüyün on bir övladı var. Həyat yoldaşı 1968-ci il iyunun 5-də sui-qəsdə məruz qalıb həyatını itirdikdən qısa müddət sonra Etel, Robert F. Kennedi Ədalət və İnsan hüquqları Mərkəzini yaratmışdır. Xeyriyyəçiliklə məşğul olan bu qeyri-kommersiya təşkilatının yaradılmasında məqsəd Robert F. Kennedinin ədalətli və sülhsevər dünya arzusunu reallaşdırmaqdır. 2014-cü ildə Etel Kennedi prezident Barak Obama tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir. Hazırda Massaçusetsdə yaşayır. == Həyatı və təhsili == Etel Skeykl Çikaqoda biznesmen Corc Skeykl və katibə Enn Brennekin ailəsində dünyaya göz açıb.
Etel Lilian Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İrland yazıçısı. == Həyatı və fəaliyyəti == Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarıdır. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olmuş bu xanımın əsil-kökü çox məşhurdur. Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Buldur. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır. İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M.Voyniç dünyada məşhur olan "Voyniç əlyazması"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Daha sonra Sidney Reyli adlı şəxslə eşq macərası yaşayır. Sidney "Mahir casus" adı qazanmış məşhur xəfiyyə idi. Onunla birlikdə Etel siyasətə daha çox daxil olur.
Etel Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İrland yazıçısı. == Həyatı və fəaliyyəti == Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarıdır. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olmuş bu xanımın əsil-kökü çox məşhurdur. Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Buldur. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır. İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M.Voyniç dünyada məşhur olan "Voyniç əlyazması"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Daha sonra Sidney Reyli adlı şəxslə eşq macərası yaşayır. Sidney "Mahir casus" adı qazanmış məşhur xəfiyyə idi. Onunla birlikdə Etel siyasətə daha çox daxil olur.
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.
Etelvulf
Etelvulf (Aaxen – 13 yanvar 858, Uesseks krallığı[d]) — 839-858-cu illər arasında Wessex kralı. == Hökmranlığı == Bu şəxsiyyət haqqında fikirlər fərqlidir. Riçard Humble fikirləşir ki, Etelvulf dindar idi və siyasətə maraqlı deyildi. Frank Stentona görə, bu dindar və məqsədsiz adamın siyasət və müharibə ilə qarşılaşması xoşagəlməz nəticə idi. Janet Nelsona görə, Etelvulf Böyük Alfredin uğurlarına şərait yaradıb və Skandinaviyadan gələn hücumlara qarşı ən güclü krallardan daha effektiv mübarizə aparıb. Simon Keynesə görə, Etelvulf xarici dövlətlərlə, xüsusilə Roma ilə əlaqənin inkişafını təmin edib. == Müharibələrdə iştirakı == 840-cı ildə o, Carhamptonda 35 gəmisi olan alman qəbiləsinə qarşı savaşdı. 851-cı ildə o, "Acleah"də( "Surrey"də Ockley adlı ərazi və ya "Berkshire"da Oakley adlı ərazi ) dinsizlərə qarşı savaşdı və qələbə çaldı. Deyilənə görə, bu dinsizlərin ən böyük qırğıni idi.
Eten Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Eten de La Boesi
Eten de La Boesi (1 noyabr 1530 – 18 avqust 1563) — fransız humanist yazıçı və şairi. 1 noyabr 1530 Periqordun cənub-şərqindəki Sarlat şəhərində anadan olmuş və 18 avqust 1563 Germignan, Taillan-Médoc qəsəbəsində vəfat etmişdir.
Eteric adaları
Eteric adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar amerika paleotoloqu Riçard Emmett Etiricin şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur. == Yerləşməsi == Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir. == Xüsusiyyətləri == Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri adanın uzunluğu 2,5 km, eni isə 1,2 km-dir. Kiçik ada isə 800 metr uzunluğa sahibdir.
Eterikan boğazı
Eterikan boğazı (rus. Этерикан пролив, saxa Этэрикээн силбэһиитэ) -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizi ilə Şərqi Sibir dənizini birləşdirir. Kiçik Lyaxovski adasını (şimal-şərqdə) Böyük Lyaxovski adasından (cənub-şərqdə) ayırır. Uzunluğu 25 km, eni 13 km, ən dərin yeri 10 m təşkil edir. Sahilləri alçaq və bataqlıqdır. Boğazın cənubunda Balşoy Vankin burnu yerləşir. Əraziyə çoxlu sayda çay və arxlar tökülür. Çaylara misal: Tinkin, Uyorqaki, Bazisnıy və Vankina. Şimal hissədə Tollya buxtası və Uyorqaki laqunu vardır. Sahilində yaşayış məntəqəsi yoxdur.
Eterna Lyutsina
Eterna Lyutsina (ing. overeign State of Aeterna Lucina) — Avstraliyada yerləşən mikrodövlət. 1978-ci ildə qurulmuş və qurucusunun ölümünə qədər davam etmişdir. == Tarixi == Eterna Lyutsinanın qurucusu və "Ali Lordu" mülkiyyət sənədi ilə adını Paul Baron Noyman olaraq dəyişdirən Alman mühaciri Paul Noyman idi. Byran Bayde yaşayarkən mikrodövləti qurdu və daha sonra onu Sidneydəki Kerl Kerlə və nəticədə Kumuya köçürdü. Baron Neumann Kara-Bağ ünvanını sürgündə olan Əfqanıstanın keçmiş Kralı III Həsəndən aldığını və ayrıca professorluq, doktorluq və ilahiyyat elmləri dərəcələri də daxil olmaqla yüzlərlə digər mükafata layiq görüldüyünü iddia etdi. Ən azı bir "cəngavərlik" satdı.Eterna Lyutsina, 1990-cı ildə Noymanın Yeni Cənubi Uels məhkəmə sistemində torpaq satışı cinayətləri ilə bağlı fırıldaqçılıq ittihamı ilə qarşılaşdığı zaman ictimaiyyətin diqqətini çəkdi.Məsələ 144 000 Avstraliya dolları ilə əlaqəli idi. Onunla birgə olan bir neçə iş adamı torpaq fırıldaqçılığı və viza saxtakarlığında ittiham olunur. == Siyasət == Eterna Lyutsinanın nə konstitusiyası, nə də qanunları var idi. Buna görə də diktaturanı onun möhkəmlənmiş idarəetmə forması kimi qəbul edirdilər.
Köhnə Etekəy (Avurğazı)
Köhnə Etekəy (başq. Иҫке Этекәй, rus. Староитикеево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (77%) üstünlük təşkil edir.
Yeni Etekəy (Avurğazı)
Köyəzəbaş (başq. Яңы Этекәй, rus. Новоитикеево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 5 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 21 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (61 %), tatarlar (37 %) üstünlük təşkil edir.
EternalBlue
EternalBlue ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən hazırlanmış kompüter eksploytıdır. 14 aprel 2017-ci ildə, Microsoft zəiflik üçün boşluq buraxdıqdan bir ay sonra Shadow Brokers haker qrupu tərəfindən sızdırıldı. 12 may 2017-ci ildə dünya üzrə WannaCry ransomware proqramı yamaqsız kompüterlərə hücum etmək üçün bu istismardan istifadə etdi. 27 iyun 2017-ci ildə istismardan daha çox yamaqsız kompüterlərə 2017 NotPetya kiberhücumunun həyata keçirilməsinə kömək etmək üçün yenidən istifadə edilmişdir. EternalBlue, DoublePulsar arxa qapı aləti ilə birlikdə 2017 WannaCry hücumlarının həyata keçirilməsində istifadə edilən bir neçə istismardan biri idi. == Təfərrüatlar == EternalBlue Microsoft-un Server Mesaj Bloku (SMB) protokolunun tətbiqində zəiflikdən istifadə edir. Bu zəiflik Ümumi Zəifliklər və Təsirlər (CVE) kataloqunda CVE - 2017-0144 girişi ilə qeyd olunur. Zəiflik, Microsoft Windows -un müxtəlif versiyalarında SMB versiya 1 (SMBv1) serverinin uzaqdan hücum edənlərin xüsusi hazırlanmış paketlərini səhv idarə etməsi və hədəf kompüterdə kodu uzaqdan icra etməyə imkan verməsi səbəbindən mövcuddur. == Məsuliyyət == Microsoft-a görə, boşluqları açıqlamamaq, lakin ehtiyat toplamaq kimi mübahisəli strategiyasına görə məsuliyyət daşıyan ABŞ-nin NSA idi. Strategiya Microsoft-un bu səhvi, digər gizli səhvləri bilməsinin (və sonradan düzəldilməsinə) mane oldu.
Eternal Fire
Eternal Fire – 2021-ci ildə Furkan Güven tərəfindən yaradılmış Türkiyə kiberidman klubu. Klubun "League of Legends", "Counter-Strike: Global Offensive" və "Valorant" bölmələri fəaliyyət göstərir. == League of Legends == 2023-cü ildə "5 Ronin" klubunun Türkiyə Çempionluq Liqasından kənarlaşdırılmasının ardından "Eternal Fire" öz komandasını yaradacağını və yay splitinə qatılacağını açıqlamışdır. Komandanın heyəti hələki məlum deyil.
восстана́вливать вы́волочься клуби́ться концентри́чность лучеви́дно металлове́д опры́скать понакопи́ть сельма́г ведовство́ доме́чивать издёвочка ка́мфорный от станка́ падёжный переса́дочный пирри́хий разъеда́ние узлово́й championship downland macular disease reradiation willy-nilly замурлыкать