Xoruz döyüşü
Xoruz döyüşü — bir çox ölkələrdə keçirilən əyləncə növlərindən biridir.
Adət-ənənəyə görə, hər il Novruz bayramında xoruz döyüşü təşkil edilir.
Xoruz döyüşü üçün qabaqcadan xüsusi döyüşçü xoruzlar yetişdirilir. Bundan ötrü əsasən "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. Onlara ət, fındıq, kişmiş verirlər ki, enerjili və sağlam olsunlar və döyüş zamanı caynaqlarına ülgüc kimi iti olan əlavə caynaq taxılır.
Xoruz döyüşü insanlara əyləncə ilə yanaşı, həm də gəlir mənbəyi hesab olunur. Belə ki, xoruz azarkeşləri güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər.
Xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilir. Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir.