evsizlik
evtikən
OBASTAN VİKİ
Evtanaziya
Evtanaziya (yun. εὖ — yaxşı + yun. θάνᾰτος — ölüm) — sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi. == Haqqında == Hollandiya qanunvericiliyinin müəyyənləşdirdiyi tərifə əsasən, "bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır". "Evtanaziya" sözü ilk dəfə XVII yüzillikdə F. Beykon tərəfindən işlənib. O, bu sözü "yüngül ölüm" mənasında işlədib, XIX əsrdə isə bu ifadə "kimisə mərhəmətdən öldürmə" mənasını daşımağa başladı. Əslində evtanaziya ideyası qədimdən yaranıb. Lakin Hippokrat dövründən bu günə qədər ənənəvi tibb etikasına belə bir qadağa daxildir: Köhnəlmiş qadağalardan azad olmaq kimi, yoxsa mənəvi nöqteyi-nəzərdən düz olmayan təhlükəli presedent kimi Bu, çox mübahisəli məsələdir, evtanaziya sözü yaranandan bununla bağlı fikir ayrılıqları mövcuddur. Özü də təkcə tibb alimləri arasında deyil, həm də dindarlar arasında. Ona görə də dünyadakı mövcud praktikaya diqqət yetirmək gərəkir.

Значение слова в других словарях