Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ezel
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Udel
Udel (rus. уде́л) — qədim Rusiyada knyaz və onun ailəsinin ayrı-ayrı üzvlərinə məxsus olan yerlər, torpaqlar, mülklər. Hər bir böyük knyazlıq udellərə, yəni ayrı-ayrı knyaz ailəsinin üzvlərinə məxsus olan kiçik mülklərə ayrılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Richard Pipes. Russia under the old regime. New York: Charles Scribner's Sons. 1974. ISBN 0-684-14826-9. Udel // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Ezel Kılıç
Ezel Kılıç (d. 1961, Edirne) — Türk rəssam, keramika sənətçisi və heyvan hüquqları müdafiəçisi. == Həyatı == 1961-ci ildə Ədirnədə əslən Bolqarıstan immiqrantı Türk ailənin qızı olaraq doğuldu. Anadolu Universitetini bitirib.Çəkdiyi Atatürk mövzulu və portret tərzi bədii şəkilləriylə bilinməkdə olub əsərləri bəzi Dövlət qurumları və kolleksiyalarda var. Həyatını Eskitaşlı , Lüleburgazda davam etdirən sənətçi özünü küçə heyvanlarını qorumağa həsr etmiş bir hayvansever olaraq da ön plana çıxmaqdadır.
Necdət Özəl
Necdət Özəl (türk. Necdet Özel10 oktyabr 1950, Ankara) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 28-ci rəisi. O, həmçinin Türkiyə Quru Qoşunları komandanı olub. General Necdət Özəl bu vəzifədə NATO təcrübəsinə sahib olmayan ikinci şəxsdir. == Həyatı == Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, 1970-ci ildə Hərbi Piyada Məktəbini bitirib. 1975-ci ildə London İqtisadiyyat Məktəbində Beynəlxalq Diplomatiya ixtisası üzrə təhsil alıb. == Hərbi karyerası == Özəl 1978-ci ilə qədər Türkiyə Quru Qoşunları Komandanlığının (TQQK) müxtəlif vahidlərində taqım komandiri və bölük komandiri vəzifələrində çalışıb. 1980-ci ildə Ordu Kollecini qərərgah zabiti olaraq bitirdikdən sonra müvafiq olaraq Kiprdəki Türk Sülh Qüvvələri Baş Qərargahında Əməliyyat Planı bölməsində Şöbə müdiri və daha sonra Türkiyə Quru Qoşunları Baş Qarargahında baş katib, Türkiyə Quru Qoşunları Hərbi Məktəbində qərargah rəisi və 17-ci Piyada Alayının Komandiri olaraq xidmət etmişdir.1995-ci ildə briqada general rütbəsinə çatan Özəl 172-ci Zirehli Briqadanın komandiri və Türkiyə Quru Qoşunları Daxili Təhlükəsizlik Əməliyyatları Müdirliyinin rəisi vəzifələrində çalışmışdı.
Qızıl Üzən
Qızılüzən çayı — uzunluğuna görə İranın ikinci çayı, əsasən Cənubi Azərbaycan ərazisindən axır. Azərbaycan türkcəsindəki adı olan "Qızılüzən" adı "qızıl" (qırmızı rəng) və "özən" (çay, axar su) sözlərindən ibarətdir. Həmçinin bu addakı "qızıl" (qırmızı rəng) hissəsini tarixən coğrafi məkan adlarında kompas yönlərini bildirən rəng adlarıyla əlaqələndirib, adı "cənubi çay" (qırmızı rəng vaxtilə cənub yönünü bildirmək üçün istifadə olunub) şəklində açıqlamaq olar. Çayın farsca adı olan "Səfidrud" adı isə "ağ çay" deməkdir ("səfid" sözü farsca "ağ rəng", "rud" isə "çay, axar su" deməkdir). == Çayın hövzəsi == Bu çay Bicarın Qırxbulaq adlı dağlarından başlanır. Məncilə qədər çay Qızılözən adlanır, Məncildən Xəzərə qədər farsca adı olan Səfidrud adıyla adlanır. Aşağı hissəsində çay, sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır. Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir.
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831-1912) - Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Yeliz Özəl
Yeliz Özəl (d. 6 mart 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Özəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yeliz Özəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Özgür Özəl
Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının başqanvəkili, 3 iyun 2023-cü il etibarilə Cümhuriyyət Xalq Partiyası fraksiyasının başqanı Türk siyasətçi və əczaçı. == Həyatı == Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir. == Siyasi kariyerası == Özgür Özəl 2009 bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından Manisa bələdiyyə başçısı postuna namizəd oldu.
Özəl detektiv
Özəl detektiv — tədqiqat xarakterli hüquqi xidmətlər göstərməsi üçün fərdlər və ya qruplar tərəfindən işə götürülən şəxs, detektiv. == Azərbaycanda == Azərbaycan Respublikasının qanunvericiliyində özəl detektivlərin fəaliyyəti haqqında heç bir məlumat verilmir. Buna baxmayaraq, ölkədə qeyri-qanuni fəaliyyət göstərən özəl detektivlər mövcuddur. Onlar adətən keçmiş polis işçiləri və hüquqşünaslardır. == İncəsənətdə == Edqar Allan Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsində təsvir etdiyi Ogüst Düpen personajı ədəbiyyatda ilk özəl detektivlərdən biri olaraq hesab edilir. Böyük ehtimalla, ədəbiyyatdakı ən tanınmış özəl detektiv Şerlok Holmsdur. Personaj ilk dəfə 1887-ci ildə "Al-qırmızı etüd" povestində peyda olmuşdur. Digər popolyar özəl detektivə isə ilk dəfə 1920-ci ildəki "Staylzda müəmmalı hadisə" romanında təsvir edilmiş Erkül Puaronu aid etmək olar. Çingiz Abdullayevin yaratdığı Dronqo, Elxan Elatlının Qanbay Qasımlı personajı da bu kateqoriyaya aiddir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Özəl detektiv ilə əlaqəli mediafayllar var.
Üzən buğa
Üzən boğa (əvvəlki adı: Kara şahin, indiki adı Ferdinand) — 2018 Qurban bayramının birinci günü Rizenin İyidere ilçəsində Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarından qaçan, bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsi sahilində tapılan, Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa. == Qaçması == 2018-ci ildə keçirilən Qurban bayramı zamanı Türkiyədə bir qurbanlıq buğa xeyli məşhurlaşıb. Belə ki, "Kara şahin" adlı buğa Qurban bayramının birinci günü təxminən saat 10-da Rizedə — İyidere ilçəsinin Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarında bağlı olduğu ipdən qurtulub, 5 metr yüksəkliyindəki divardan atlayaraq, düşdüyü dərədən qaçıb, qurban kəsilməkdən xilas olmuşdur. Buğanın sahibləri olan Metin Yalçın və Zekeriya Balık adlı ortaqlar onu tapa bilmədikləri üçün jandarmaya müraciət edirlər. Axtarış işləri davam edərkən, bəzi şahidlər buğanı dənizdə üzərkən gördüklərini bildirirlər. Heyvan sahibləri onu Rize və Trabzon arasındakı sahil xəttində axtarırlar. Buğa bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsində dənizin sahilində görünür. İnsanların yaxınlaşdığını görən qurbanlıq buğa, onlardan ürkərək dənizə girir. Hətta balıqçı qayığının yaxınlığına qədər üzür. Bundan sonra balıqçıların da yardımı ilə Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa baytarlıq nəzarətindən sonra sahiblərinə təhvil verilir.
Üzən mayak
Üzən mayak ― mayak funksiyasını görən gəmi. Onlar çox dərin və ya hər-hansısa digər səbəbə görə mayak tikintisi üçün yararsız olan sularda istifadə olunur. Roma İmperiyası dövründə gəmilərdə atəş fənərləri barədə qeydlər olsa da, ilk müasir üzən mayak İngiltərədə Temza çayının mənsəbindəki Nor barında 1734-cü ildə Robert Hamblin tərəfindən quraşdırlmışdır. Bu növ köhnəlmiş sayılır.
Üzən suçiçəyi
Əzel (Xaybulla)
Əzel kəndi (başq. Әбделнасир) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. == Adı == 10 sentyabr 2007-ci ilə qədər Qadel ferması adlanırdı. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əzel kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 22 km., kənd sovetliyindən (Podolsk): 18 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 100 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Əzəl Sultanov
Sultanov Əzəl Cəfər oğlu (1905, Nuxa)— geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi. == Həyatı == Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir. == Təhsili == 1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib.1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olub. == Əmək fəaliyyəti == 1930 – 1934-cü illərdə Zaqafqaziya geoloji tres­tində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsində işləyib.1934-cü ildə Azər­baycan geoloji bürosunun rəisi vəzifəsinə təyin olunub.
Əzəl çərşənbə
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Özəl sektor
Özəl sektor — iqtisadiyyatın fərdlərin və ya şirkətlərin mənfəət əldə etmək üçün sahib olduğu və idarə etdiyi hissəsi. Bu, istehsal, maliyyə, pərakəndə satış və xidmətlər də daxil olmaqla, geniş sənaye sahələrini əhatə edir. Dövlətin sahib olduğu və idarə etdiyi dövlət sektorundan fərqli olaraq, özəl sektor bazar qüvvələri və rəqabət tərəfindən idarə olunur. Özəl sektor iş yerlərinin yaradılmasında, sərvətin formalaşmasında və innovasiyaların idarə edilməsində mühüm rol oynayır. Bununla belə, bu, həm də iqtisadi tənəzzüllər, bazar dəyişkənliyi və tənzimləyici dəyişikliklər kimi çətinliklərə məruz qalır. Özəl sektorun uğuru çox vaxt iqtisadiyyatın sağlamlığının və sabitliyinin əsas göstəricisi kimi qəbul edilir. ABŞ kimi azad sahibkarlığın bərqərar olduğu ölkələrdə özəl sektor daha genişdir və dövlət firmalara daha az məhdudiyyətlər qoyur. ÇXR kimi daha çox hökumət səlahiyyətinə malik ölkələrdə dövlət sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir.Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2013-cü ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizi özəl sektordadır.
Üzən susünbülü
Üzən susünbülü (lat. Potamogeton natans) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin susünbülükimilər fəsiləsinin susünbülü cinsinə aid bitki növü.
Uilyam Uel
Vilyam Vel (24 may, 1794 – 6 mart, 1866) – ingilis alimi, filosofu, dinşünas, keşiş və tarixçi. == Tərcümeyi-halı == Vilyam Vel Lankaşir şəhərində, dülgər ailəsində anadan olub. O oxuduğu gimnaziyada riyaziyyatdan yüksək göstəricilər göstərib və xüsusi 1812-ci ildə təqaüdə layiq görülüb.1814-cü ildə isə poeziyaya görə ona Qızıl kansler medalı verilib. O 1817-ci ildə Kembric ittifaqının prezidenti, 1841-ci ildə kollecin sahibi olur. O 1828-ci ildən 1832-ci ilədək minerologiya , 1838-ci ildə 1855-ci ilədək fəlsəfə professoru olub. Vel 1866-cı ildə Kembricdə atdan yıxılaraq dünyasını dəyişib . == Fəaliyyəti == Vilyam Vel elmin müxtəlif sahələri ilə məşgul olaraq uğur qazanan insan olub. O dünya Okeanındakı qabarıb-çəkilmə üzrə tədqiqat aparıb və buna görə Kral medalı alıb. onun mexanika, fizika, geologiya, astronomiya və iqtisadiyyat üzrə məqalələri çap edilib. Bundan başqa o şeir yazır, traktat hazırlayır, Heteni tərcümə edir və eyni zamanda moizələr yazır və teologiya üzrə materiallar hazırlayırdı.
Zel (mifologiya)
Zel (yun. Ζῆλος — "rəqabət", "qısqanclıq", "paxıllıq") — yunan mifologiyasında rəqabət və qısqanclıq tanrısı titan tanrı Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) qardaşı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi.
Zel Home
Üzə oturma
Üzə oturma, yaxud da feissitinq (ingilis dilində Facesitting) insan cinsi hərəkətlərindən biridir. Bir cinsi partnyor adətən oral-genital və ya oral-anal əlaqəyə icazə vermək və ya məcbur etmək üçün digərinin üzünə oturur. Poza həmçinin digər erogen zonaları stimullaşdırmaq üçün altda qalan partnyorun əllərini azad şəkildə buraxmasına şərait yaradır.
Böyük Üzen çayı
Böyük Üzen çayı (qaz. Үлкен Өзен, Қараөзен) — Rusiyanın Saratov vilayəti və Qazaxıstanın Qərbi Qazaxıstan vilayəti ərazisindən axan daxili hövzəyə aid çay. == Təsviri == Çayın uzunluğu təqribən 400 kilometrdir (daşqınlar zamanı 650 km-ə çatır ). Hövzəsinin sahəsi 14,300 km²-dir. Başlanğıcını Obşı Sırtın cənub-qərb yamaclarından götürür. Axarının yuxarı hissəsində cənub-qərbə axır, Solyanka çayı ilə birləşdikdən sonra cənub-şərqə tərəf dönür. Qazaxıstanda çay Kamış-Samara adı ilə tanınan geniş göl və bataqlıqlar ərazisində axır. Böyük Üzen çayına Altata qolu sol tərəfdən birləşir. Sakrıl gölündən Böyük Üzen çayının sağ hissədən kiçik bir kanal ona bağlanır. Çay yatağı olduqca dərindir, sahillər dik, Jalpaktalda astanalar vardır.
Ezel (teleserial, 2009)
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Həsən Təhsin Uzər
Həsən Təhsin Uzər (29 avqust 1877, Saloniki – 3 dekabr 1939 və ya 5 dekabr 1939, Ərzurum), Alban əsilli Türk bürokratı və siyasətçisi. == Həyatı və hərbi xidməti == Həsən Təhsin Uzər Alban Hacı İbrahim Ağa və Xədicə xanımın uşaqları olaraq 1878-ci ildə Selanikdə anadan olmuşdur. Albaniya Şkanderbeqinin son nəsil nəslindən olan ailəsi kökləri, albanların nəcib ailələrindən biri olan Kaştriotiyə əsaslanır. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi. 1897-ci ildə əmlak mühəndisliyini bitirib. İlk dövlət qulluğuna Pruşkan Mahal Müdirliyi ilə başladı. Daha sonra müdirliklərdə çalışdı. 1902-ci ildə Razloq, daha sonra sıra ilə Gevgil, Florina və Kəsəndir valiliyindən ayrıldı. 1913-cü ildə Vanda ilk Qubernator vəzifəsini icra etdi. 1914-cü ildə Ərzurum valisi təyin edildi.
Naxçıvan Özəl Universiteti
"Naxçıvan" Universiteti — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl universitet. == Tarixi == "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına almışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Azərbaycan Respublikasında xüsusi icazə tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq Naxçıvan Özəl Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019008, qeydiyyat nömrəsi 08, 11 noyabr 1999-cu il tarixli lisenziya verilmişdir. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olmuşdur. 2019-cu ilin 5 dekabr tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilmişdir. == Fakültələr == Pedoqoji fakültə İdarəetmə fakültəsi İqtisadiyyat fakültəsi Xarici dillər fakültəsi == Maddi-texniki bazası == "Naxçıvan" Universitetinin iki tədris korpusu vardır. Professor-müəllim heyətinin normal fəaliyyəti, eləcə də tələbələrin yüksək təhsil alması üçün əlverişli şəraiti olan lazımi avadanlıqlarla təchiz edilmiş otaqlar, auditoriyalar və kabinetlər yaradılmışdır. Universitetdə geniş imkanlara malik olan zəngin kitabxana oxu zalından və elmi ədəbiyyatla zənginləşdirilmiş kitab fondundan ibarətdir.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.