eye1
n 1. göz; blue / brown / large ~s mavi / qonur / böyük gözlər; the whites of one’s ~s gözünün ağı; with naked ~ adi gözlə (optik cihazların köməyi olmadan); The sun / The light is in my eyes Günəş / İşıq gözlərimə düşür; to cast down one’s ~s gözlərini yerə dikmək; to cock one’s ~ göz vurmaq / eləmək; to screw up one’s ~s gözlərini qıymaq; to put one’s ~s together gözünü yummaq, yatmaq; 2. pl baxış, nəzər; to set / to lay / to clap ~s on smth bir şeyə göz yetirmək; to run / to pass one’s ~ over / through smth. bir şeyi cəld gözdən keçirmək; 3. məc. fikir, rəy, mülahizə; in the ~ (s) of smb bir kəsin fikrincə; 4. dəlik, deşik, göz (qapıda, iynədə və s.); 5. jarq. xəfiyyə, xəfiyyə agenti, casus; private ~ xüsusi xəfiyyə; 6. jarq. televizor ekranı; 7. şaxtanın ağzı; to spoil one’s ~s gözlərini korlamaq; sharp / keen ~ iti göz; to be unable to take one’s ~ off gözü qalmaq, gözünü ayıra bilməmək; to be all ~s and ears göz-qulaq olmaq; Keep a sharp eye on this child Bu uşaqdan göz-qulaq ol / olun; The light of my eye Gözümün işığı / nuru; true ~ sərrast göz; to look danger / death straight in the ~ təhlükənin / ölümün gözünə dik baxmaq; in smb.’s ~s bir kəsin gözündə; to open smb.’s ~s bir kəsin gözünü açmaq, bir kəsi başa salmaq; to open one’s ~s wide gözünü bərəltmək; to feel colic in the ~s gözü sancmaq; to put the evil ~s (on / upon) göz dəymək, gözə gətirmək; to keep one’s ~ on göz qoymaq; disease of the ~ göz xəstəliyi; to measure by ~ gözəyarı ölçmək; with open ~ açıq gözlə; to have an ~ for beauty gözəlliyi görmək / seçmək; to have a good ~ for distance gözlə məsafəni yaxşı müəyyən etmək; to have ~s at the back of one’s head məc. boynunun ardında gözü olmaq, hər şeyi görmək; to have all one’s ~s about one bir kəs haqqında ayıq-sayıq olmaq; with open ~s şüurlu olaraq; to make smb. open his ~s bir kəsi təəccübləndirmək: to close one’s ~s əbədi olaraq gözlərini yummaq, ölmək; to give an ~ to the child uşağa göz qoymaq; Keep your eye on him! Ona göz qoy / qoyun!; to be in the public ~ tez-tez ictimai yerlərdə görünmək; to wipe smb.’s ~s bir kəsə təsəlli vermək; to feast one’s ~s baxıb həzz / zövq almaq; to burst upon the ~ gözə çarpmaq; It strikes the eye, It leaps to the eye Bu, gözə çarpır
eye2
adj göz; ~ disease göz xəstəliyi; ~ specialist göz həkimi, oftalmoloq; ~ hospital göz xəstəxanası; ~ glasses eynək, gözlük
eye3
v 1. baxmaq, diqqətlə baxmaq, gözdən keçirmək; to ~ smb. with suspicion bir kəsə şübhə ilə baxmaq; to ~ with curiosity maraqla baxmaq; 2. nəzarət altında saxlamaq, bir kəsdən gözünü ayırmamaq / çəkməmək