EYNƏDDİN
EYNİ
OBASTAN VİKİ
Eynəli dağı
Eynəli ya Eynalı dağı - İranın Şərqi Azərbaycan ostanında yerləşən dağ. Təbriz şəhəri bu dağın ətəyində yerləşib. Bu dağda deyilənlərə görə Həzrət Əlinin övladlarından olan Ovn ibn Əli dəfn olunub. Təbrizlilər həftənin cümə günləri bu dağa çıxırlar.
Eynəli bəy Sultanov
Sultanov Eynəli bəy Çölü bəy oğlu (5 may 1866, Naxçıvan – 1935, Tiflis, Gürcüstan SSR, ZSFSR və ya SSRİ) — yazıçı-publisist, maarifçi-pedaqoq, dramaturq, teatr xadimi, və teatr tənqidçisi, tərcüməçi, ictimai xadim. == Həyatı == Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə Eynəli bəy Sultanov fərqlənirdi. Eynəli bəy Sultanov hələ 1882-ci ildə öz evində "Ziyalılar cəmiyyəti" təşkil edir, qabaqcıl adamlarla, savadlı gənclərlə, məsləkdaşlarla əlaqə saxlayır. Şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Mirzəyev (Şürbi) (1874-1915), Mirzə Ələkbər Xəlilov (1862-1896), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov (1854-1917), Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov (1863-1921) və başqalarını həmin cəmiyyətə cəlb edir. Eynəli bəy Sultanovun təşkilatçılığı və rəhbərliyi altında "Ziyalılar cəmiyyəti"ndə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi. Dövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Qurbanəli Şərifov (1854-1917), Məhəmməd Tağı Sidqi (1854-1903), Cəlil Məmmədquluzadə (1869-1932), Eynəli bəy Sultanov (1866-1935), Mirzə Əlməmməd Xəlilov (1862-1896), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov (1862-1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" adlı bir ədəbi cəmiyyət yaradılır. Şəhərin tərəqqipərvər, yeni fikirli adamları cəmiyyətin fəaliyyətinə kömək etsələr də, o dövrdə ruhanilər, hökumət məmurları onlara yaxşı münasibət bəsləmirdilər. Eynəli bəy Sultanovun fəaliyyəti Azərbaycan teatr tarixində ən gözəl səhifələrdən birini təşkil edir. Onun qaynar, çoxcəhətli fəaliyyəti və fədakarlıqla dolu həyatı Naxçıvan teatrının yaranma və təşəkkülündə çox əhəmiyyətli olmuşdur.
граби́тельница изме́нчивый надхво́стье обездо́лить перебели́ть портье́ пшени́чник Се́вер лека́льщик студёный ты́ковка шёлкомота́льщица шойдан Colossians generationism half- introit jet setter krang philistine ply rubric tidiness гарант напяливать