fırıq
fırıldaqçı
OBASTAN VİKİ
Fırıldaq ailəsi (teleserial, 2013)
Fırıldak Ailəsi (türk. Fırıldak Ailesi) — Türk animasiya televiziya serialıdır. Türk televiziyalarında yetkinlərə istiqamətli edilən ilk yerli cizgi filmdir. 11 fevral 2013-cü il tarixində başlamışdır. == Məzmun == Fırıldak Ailəsi bencillikleri və çıkarcılıklarıyla ön plana çıxmış bir ailədir. Ana, ata və üç uşaqdan ibarət olan Fırıldak Ailəsində; Davamlı bəlaya bulaşan Ata Sabri, tarazlıq ünsürü Ana Yıldız, tənbəl Zeki, xəyalpərəst Afet və daha yeni danışmağa başlayan balaca Tosun. Təbii bir də pərdənin arxasında nənə Dürdane var. == Personajlar == Sabri Fırıldak Ailənin rəisi. Tutduğu futbol komandası davamlı dəyişər, dəstəklədiyi partiya davamlı dəyişir. Nəbzə görə şərbət verir.
Fırıldaqçı (film, 1981)
Fırıldaqçı — Kəmal Sunal, Ülkü Özen, Ali Şen, Turgut Özatay, Reha Yurdakul, Nizam Ergüdenin rol aldığı Türkiyə filmi. == Süjet == Rıfkı (Kemal Sunal) mərhum atasının malını satmaq üçün Almaniyadan kəndinə qayıdır. Kəndə çatdıqda sonra Rıfkı yağış üçün dua edən kəndlilərə yarım saatda yağış yağdırır. Evdə qalan yaşlı qadınların taleyini açır. O, şikəstləri üfürərək ayağa qaldırır. Bu arada bəzi mənfəətpərəstlər Rıfkını kəndin bələdiyyə sədri seçkisinə qatılmasını istəyir. Başqa bir bələdiyyə namizədi Rıfkıya seçkiyə qatılmaması üçün rüşvət verir. Rıfkı seçkilərdə qazanır və kənddə olan bir çox problemləri həll edir.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)
Tinder fırıldaqçısı (film, 2022)
Tinder fırıldaqçısı (ing. The Tinder Swindler) — 2 fevral 2022-ci ildə Netflix-də yayımlanan ingilis istehsalı sənədli film. Film Tinder tətbiqi vasitəsilə qadınları aldadan israilli cinayətkar Simon Leviev haqqındadır. == Məzmun == Doğum adı Şimon Hayut olan Simon Leviev Tinder adlı tanışlıq proqramında özünü almaz kralı olaraq tanınan Rusiya yəhudisi Lev Levievin oğlu olaraq təqdim etdi. Tinder-də tanış olduğu qadınları şam yeməyinə aparıb onlara müxəlif hədiyyələr alaraq özünü həqiqətən almaz kralının oğlu olduğuna inandırdı. Hətta qadınları şəxsi təyyarələrlə tətilə apardı. Möhtəşəm həyata sahib imiş kimi davranan Hayut tanış olduğu bütün qadınlara onu öldürmək istəyən düşmənləri olduğundan bəhs etdi. Qadınlara söhbət tətbiqləri vasitəsi ilə mühafizəçisinin düşmənləri tərəfindən yaralandığına dair saxta şəkillər göndərdi. Təhlükəsizlik məqsədi ilə öz kartından pul xərcləyə bilmədiyini və bu səbəblə geri qaytarmaq şərti ilə qadınlardan kart və nağd pul aldı. Bu üsulu bütün qurbanlarında istifadə etdi.
Twitter-də bitcoin fırıldaqçılığı, 2020
15 iyun 2020-ci ildə saat 20:00–22:00 iradələrində 130 məşhur şəxsin hesabı bitcoin fırıldaqçılığı etmək üçün ələ keçirilmişdir. Hesabların oğurlanması sosial mühəndislik yolu ilə baş tutmuşdur. Fırıldaqçılar tərəfindən paylaşılmış tvitlərdə "müəyyən kiptovalyuta adreslərinə pul göndərdikləri təqdirdə, həmin pulun iki qatı onlara geri qaytarılacaqdır" mesajı yer alırdı. Tvitlərin paylaşılmasından bir neçə dəqiqə sonra kriptovalyuta adreslərinə 320 pul transferi gerçəkləşmişdir. Mesajlar Twitter işçiləri tərəfindən silinənə qədər 110.000 ABŞ dolları dəyərində bitcoin göndərilmişdir. Hadisənin səbəbkarları Twitter-in xüsusi işçiləri və FTB tərəfindən axtarılır.
Tinder fırıldaqçısı

Twitter-də bitcoin fırıldaqçılığı (2020)

Bernard Medoff fırıldaqçılığı
Bernard Medoff fırıldaqçılığı — Bernard Medoff tərəfindən təşkil edilən və 3 milyona qədər insana təsir edən maliyyə fırıldağı. Maliyyə itkiləri təqribən 17,5 milyard dollar təşkil etmişdir. Tarixdə ən böyük hesab olunur. Medoffun şirkəti dağılmadan əvvəl 40 ildən çox fəaliyyət göstərdi. == Tarixi == Bernard Medoffun şirkəti 1960-cı ildə fəaliyyətə başlayıb. Bernard Medoff çox yaxşı reputasiyaya malik idi: o, bir çox təşkilatların və böyük firmaların əməkdaşlıq etdiyi «Fairfield Sentry» investisiya şirkətini idarə edirdi. Hesab edilir ki, o, 1970-ci illərdə investorlara birjada oynamaqdan illik 46%-ə qədər vəd verməyə başlayanda fırıldaqçılıqla məşğul olmağa başlayıb, lakin əslində o, köhnə müştərilərə yeni müştərilərdən gələn vəsaitlə ödəniş edib. Ehtimal olunur ki, Medoffun fırıldaqları bu qədər uzun müddət aşkar edilmədi, çünki hər rübün sonunda o, demək olar ki, bütün səhmlərini, 11 milyard dollar dəyərində satdı və SEC-ə hesabat verməkdən yayına bildi. Ertəsi gün hər şeyi geri qaytardı. Amma ekspertlər belə bir nəzəriyyəni rədd edirlər, çünki əks halda fond bazarında nəzərəçarpacaq dalğalanmalar olardı.

Значение слова в других словарях