fırçalanmaq
fırıq
OBASTAN VİKİ
Fırfıra
Fırfıra-əksəriyyətlə küncləri yuvarlaşdırılmış konus şəklində, iti ucu üzərində və şaquli bir ox ətrafında dönən oyuncaq. İş prinsipi və fiziki xüsusiyyətləri giroskopa bənzər. Dönən bir fırfıraya yüngülcə vurularsa maili şəkildə dairələr çəkməyə başlar.Bir fırfıra maili halda döndürülürsə qısa müddət sonra dik vəziyyətə gəlir və sürtünmə səbəbiylə dayanana qədər dönər. Bəzi fırfıraları bir ip (qamçı) vasitəsiylə çevirərlər.Qamçılı fırfıraların dönmə müddəti, qamçılamaq surətiylə uzadılar.
Tumurcuq fırfırası
Tumurcuq fırfırası (lat. Spilonota ocellana F.) — Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. Kəpənəyin qanadları açılmış halda 14–18 mm-dir. Ön qanadları ağ-sarımtıl olmaqla kənarlarına yaxın parlaq gözcük yerləşir. Tırtılı boz-qəhvəyi rəngdə olub, 9–12 mm-dir. Pupu açıq qəhvəyidir, uzunluğu 7–10 mm-dir. Zərərverici orta yaşlı tırtıl mərhələsində ağac gövdəsinin qabığı altında ağ baramacıq içərisində qışlayır. Yazda aprel ayının axırlarında havanın orta temperaturu 10–12oC olduqda qışlama yerlərindən çıxan tırtıllar əvvəlcə tumurcuqlarla, sonra isə təzəcə açılmış yarpaqların damarsız hissəsi ilə qidalanırlar. Tırtılların qidalanması 15–20 gün çəkir. May ayının axırlarında, ağacların çiçəklənməsi dövründə, tırtıllar budaqların qabığı altında, bəzən də bir neçə yarpağın saplaqlarının birləşdiyi yerdə, möhkəm hörülmüş ağ barama içərisində puplaşırlar.
Yarpaq fırfırası
Yarpaq fırfırası (lat. Recurvaria nanella Hb.)-Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ Kəpənəyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları açıq-qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla qəhvəyi rəngdədir. Yarpaq fırfırası ikinci yaş tırtıl mərhələsində hörümçək toruna bənzər baramacıq içərisində, ağacların qabıqaltı yarıqlarında qışlayır. Qışlama yerlərindən yazda, mart ayının axırları, aprel ayının əvvəllərində çıxırlar və təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində qidalanırlar. Yarpaq fırfırası ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır və sıradan çıxırlar. Belə yarpaqlar içərisində tırtıl mərhələsi başa çatır.

Значение слова в других словарях