FƏDA
FƏDAKARANƏ
OBASTAN VİKİ
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fədai Təbrizi
Fədai Təbrizi (XV əsr, Təbriz – XV əsr)- XVI əsrdə yaşamış Azərbaycan şairi. Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur. Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur. Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır. Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil. Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. “Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk “Bəxtiyarnamə”nin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir.
Niqol (fədai)
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
İşxan (fədai)
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Fədakar (film, 2015)
Bəhram bəy Fədai
Bəhram bəy Əsəd bəy oğlu Vəzirov və ya Bəhram bəy Fədai (23 dekabr 1857, Mirzəcamallı, Şuşa qəzası – 1921, Qaryagin, Qaryagin qəzası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının üzvü, şair, hüquqşünas. == Həyatı == Bəhram bəy Əsəd bəy oğlu Vəzirov 23 dekabr 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olub. Sonra Şuşa şəhərinə köçüblər. Şuşa Realni Məktəbini bitirdikdən sonra Sankt Peterburq Dövlət Univerisitetinin Hüquqşünaslıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra Qarabağa geri dönmüş və hüquq sahəsində çalışmağa başlamışdır. O, Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarındandır. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, İttihad Partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Parlamentdə İttihad fraksiyasına daxil olub. Aprel işğalından (1920) sonra müxtəlif təsərrüfat müəssisə və idarələrində çalışıb. Bəhram bəy sovet dönəmində gizli İttihada daхil olub və həmin vaxtdan gizli fəaliyyətə keçib.
Mirzə Məhəmməd Fədai
Mirzə Məhəmməd Qayıb oğlu Fədai (d. Aşağı Salahlı, Qazax sultanlığı - ö. XIX əsr, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası) — XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində fəaliyyət göstərmiş şair. == Həyatı == Müasir Qazax rayonunun Aşağı Salahlı kəndində dünyaya gəlmişdir. Atasının Qayıb olmuşdur. O, Azərbaycanın siyasi-mədəni həyatında mühüm rol oynamış Qayıbovlar ailəsinin banisi hesab edilir. == Yaradıcılığı == Mirzə Məhəmməd yaradıcılığının əksər hissəsini Azəbaycan türkcəsində yazmış və bu şeirlərində Fədai təxəllüsündən istifadə etmişdir. O, Qazax sultanları nəslindən gələn Kazım ağa Saliklə dostluq etmiş və olar bir-birilərinə qəzəllər həsr etmişdirlər: Salikin Mirzә Mәhәmmәd Qaib oğluna yazdığı bir qәzәl: == Həmçinin bax == Qayıbovlar == İstinadlar == == Mənbə == Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. 1998.
Fədakar aktyor. Muxtar Maniyev (film, 2015)
Fədakar aktyor. Muxtar Maniyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyevin 80 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Koroğlu", "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Var olun qızlar...", "Nəsimi", "Ömrün səhifələri", "Xoşbəxtlik qayğıları", "Qərib cinlər diyarında", "Qızıl uçurum", "Yol əhvalatı", "Gümüşü furqon", "Bəyin oğurlanması", "İşarəni dənizdən gözləyin", "Ölsəm... bağışla", "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət..." filmlərinin kadrlarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Elşən Bədəlov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Videomateriallar: Həsən Cəbrayılov, Cavid Babayev Rejissor assistentləri: Samir Məlikov, Mikayıl Əjdəroğlu Musiqi tərtibatı: Əliabbas Qasımov Geyim: İradə Həyatova İnzibatçı: Etibar Almazov Mətni oxudu: Ədalət Məmmədov Redaktor: Səyavuş Məmmədov === Rollarda === Almaz Amanova Hüseynəli Ağayev Rəhim Hümbətov === Filmdə iştirak edənlər === Muxtar Maniyev (aktyor, xalq artisti) Adil İsgəndərov (şəkil; teatr və kino rejissoru, aktyor) Hüseyn Seyidzadə (arxiv; kinorejissor) Arif Babayev (şəkil; rejissor, aktyor) Şamil Mahmudbəyov (şəkil; kinorejissor) Əlisəttar Atakişiyev (şəkil; kinorejissor, operator, ssenarist, rəssam) Muxtar Dadaşov (şəkil; operator, rejissor, ssenarist, aktyor) Rasim Ocaqov (şəkil; kinorejissor, kinooperator) Oqtay Mirqasımov (şəkil; rejissor, ssenarist, prodüser) Eldar Quliyev (şəkil; rejissor, ssenarist, aktyor) Tofiq İsmayılov (şəkil; kinorejissor, kinodramaturq, nasir) Fikrət Əliyev (şəkil; rejissor, ssenari müəllifi, aktyor) Əbdül Mahmudov (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Cahangir Mehdiyev (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Ceyhun Mirzəyev (şəkil; rejissor, aktyor) Yuli Qusman (şəkil; ssenari müəllifi.