fəzilətli
fəzlə 2021
OBASTAN VİKİ
Fəzl
Fəzl — kişi adı. Fəzl bin Məhəmməd — 985–1031-ci illərdə Aran əmiri Fəzl ibn Abbas — Fəzl Təbrizi — münəccim, riyaziyyatçı. Fəzl İbn Məhəmməd — 985–1031-ci illərdə Aran əmiri II Fəzl bin Şavur — 1067–1073-cü illərdə hakimiyyətdə olan Şəddadi hökmdarı III Fəzl bin Fəzl — müasir Azərbaycanda yerləşən Gəncədə hakimiyyətdə olmuş son Şəddadi hökmdarı İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi.
III Fəzl bin Fəzl
III Fəzl və ya Fəzl bin Fəzl — müasir Azərbaycanda yerləşən Gəncədə hakimiyyətdə olmuş son Şəddadi hökmdarıdır. Hakimiyyət illəri 1073-1075-ci illərdir. Ancaq daha sonra Böyük Səlcuq İmperiyası hakimiyyəti ələ keçirib. Şəddadilər Ermənistanın bir hissəsində hökmdarlıq etməyə davam etsələr də, Gəncə səlcuqların hakimiyyəti altına keçib.
Fəzl Təbrizi
Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı. == Həyatı == Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var. Fəzl Təbrizi 922-ci ildə vəfat edib.
İbn Fəzl
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
Fəzl (qəbilə)
Fəzl (ərəb. آل فَضْل‎, Āl Faḍl) — orta əsrlərdə Suriya səhrası və çöllərində hökmranlıq etmiş, müasir davamçıları əsasən Suriyanın cənubunda və Livanın şərqində yaşayan ərəb qəbiləsi. Fəzl qəbiləsinin əcdadı Fəzl ibn Rəbiə Bənu Tay qəbiləsinin nəslindən idi. Bu tayfa səlibçilərə qarşı börilər və zəngilərə yardım edərək şöhrət qazanmışdılar. Əyyubilər onları adətən əmir əl-ərəb vəzifəsinə təyin edərək Fəzr əmirlərini Suriyanın şimalındakı bədəvi qəbilələri üzərində səlahiyyət ilə təmin etmişdilər.
Fəzl bin Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. == Ailəsi == 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Fəzl ibn Abbas
Fəzl ibn Abbas (ərəb. ‎‏ الفضل بن العباس‎‎) — Abdullah ibn Abbasın qardaşı, Məhəmmədin əmoğlusu.
Fəzl İbn Məhəmməd
Şavur ibn Fəzl
Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu.
Fəzl ibn Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. == Ailəsi == 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
II Fəzl bin Şavur
II Fəzl bin Şavur (v. 1073) — 1067-1073-cü illərdə hakimiyyətdə olan Şəddadi hökmdarıdır. O, Əbüləşvar Şavurun oğlu və varisidir. == Mənbələr == Bosworth, C. E. The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Frye, R. N. (redaktor). The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol periods. Cambridge: Cambridge University Press. 1968. 1–202. ISBN 0-521-06936-X. Minorsky, Vladimir. A History of Sharvān and Darband in the 10th-11th Centuries.
Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. == Ailəsi == 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Fəzlabad (Komican)
Fəzlabad (fars. فضل اباد‎‎‎; azərb. Pətlaba‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. Ərak şəhərindən 100 km şimal–qərbdə, Komican şəhərindən isə 5 km şərqdə, dəniz səviyyəsindən təqribən 1828–1833 metr hündürlükdə yerləşir. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Birinci ostanda, Ərak şəhristanının Vəfs bəxşinin Bozçəllu dehestanına daxil olan Fəzlabad kəndinin türkcə – farsca danışan və şiə olan əhalisi 408 nəfərdən ibarət idi.
Fəzli
Fəzli Çələbi Füzulizadə (Əski əlifba ilə: فضلی چلبی فضولی زاده; c. 1543–1605) və ya daha çox bilinən adı ilə Fəzli (فضلی) – XVI əsrdə yaşamış və şeirlər yazmış şair. Onun yaradıcılığının əsasını Azərbaycan türkcəsində, farsca və ərəbcə yazdığı şeirlər təşkil edir. Məhəmməd Füzulinin oğlu olan Fəzli xronoqramlar yaratmaqda və şeirlərində tapmacalardan istifadə etməkdəki istedadına görə seçilməkdə idi. Yaradıcılığı zamanı həm əruz, həm də heca vəznində şeirlər yazmışdır. == Adı == Fəzlinin əsl adı Fəzli Çələbi Füzulizadədir. O, Fəzli ləqəbi ilə şeirlər yazmışdır. Fəzli sözünün mənası "comərdlik və ya bolluq" anlamına gəlməkdədir. Mütəxəsislər bu anlam ilə onun atasının ləqəbinə işarə etdiyini bildirirlər. Belə ki, atasının ləqəbi olan Füzuli sözünün mənası da "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur.
Fəzli İsfahani Xuzani
Fəzli İsfahani Xuzani (fars. فضلی اصفهانی خوزانی‎; 1592 – XVII əsr) — İran zadəganı, tarixçisi. O, Səfəvi xanədanının 1501-ci ildə I İsmayıl tərəfindən (1501–1524-cü illərdə hakimiyyətdə olmuşdur) qurulmasından I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ölümünə qədərki dövrünü əhatə edən "Əfzal əl-Təvarix" salnaməsi ilə tanınır. O, həm də Səfəvi xidmətində məmur olmuş, 1616–1625-ci illərdə Bərdə və Kaxeti valisi olmuş Qaraçaqay xanın vəziri olmuşdur. Fəzlinin oğlu, "Tiraz əl-əxbar"ın müəllifi olan Nəcməddin Əhməd Xuzani Hindustanda moğol zadəganı Baqir Xanın qızı ilə evlənmişdir.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Fəzlulla xan Ağevli
Fəzlulla xan Əmənulla xan oğlu Ağevli (1887–1920)—İran ordusunun polkovniki. == Həyatı == Fəzlulla xan Əmənulla xan oğlu 1887-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əsədulla xanın nəvəsidir. O, orta məktəbi bitirəndən sonra Fransaya yollanmışdı. Ali hərbi məktəbi tamamlayandan sonra vətənə dönmüşdü. Jandarmeriyada xidmətə başlamışdı. I Dünya Savaşı dönəmində Mazandaranda xidmət edirdi. Fəzlulla xan Ağevli "1919-cu il qərardadı" ilə bağlı komissiyaya daxil edilmişdi. Fəzlulla xan Ağevli 1920-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. == Həyatı == 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Məhəmməd Hüseyn Fəzlullah
Məhəmməd Hüseyn Fəzlullah (ərəb. محمد حسين فضل الله‎; 16 noyabr 1935[…], Nəcəf – 4 iyul 2010[…], Beyrut) — alim, müctehid. == Həyatı == Məhəmməd Hüseyn Fəzlullah 1935-ci ildə İraqın Nəcəf şəhərində anadan olmuşdur. Təxminən doqquz yaşında ikən elmlər hövzəsində təhsil almış, 16 yaşında ikən artıq hövzədən kənarda əlavə dərslərdə iştirak etmişdir. == Müəllimləri və təhsili == Məhəmməd Hüseyn Fəzlullah Nəcəfdəki Böyük Elmlər Hövzəsinin nəzdində böyüyüb boya-başa çatmışdır. Dini elmləri də erkən yaşlarından öyrənməyə başlamışdır. Doqquz yaşında ikən atasından dərs almışdır. 16 yaşında isə "xaric" dərslərdə iştirak edən Fəzlullah o dövrdə Hövzənin böyük alimlərindən şiə mütəfəkkirləri Seyyid Əbülqasim Xoyi, Seyyid Möhsin Həkim, Mahmud Şöhrəvərdi və Şeyx Hüseyn Hillidən dərs almış, Molla Sədra əl-Badkubinin xüsusi mühazirələrini dinləmişdir. Hüseyn Fəzlullah öz elmi səviyyəsi ilə parlayan tələbələrdən sayılırdı. Bu xüsusda qeyd edilir ki, Məhəmməd Baqir əs-Sədr Fəzlullahın bir araşdırmasına dair elmi hesabatları Fəzlullahın elmi səviyyəsi ilə tanış olmaq üçün əl-Xuiyə təqdim etmişdi.
Qazi Fəzlullah bin Osman məscidi
Çin məscidi və ya Qazi Fəzlullah bin Osman məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Məscid qala divarlarının İçərişəhər metrostansiyası tərəfdəki girişindən təxminən 50 metr məsafədə yerləşir. Arxa hissəsi Vahid bağına tərəf baxır. == Tarixi == Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən məscidin giriş qapısının üstündəki epiqrafik kitabə onun Hicri-qəməri təqvimlə 777-ci ildə Fəzlullah İmam ibn Osman Şirvaninin vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə məscid onun adı ilə adlandırılır. Fasad üzərindəki digər epiqrafik yazıdan isə belə məlum olur ki, abidə Hicri-qəməri təqvimlə 1186-cı ildə Məsud Əli tərəfindən bərpa olunmuşdur. Məscid digər adı "Çin məscidi"dir. Xalq etimalogiyasına görə məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır. == Memarlıq xüsusiyyətləri == Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir.
Şeyx Fəzlullah Nuri
Şeyx Fəzlullah Nuri (1841–1909) — İran məşrutə hərəkatının əleyhidarı. == Həyatı == Şeyx Fəzlullah Nuri, Molla Abbas Nuri Mazandarani oğlu 1841-ci ildə anadan olmuş, 1909-cu ildə öldürülmüşdür. Ruhaniyyət tarixinin azad ruhlu mücahid alimləri sırasında ön yerlərdən birini tutan Şeyx Fəzlullah Nuri İran Məşrutə inqilabının tənqidçilərindən olmuş, bu inqilabın Britaniyanın siyasətlərinə xidmət etdiyinə inanmışdır. Şeyx Məşrutənin rəhbərliyi tərəfindən edama məhkum olunmuş və dar ağacından asılmaqla şəhadətə çatmışdır. Şeyx Fəzlullah Nurinin Məşrutə tərəfdarı olan Seyid Məhəmməd Təbatəbai, Abdullah Bəhbəhani, Nəcəf alimləri Axund Xorasani və Abdullah Lahici ilə müxalifətinin əsas səbəbi Məşrutə qanunlarında İslamın əsas götürülməməsi olmuşdur. Digər İslam alimləri Məşrutəni şah istibdadından qurtulmaq üçün vasitə saydığı halda Şeyx, Britaniyanın dəstəklədiyi bir hərəkatın müsəlmanlara heç bir fayda verməyəcəyini bəyan etmişdir. Şeyx Fəzlullahın edam hökmünü Məşrutənin nəzarəti altında Şeyx İbrahim Zəncani vermişdir. Şeyx Tehranda Topxana meydanında edam olunmuş, Qumda dəfn edilmişdir. Edam kürsüsündə Şeyxin əmmaməsi çıxarılan zaman xalqa müraciətlə demişdir: "Bu gün şeyxin əmmaməsini çıxaranlar unutmayın ki, sabah sizin xanımlarınızın hicabını açacaq!". Şeyxin edam hökmü məşrutə zabiti erməni Yeprem xanın rəhbərliyi altında həyata keçirilmişdir == İstinadlar == == Mənbə == Seyid Əhməd Kəsrəvi, Tārikh-e Mashruteh-ye Iran (تاریخ مشروطهٔ ایران) (History of the Iranian Constitutional Revolution), in Persian, 951 p.
Şərəfəddin Fəzlullah Qəzvini
Şərəfəddin Fəzlullah Qəzvini (v. 1339) — fars dilində yazılmış və İranın qədim tarixini əhatə edən "Muacəm fi azər mülük əl-Əcəm" əsərinin müəllifi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Boroujerdi, Mehrzad. Mirror For the Muslim Prince: Islam and the Theory of Statecraft (ingilis). Syracuse University Press. 2013. ISBN 978-0815632894. JSTOR 10.3366/j.ctt1j1w04g.
Əbusəid Fəzlullah
Əbu Səid Fəzlullah ibn Əbülxeyr Əhməd bin Məhəmməd əl-Meyhəni (d.967- ö. 1049)— Sufi-təkyə ənənələrini təsbit edən və qurduğu səma məclislərində oxuduğu aşiqanə rubailərlə tanınan Xorasanlı Fars sufi filosofu. == Həyatı == 7 dekabr 967-ci il tarixində Xorasanda Sərəxs ilə Əbivərd arasında olan Havran bölgəsində Meyhənə (Mihnə) qəsəbəsində doğuldu.Atası Əbülxeyr Əhməd sufilərin dostu olan və səma məclislərinə davam edən bir əttardı. Uşaqlığını Məyhənədə keçirən Əbu Səid atasıyla birlikdə getdiyi səma məclislərində təsəvvufu tanıdı. Sufi şair Əbülqasım Bişr-i Yasinin dərslərinə davam edib dil və ədəbiyyat elmlərində ondan faydalandı, şeir və təsəvvüf anlayışından da təsirləndi. Ondan öyrəndiyi şeirləri çeşidli söhbət məclislərində oxudu və bu şeirlər onun üçün ilham qaynağı oldu. Bir rəvayətə görə 30.000 beyt əzbərləmişdi. Əbu Səid fiqh, təfsir və hədis bilgisini irəlilətmək üçün Mərvə getdi. Burada Şafei fiqh alimi Əbu Abdullah Məhəmməd ibn Əhməd əl-Hazrinin (Husri, ö. 373/983 [?]) vəfatından sonra beş il Əbu Bəkir Abdullah ibn Əhməd əl-Kaffal əl-Mərvəzinin dərslərinə davam etdi.
İbn Fəzlullah Öməri
İbn Fəzlullah Öməri (20 iyun 1301 və ya 1301, Dəməşq, Məmlük dövləti – 28 fevral 1349 və ya 1349, Dəməşq, Məmlük dövləti) — ərəb alimi, coğrafiyaçısı, tarixçisi və ensiklopedisti. 1301-ci ildə Dəməşqdə anadan olmuşdur. Təhsilini Misirdə almışdır. Misir sultanının katibi vəzifəsini öz varisi kimi atasından almışdır. Məmlük dövlətinin arxivlərinə giriş imkanı var idi. Onun əsərlərində təqdim olunan məlumatların çoxuna heç bir müəllifdə rast gəlinmir.
Fəzlüllah Nəimi
Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof. == Həyatı və fəaliyyəti == Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi." "Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir.

Значение слова в других словарях