FASONSUZ
FAŞİZM
OBASTAN VİKİ
Faşist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Faşist İtaliya
Faşist İtaliya — 1922—1943-cü illərdə Milli Faşist Partiyasının idarə etdiyi və Benito Mussolininin prezident və diktator olduğu İtaliya krallığınına verilən ad. İtalyan faşistləri totalitar hakimiyyətlə siyasi muxalifəti əzmiş, iqtisadi müasirləşməyi, ənənəvi sosial dəyərləri və Roma-Katolik Kilsəsini təşviq etmişdirlər.
Faşist İtaliyası
Faşist İtaliya — 1922—1943-cü illərdə Milli Faşist Partiyasının idarə etdiyi və Benito Mussolininin prezident və diktator olduğu İtaliya krallığınına verilən ad. İtalyan faşistləri totalitar hakimiyyətlə siyasi muxalifəti əzmiş, iqtisadi müasirləşməyi, ənənəvi sosial dəyərləri və Roma-Katolik Kilsəsini təşviq etmişdirlər.
Faşist həbs düşərgələri
Faşist həbs düşərgələri — alman faşistlәrinin siyasi düşmәn hesab etdiklәri şәxslәri vә hәrbi әsirlәri xüsusilә sәrt rejimdә saxladıqları düşәrgәlәr. Faşist həbs düşərgələrinin mәhbusları sırasına faşizm әleyhdarları, kommunistlәr, hәmçinin әqidәsinә, dininә, irqinә vә s. görә tәqib olunanlar daxil idi. İlk hәbs düşәrgәsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. Faşist həbs düşərgələrinin çoxu insanları kütlәvi surәtdә qırmaq üçün qaz kameraları, krematorilәr vә s. vasitәlәrlә tәchiz edilmişdi. Faşist həbs düşərgələrindә mәhbuslara mәnәvi, fiziki әzab vә işgәncә verir, onları aclıqdan öldürür, üzәrlәrindә müxtәlif tibbi “tәcrübә”lәr aparır, qaz ilә boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof vә s. düşәrgәlәr әsl ölüm fabriklәri idi. Faşist həbs düşərgələrinә düşmüş 18 mln.
Milli Faşist Partiyası
Milli Faşist Partiyası (it. Partito Nazionale Fascista) — 1921-ci ildə Benito Mussolini tərəfindən yaradılmış, faşizm ideologiyasını reallaşdıran siyasi partiya. Bu partiyanın əsasını 1919-cu ildə Benito Mussolini tərəfindən yaradılan "Faşist mübarizə dəstələrinin ittifaqı" təşkil edib. Məhz bu təşkilat daha da formalaşdırılaraq 1921-ci ilin 9 noyabr tarixində Milli Faşist Partiyasına çevrilmişdi. Milli Faşist Partiyası 1921-ci ildən etibarən parlamentdə təmsil olunmağa başlayıb. 1924-cü ildən bu partiya parlamentdə üstünlük qazanmışdı. 1928-ci ildə isə Milli Faşist Partiyası ölkənin yeganə qanuni partiyası elan olunmuşdu. Bu vəziyyət 1943-cü ilə kimi, Mussolini rejimi dağılana kimi davam etmişdi. Müasir dövrdə Milli Faşist Partiyasının yenidən yaradılması İtaliya Konstitusiyası tərəfindən qadağan olunub. İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı.
Respublikaçı Faşist Partiyası
Respublikaçı Faşist Partiyası ( Partito Fascista Repubblicano ) 1943-cü ildə İtaliyanın cənubunun müttəfiqlərin işğalı altına düşməsi ilə ləğv edilmiş olan Milli Faşist Partiyasının varisidir. Benito Mussolini və onun tərəfdarları tərəfindən İtaliya Sosial Respublikası ilə bərabərabər təsis edilmişdir. Almaniyanın Şimali və Mərkəzi İtaliyanı işğalı etməsi zamanı Benito Mussolininin rəhbərlik etmiş olduğu bu siyasi partiya bütün İtaliya ərazisinin müttəfiq qoşunlarının əlinə keçməsinə qədər İtaliya faşistlərinin mübarizəsini davam etdirdiyi bir təşkilat olmuşdur. Partiya siyasi baxışında isə əvvəlki kimi italyan faşizmini qəbul etsə də, həm də antimonarxist xüsusiyyət daşımağa başlamışdı. Artıq respublika dəyərləri müdafiə olunmağa başlanmış və adından da göründüyü kimi, İtaliyanın şimalında yeni bir İtaliya Sosial Respublikası yaradılmışdır. Partiyanın katibi isə Alessandro Pavolini olmuşdur. Şimali İtaliyanı öz nəzarəti altında saxlamağa çalışan Respublikaçı Faşist Partiyası 1945-ci ilə qədər bunu bacara bilmişdir. İtalyan qoşunları 1945-ci ildə bütün İtaliyanı işğal etmiş olan Müttəfiq qüvvələrinə, yəni Amerika və Britaniya qoşunlarına təslim olmuşdurlar. Respublikaçı Faşist Partiyasının dağılması və İtaliya Sosial Respublikasının süqut etməsi ilə bərabər Mussolini tərəfdarları və sevgilisi ilə birlikdə İsveçrəyə qaçmağa çalışarkən, yolda kommunist partizanların əlinə keçirlər. Onlar 1945-ci il aprel ayının 28-də güllələnərək öldürülürlər.
Faşist mübarizə dəstələrinin ittifaqı
Faşist mübarizə dəstələrinin ittifaqı (İtaliya mübarizə ittifaqı) — 1919-cu ildə Mussolini tərəfindən yaradılan siyasi təşkilat. 1921-ci ildə bu təşkilat Milli Faşist Partiyasına çevrilmişdi. Təşkilatın qərargahı Milan şəhərində yerləşirdi. İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi.

Значение слова в других словарях