fekaluriya
feldfebel
OBASTAN VİKİ
Fel
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Le-Fel
Le-Fel (fr. Le Fel, oks. Lo Fèl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12093. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 35 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 171 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 99 nəfər arasında (15-64 yaş) 72 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 65.2%).
Edmund Felps
Edmund Felps (ing. Edmund Strother Phelps, Jr.) (26 iyul 1933[…]) — amerikalı iqtisadçı. 2006-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdır. 1982-ci ildən bəri Kolumbiya Universitetində professor olan Felps, eyni zamanda Kolumbiyada Kapitalizm və Cəmiyyət Mərkəzinin direktorudur. == Həyatı == Edmund Felps İllinoysda doğulub. O, 6 yaşında olarkən ailəsi Felpsin məktəb illərini keçirəcəyi Nyu Yorka köçüb. 1951-ci ildə Ali təhsil almağa Amherst Kollecində başlamışdır. Atasının tövsiyəsi ilə, Amherstdəki ikinci ilində ilk iqtisadiyyat üzrə dərsdə iştirak etmişdi. Ceyms Nelsonun verdiyi dərs, Pol Samuelsonun məşhur kitabına əsaslanırdı. Bu dərsdən olduqca təsirlənən Felps, bundan qısa müddət sonra mövcud nəzəriyyənin həll edə bilmədiyi əhəmiyyətli bir problemin, mikroiqtisadiyyat və makroiqtisadiyyat arasındakı mövcud boşluğun fərqinə vardı.
Erik Felipe Kardoso
Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münxen) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı. == Həyatı == Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir. == Nəşr olunmuş əsərləri == Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография на hoasm.org (ing.) Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.
Falco feldeggi
Falco feldeggii
Federiko Fellini
Federiko Fellini (it. Federico Fellini; 20 yanvar 1920[…], Rimini, Emiliya-Romanya – 31 oktyabr 1993[…], Roma) — görkəmli italyan kinorejissoru, 5 Oskar mükafatı, Kann kinofestivalı "Qızıl palma budağı" (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) laureatı. Rimini şəhərinin hava limanı onun adını daşıyır. == Həyatı == Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. Onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevil göstəriləri keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib.
Feldmarşal
Feldmarşal (alm. Feldmarschal‎) — Müqəddəs Roma İmperiyasında və alman dövlətlərində, daha sonra bir çox dövlətlərdə mövcud olan ali hərbi rütbə. Bir sıra ölkələrdəki marşal rütbəsinə uyğun gəlir.
Feldstonia
Feldstonia (lat. Feldstonia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Feldstonia nitens
Feldtseyxmeyster
Feldtseyxmeyster (alm. Feldzeugmeister‎, qısaca FZM) — Müqəddəs Roma, Avstriya və Avstriya-Macarıstan ordularında artilleriya və ordu generallarına verilən hərbi rütbə. == Tarixi == XVI əsrdə Feldtseyxmeyster adı Almaniyada artilleriya komandirlərinə verilirdi. Rütbə Baş Komandan (Feldhauptmann) və feldmarşaldan aşağı və piyada komandirindən üstün dayanırdı. İmperator II Maksimilyanın hərbi nizamnaməsinə görə, feldtseyxmeysterlərə yüksək maaş, 6 cangüdən (trabant) və müxtəlif rütbələrdən qərargah verilirdi. Fəth olunan qalalardakı bütün alətlər, mərmi, döyüş sursatları və hər cür silah ona məxsus idi. Sonradan feldtseyxmeyster hərbi hissələrin komandanlığını aldı və ardınca piyada və artilleriya komandirlərinin general rütbəsi (artilleriya generalı) səviyyəsinə çatdırıldı. Beləliklə o, süvari general rütbəsi ilə eyni səviyyədə, feldmarşal-leytenantdan üstün və feldmarşaldan aşağı oldu. İnfanteriya generalı rütbəsi verilməyə başlandıqdan sonra (1908-ci il) feldtseyxmeyster rütbəsi yalnız artilleriyaçılara verildi. == Ədəbiyyat == Gullberg, Ingvar E. Svensk-engelsk fackordbok för näringsliv, förvaltning, undervisning och forskning [A Swedish-English dictionary of technical terms used in business, industry, administration, education and research] (isveç) (2nd).
Feldşer
Feldşer (alm. Feldscher‎) — orta tibb təhsili olan həkim köməkçisi. == Haqqında == Feldşer orta tibbi təhsilli mütəxəssisdir, o, diaqnostika keçirmək, sərbəst müalicə təyin etmək və ya həkim-mütəxəssisə pasiyenti yönəltmək hüququna malikdir. Vəzifə borcları və həkim köməyindən uzaqlaşdırılmış yerlərdə işin standartları üzrə sahə terapevtindən və təcili yardım həkimindən prinsipial olaraq fərqlənmir. == Feldşer nə etməlidir? == Azərbaycanda və təcili tibbi yardımın xidmətində postsovet məkanının bəzi ölkələrində həkim özü olmadığı halda Feldşer bunları etməlidir: Ürək ağciyər reanimasiyasını, Avtomatik defibrilyasiyanı, Nəfəs yolunun intubasiyasını, Xarici boyunduruq damarının punksiyasını, Mamalıq yardımı, Qeydiyyatı, EKQ analizi, İlkin diaqnostikanı.
Felicia
Felicia (lat. Felicia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Felicia erigeroides
Felicia erigeroides (lat. Felicia erigeroides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin felicia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aster erigeroides (DC.) Harv. === Heterotipik sinonimləri === Aster erigeroides var. schultesii Harv. Aster erigeroides var. trinervius (Turcz.) Harv. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Felicia natalensis
Felicia natalensis Sch.Bip. ex Walp. — Felicia erigeroides bitki növünün sinonimi. Felicia natalensis Schltr. — Felicia rosulata bitki növünün sinonimi.
Felicia trinervia
Felicia erigeroides (lat. Felicia erigeroides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin felicia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aster erigeroides (DC.) Harv. === Heterotipik sinonimləri === Aster erigeroides var. schultesii Harv. Aster erigeroides var. trinervius (Turcz.) Harv. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Felidae
Pişiklər (lat. Felidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Bütün müasir və nəsli kəsilmiş pişikkimilərin başı kiçik, gövdəsi yaraşıqlı və əzələli, ayaqları gödək, lakin güclüdür. Caynaqları tamamilə, yaxud qismən içəri çəkilə bilir. Əksəriyyətinin quyruğu uzundur. Bir qismi balaca (ev pişiyi), digəri iridir (şir, pələng). Tükləri qısadır; şimali və yüksək dağlarda yaşayan növlərin tükü tropik qurşaqlarda yaşayanlara nisbətən daha xovludur. Tropik meşə növlərinin rəngi çox vaxt əlvan (boz, narıncı, yaxud bozumtul fonda qara ləkələr, yaxud zolaqlar) olur. Şimal çöl və səhra növləri sarı, yaxud qum rənglidir; qarnı ağdır. Vəhşi pişikkimilər bütün materiklərdə və iri adalarda (Yeni Qvineya, Madaqaskardan başqa) yayılmışdır.
Feliformia
Pişikkimilər (lat. Feliformia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan yarımdəstəsi. Pişikkimilər yarımdəstəsinə aşağıdakı fəsilələr aiddir: Pişiklər (Felidae) Viveralar (Viverridae) Kaftarlar (Hyanidae) Manqustlar (Herpestidae) Nandiniidae Madaqaskar yırtıcıları (Eupleridae) Madaqaskar yırtıcıları (Eupleridae) Viveralar və Manqustlar fəsiləsindən genetik analizlərin nəticəsi olaraq ayrılıb. Nimravidae və Barbourofelidae fəsiləsinin nəsli kəsilib.
Feliks
Feliks — kişi adı və təxəllüs. Feliks Hausdorf — Alman riyaziyyatçısı Feliks Mendelson Bartoldi — alman bəstəkarı, pianoçu, dirijor. Feliks Konstandeliasz — İsveçli futbolçu Feliks Dzerjinski — SSRİ dövlət xadimi, Feliks Baumqartner — Avstriya paraşütçüsü. Feliks Blox — amerikan fiziki, Nobel mükafatı laureatı Feliks Məmmədov — voleybolçu, məşqçi Feliks Aubök — Avstriyalı üzgüçü Feliks Slidovker — Rejissor Feliks Quesada — futbolçu Felipe Almeyda Feliks — futbolçu Minusius Feliks — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili Feliks Elofsson — İsveçli fristaylçı. Ana Dulse Feliks — Portuqaliyalı marafonçu. Feliks Kumaritaşvili — Gürcüstanlı kirşəsürən Mişel Feliks Dunal — Fransız botaniki. Feliks de Asara — ispanyalı səyyah və təbiət alimi.
Feliks Aubök
Feliks Aubök (19 dekabr 1996) — Avstriyalı üzgüçü. Feliks Aubök Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Aubök birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:36.24 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Feliks Baumqartner
Feliks Baumqartner (alm. Felix Baumgartner‎, 20 aprel 1969, Zaltsburq) —Avstriya paraşütçüsü. == Həyatı == == Yeni rekordu == Avstriyalı Feliks Baumqartner stratosferdən rekord hündürlükdən tullanıb. O, sərbəst enmədə səs sürətini örtüb və onun sürəti saatda 1342,8 km olub. İdmançı yerdən 39 km hündürlükdən tullanıb. Felix Baumgartner tullanarkən 4 dəq. 20 saniyə paraşütü açmayıb. Beynəlxalq Aeronavtika Federasiyası 43 yaşlı idmançının bazar günü ABŞ-də Nyu-Mexikoda tullandığını və maksimum sürət əldə etdiyini təsdiqləyib. İkinci dünya savaşından sonra səs sürətini aşan qırıcı, daha sonra isə sərnişin təyyarələri yaradıldı. Səs sürətini aşan maşınlar da meydana gəldi.
Feliks Blox
Feliks Blox (ing. Felix Bloch d. 23 oktyabr 1905, İsveçrə, Sürix; ö. 10 sentyabr 1983, İsveçrə, Sürix ) — amerikan fiziki. Nobel mükafatı laureatı (1952, E. Pörsellə birlikdə). == Haqqında == Felixs Blox 1905-ci il oktyabrın 23-də İsveçrənin Sürix şəhərində anadan olub. Sürixdə Ali Texniki Məktəbdə, İsveçrə Texnologiya İnstitutunda sonra isə Leyptsiq Universitetində təhsil alıb. 1928-ci ildə doktor elmi dərəcəsi alıb. 1934-cü ildən ABŞ-də yaşamış və işləmişdir, Kaliforniyada Stanford Universitetinin professoru idi. O, ABŞ atom layihəsinin iştirakçısı, 1954-1955-ci illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin baş direktoru olub.
Feliks Brakemon
Feliks Brakemon (fr. Félix Bracquemond; 1833—1914) — fransız rəssam. Rəssam Mari Brakemonun həyat yoldaşı. == Bioqrafiya == Brakemon 1833-cü ildə Parisdə anadan olmuşdur. Litoqrafiyada təhsil almışdır. Eyni zamanda, rəsm dərsləri almış və daha sonra Dominik Enqranın tələbələrdən birindən təhsil almışdır. Feliks Brakemon ilk dəfə olaraq 1852-ci ildə Paris Salonunda iştirak etdi, onun tərəfindən təqdim olunan portretlər hər kəsin diqqətini çəkdi. Ümumiyyətlə, o, səkkiz yüzdən çox vərəq , portret, mənzərə, müasir həyat səhnələri və quşların öyrənilməsi daxil olmaqla, eləcə də digər sənətkarların rəsmlərinin çoxsaylı şərhləri yaratmışdır. Teodor de Banvil, Jül Amede Barbe d’Orevilyi, Qustav Jeffrua, Feliks Nadar kimi tanınmış rəssamlar ilə dost idi. 1863-cü ildə Paris Salonunun münsiflər heyəti ofortlarını ləğv etdi.
Feliks Dzerjinski
Feliks Edmundoviç Djerzinski (pol. Feliks Dzierżyński , rus. Фе́ликс Эдму́ндович Дзержи́нский, 11 sentyabr 1877[…], Dzerjinovo[d], Vilen quberniyası[d], Rusiya imperiyası – 20 iyul 1926[…], Moskva, RSFSR, SSRİ) — sovet dövlət xadimi, Rus və Polşa inqilab hərəkatının üzvü. Ən çox "Dəmir Feliks" ləqəbi ilə tanınır. Həmçinin, "Qanlı Feliks" və ya "FD" ayamasıyla da tanınmışdır. SSRİ kəşfiyyat idarəsi olan "ÇEKA"nın qurucusu kimi də tanınır. == Həyatı == Feliks Dzerjinski 11 sentyabr 1877-ci ildə Rusiya imperiyasının Vilno quberniyasının Dzerjinovo malikanəsində anadan olmuşdur. 1895-ci ildə Dzerjinski Litva sosial-demokratiyası sıralarına daxil olur, onun inqilabi qanadına qoşulur, peşə və fabrik şagirdləri dərnəklərinə rəhbərlik etmişdir. 1896-cı ildə gimnaziyanı tərk edir və peşəkar inqilabçı olur. 1897-ci il, mart-iyul aylarında Kovnoda inqilabi iş aparır, qeyri-leqal polyak qəzeti buraxır, Aleksotadakı tətilə rəhbərlik edir.

Значение слова в других словарях