FELDŞER

I
сущ. фельдшер (медицинский работник со средним образованием, помощник врача)
II
прил. фельдшерский. Feldşer məntəqəsi фельдшерский пункт, feldşer məktəbi фельдшерская школа
FELDMARŞALLIQ
FELDŞER-MAMA
OBASTAN VİKİ
Feldşer
Feldşer (alm. Feldscher‎) — orta tibb təhsili olan həkim köməkçisi. == Haqqında == Feldşer orta tibbi təhsilli mütəxəssisdir, o, diaqnostika keçirmək, sərbəst müalicə təyin etmək və ya həkim-mütəxəssisə pasiyenti yönəltmək hüququna malikdir. Vəzifə borcları və həkim köməyindən uzaqlaşdırılmış yerlərdə işin standartları üzrə sahə terapevtindən və təcili yardım həkimindən prinsipial olaraq fərqlənmir. == Feldşer nə etməlidir? == Azərbaycanda və təcili tibbi yardımın xidmətində postsovet məkanının bəzi ölkələrində həkim özü olmadığı halda Feldşer bunları etməlidir: Ürək ağciyər reanimasiyasını, Avtomatik defibrilyasiyanı, Nəfəs yolunun intubasiyasını, Xarici boyunduruq damarının punksiyasını, Mamalıq yardımı, Qeydiyyatı, EKQ analizi, İlkin diaqnostikanı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi. == Yaradılması == Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919 il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919 il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini müdafiə etdi. Hərbi nazirin 1919 il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, ştat cədvəlinin rəs mən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun ştatı 1919 il avqustun 31-də Hərbi şurada təsdiq olunmuşdu. == Fəaliyyəti == Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Səməd bəy Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi.

Значение слова в других словарях