FENOL

хим.
I
сущ. фенол (органическое соединение, представляющее собой производное бензола; карболовая кислота – используется в медицине в качестве антисептика и для дезинфекции). Fenol törəmələri производные фенола, fenol efiri эфир фенола
II
прил. феноловый (клей и т.п. )
FENASETİN
FENOLOGİYA
OBASTAN VİKİ
Fenol
Fenol (Karbalol turşusu) — çox sadə aromatik (ətirli) birləşmədir (C6H5OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olan kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun buxarı ilə nəfəs aldıqda selikli qişanı zədələyir, dəriyə dəydikdə yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dır. == Nomenklaturası, fiziki xassələrinin xüsusiyyətləri == Fenollar- aromatik hidroksilli birləşmələr olub, hidroksil qrupu birbaşa aromatik nüvə ilə birləşmişdir. Runqe fenolu daş kömür qətranında tapıb, Loran onun quruluşunu müəyyənləşdirib və Jerar onu fenol adlandırmışdı. Bir çox fenolların (həmçinin onların törəmələri) İUPAC-a uyğun ənənəvi adları vardır. C6H5OH - fenol o-CH3C6H4OH - o-Krezol m-CH3C6H4OH - m-Krezol COOH C6H4OH - salisil turşusu və s. Fenolların alfatik spirtlərdən və aromatik karbohidrogenlərdən fərqi ondadır ki, onlar kristallik maddələr olub, sudan ağırdır və yüksək qaynama temperaturuna malikdirlər.
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.
Xose Mariya Fenollera
Xose Mariya Fenollera e İbanes (isp. José María Fenollera e Ibáñez; 10 dekabr 1851, Valensiya – 6 dekabr 1918, Santiaqo de Kompostela) — İspaniya rəssamı. O, daha çox portretləri ilə tanınır. Xose Mariya Fenollera e İbanes 10 dekabr 1851-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. O, San Karlos Kral İncəsənət Akademiyasıda təhsil almışdır. Fenollera 1872–1877-ci illərdə Romada yaşamışdır. Bundan sonra o, Parisə getmiş, burada fotoqravüra texnikasını öyrənmişdir. Fenollera nəhayət Madriddə məskunlaşmışdır. Fenollera 1887-ci ildə Santiaqo-de-Kompostelaya köçüşdür. Burada o, İncəsənət Məktəbində professor kimi özünü təsdiq etmiş və Qalisiya regionalizmi hərəkatının nümayəndəsi olmuşdur.
Ernest Fenollosa
Ernest Fransisko Fenollosa (ing. Ernest Francisco Fenollosa; 18 fevral 1853[…], Salem[d], Massaçusets – 21 sentyabr 1908[…], London) – ABŞ pedaqoqu, sosioloqu və yapon incəsənətinin tarixçisi. Tokio Universitetinin professoru olmuşdur. Yaponiyada yapon incəsənətinin tədqiqi və mühafizəsi istiqamətində fəaliyyət göstərmişdir. == İlk illəri == Ernest Fenollosa 1853-cü ildə ABŞ-nin Massaçusets ştatının Salem şəhərində doğulmuşdur. 1874-cü ildə Harvard Universitetinin fəlsəfə və sosiologiya fakültəsindən məzun olmuşdur. Təqaüd qazanaraq fəlsəfə və teologiya təhsilinə davam etmişdir. 1877-ci ildə Harvard Universitetindəki təhsilini yarımçıq qoyaraq Boston Təsviri İncəsənət Muzeyində rəssamlıq öyrənməyə başlamışdır. == Yaponiyada həyatı == Tokio Universitetinin zooloqu olan Edvard Morze 1878-ci ildə onu Yaponiyaya dəvət etmişdir. Fenollosa Yaponiya hökumətinin təklifini qəbul edərək Tokio Universitetində fəlsəfə və siyasi iqtisadiyyat (1878–1880), eləcə də, fəlsəfə və məntiq (1880–1886) müəllimi olmuşdur.

Значение слова в других словарях