Fest

das; -(e)s, -e bayram, şənlik, şadlıq, təntənə, qonaqlıq, əyləncə; ein ~ veranstalten əyləncə qurmaq
fesseln
fest
OBASTAN VİKİ
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) 2017-ci ilin oktyabr ayından etibarən hər il Bakı, Azərbaycanda keçirilən film festivalıdır. Azərbaycanın ilk müstəqil, sənədli film festivalı olan DokuBaku BSFF onlarla film nümayişindən və xarici kino peşəkarlarının iştirakı ilə ustad dərslərindən ibarət olur. Keçirildiyi ilk ildə festival 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişinə 1000-ə yaxın izləyici cəlb etmişdir. Festivalın əsas məqsədi Azərbaycanda sənədli filmin özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, bu janrda fəaliyyət göstərən yerli rejissorlara dəstək olmaq və ölkənin film səhnəsini beynəlxalq film icması ilə birləşdirməkdir. Festival 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunmağa başlamışdır. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru) və çexiyalı rejissor və prodüser Veronika Yanatkovaya (proram tərtibçisi) aiddir. Festival birinci ildə çoxsaylı könüllülərin və festivala təmənnasız töhfə vermiş yerli və xarici təşkilatların köməyi ilə ərsəyə gətirilmişdir. Belə ki, göstərilən filmlərin bir çoxunun haqları festivala ianə verilmiş, nümayişlərin keçirildiyi müxtəlif kafe və barlar təmənnasız şəkildə məkan dəstəyi vermişdirlər. Bundan əlavə, çox sayda Azərbaycan ziyalısı və ictimai fəalı nümayişlərdən sonrakı müzakirələrin aparılmasında iştirak etmişdir. Festivalın bölmələri ildən-ilə dəyişsə də, aşağıdakı bölmələr festivalda fərqli vaxtlarda təşkil olunmuşdur.
Dünya Elm Festivalı (2008)
Dünya Elm Festivalı (2008) — Nyu-York şəhərində baş tutmuş elm festivalıdır. Festival, əsasən, multimedia təqdimatları ilə müşayiət olunan səhnədə söhbət və müzakirələr panelindən ibarətdir. Gənclər geniş küçə yarmarkası daxil olan və elmi prespektivdən idman kimi mövzuları təqdim etdilər. Festivala həmçinin elm, siyasət, idarəetmə və biznes sahəsindən yüksək səviyyəli iştirakçıların görüşü- Dünya Elm Sammiti daxildir. Festivalın əsası bir neçə məşhur elmi kitabların müəllifi Kolumbiya Universitetinin fizika professoru Brayan Qrin və arvadı tərəfindən qoyulmuşdur.
Festival
Festival (fr. festival, lat. festivus — bayram əfval-ruhiyyəli) — kütləvi bayram, musiqi, teatr, estrada, sirk yaxud kino sənətinə aid nailiyyətlərin nümayişi. Amerikada xalq kücə yarmarkaları da festival adı ilə tanınırlar. Onlar həm iri bağlı məkanlarda, həm də müasir formatda, açıq havada — tarla, meydan, park, qəsr və digər görməli yerlərin tarixi interyerlərində keçirilir. Böyük Britaniyada peyda olan ilk festivallar musiqili olublar. XX-ci əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanır. Gənclər və tələbələr festivallarının bəziləri "Sülh və dostluq naminə" və "Həmrəylik, sülh və dostluq naminə" şüarları altında təşkil olunur. SSRİ-də ilk musiqili festivallar 1930-u illərdə keçirilib. Festival növləri: Kino festivalı, Teatr festivalı, Ədəbiyyat festivalı, Musiqi festivalı, Muğam festivalı, Rok festivalı, Caz festivalı, Rəqs festivalı, Elm festivalı, Kitab festivalı, Kulinariya festivalı, Uşaq festivalı, mədəniyyət festivalı və s.
Festuca glomerata
Dactylis glomerata (lat. Dactylis glomerata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid bitki növü. Bromus glomeratus (L.) Scop. Festuca glomerata (L.) All. Koeleria dactylis Chaub. Limnetis glomerata (L.) Eaton Phalaris glomerata (L.) Gueldenst.
Festuca perennis
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
Festuca phalarioides
Festuca tectorum
Bromus tectorum (lat. Bromus tectorum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin tonqalotu cinsinə aid bitki növü. Anisantha pontica K.Koch Anisantha tectorum (L.) Nevski Anisantha tectorum var. hirsuta (Regel) Tzvelev Bromus abortiflorus St.-Amans Bromus australis R.Br. Bromus avenaceus Lam. Bromus dumetorum Lam. Bromus lateripronus St.-Lag. [Illegitimate] Bromus longipilus Kumm. & Sendtn. Bromus madritensis var.
Festucaceae
Qırtıckimilər (lat. Poaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsilənin nümayəndələri birillik və ya çoxillik otlar, yerüstü hissələri bəzən odunlaşan, hətta ağacşəkilli bitkilərdir. Taxılkimilərin qədim ekoloji tiplərindən bambuk, qarğı, murquz kimi hündür gövdəli növləri də vardır. bu fəsiləyə daxil olan növlər saçaqlı, sürünən, kökümsov bitkilər olub, əksəriyyəti çim əmələ gətirəndir. Yarpaqları növbəli olmaqla iki cərgə üzrə düzülür, xətvarıdır, aşağısında buğum aralarını əhatə edən qın əmələ gətirir. Çiçəklər ikicinslidir, ziqomorfdur, mürəkkəb çiçək pulcuqları ilə əhatə olunaraq sünbülcüklərdə yerləşir. Çiçəkyanlığı iki dairədə yerləşmiş pərdəşəkilli pulcuqlardan təşkil olunmuşdur. Çiçəkyanlığının xarici dairəsində iki ədəd aşağı və yuxarı çiçək pulcuğu vardır. Erkəkcik 3 ədəddir.
Fəcr Beynəlxalq Film Festivalı
Fəcr Beynəlxalq Film Festivalı və ya Fəcr Film Festivalı (fars. جشنواره بین المللی فیلم فجر‎ və ya sadəcə fars. جشنواره فیلم فجر‎) — İranın illik film festivalı, hər fevral ayında Tehranda keçirilir. 1982-ci ildən başlayan festival, İranın Mədəniyyət nazirliyinin nəzarəti altındadır. Hər il İran İslam İnqilabının ildönümündə baş verir. 2011-ci ildə festivalın 29-cu nəşrində 90 təqdim edilmiş bədii film var idi.
Girokastra Milli Folklor Festivalı
Girokastra Milli Folklor Festivalı (alb. Festivali Folklorik Kombëtar i Gjirokastrës) ― Albaniyanın cənubunda yerıəşən Girokastra şəhərinin eyniadlı qalasında hər beş ildən bir keçirilən sənət festivalı. Festival ilk dəfə 1968-ci ildə baş tutmuşdur və Albaniya mədəniyyətinin ən vacib hadisəsi hesab olunur. Festivalda Albaniya vətəndaşları, diaspora nümayəndələri və Balkanlardan və İtaliyanın cənubundan gələn insanlar alban ənənəvi musiqisi, geyimləri və rəqsləri nümayiş etdirirlər. Girokastra festivalı 1949-cu ildə Tirana şəhərində başlayan Folklor Festivalları ənənəsini təqib edir. Girokastra Milli Folklor Festivalından əvvəl 1949-cu ildə və daha sonra 25-27 noyabr 1959-cu illərdə Albaniyanın paytaxtı Tirana şəhərində "Milli Mahnı, Musiqi və Rəqs Festivalı" keçirilirdi. On il sonra, 8-16 oktyabr 1968-ci ildə Albaniyanın kommunist lideri və Girokastrada doğulmuş Ənvər Xocanın doğum günü şərəfinə ilk "Milli Folklor Festivalı" keçirildi. Festival hər beş ildən bir 1973, 1978, 1983 və 1988-ci illərdə təkrar təşkil olunurdu. Festival 1995-ci ildə Berat şəhərində keçirildi, 2000-ci ilin sentyabr ayından isə yenidən Girokastrada təşkil olunmağa başladı. Festival doqquzuncu dəfə 2009-cu ilin sentyabr ayında baş tutdu.
Gənclər Festivalı (1969)
Gənclər festivalı (film, 1969)
Gəncə Beynəlxalq Şərab Festivalı
Gəncə Beynəlxalq Şərab festivalı hər il Azərbaycanın Gəncə şəhərində keçirilir. Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində ilk şərab festivalı 2012-ci il 7 oktyabr tarixində Gəncə şəhərində keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ı7 oktyabr 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində ilk şərab festivalı təşkil olunmuşdur. İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçirilmişdir. Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 sentyabr-01 oktyabr 2014-cü il tarixində III Gəncə Beynəlxalq Şərab Festivalı təşkil olundu. Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 2016-cı il 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” təşkil olundu. Şərab festivalında əsasən poeziya axşamı və konsertlər, həmçinin Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər də təşkil olunur. Festivalda Azərbaycanın yerli şərablarının beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi də keçirilir və dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılır. Şərab festivalında Gəncə ilə yanaşı Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl, Abşeron və s.
I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır. Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək.
Kann Film Festivalı
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı.
Kiyev Musiqi Festivalı
Kiyev Musiqi Festivalı — Kiyev şəhərində 1990-cı ildən başlayaraq, payız aylarıda Mədəniyyət və informasiya siyasəti Nazirliyinin dəstəyi ilə baş tutan beynəlxalq musiqi festivalı. Kiyev Musiqi Festivalının bədii rəhbərləri 1990–2001-ci illərdə İvan Karabis, 2002–2005-ci illərdə Miroslav Shorih, 2006–2012-ci illərdə İvan Nebesnı, 2013–2015-ci illərdə isə Miroslav Shorih olub.
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı (ing. Coachella Valley Music and Arts Festival), Həmçinin Koaçella Fest və ya sadəcə olaraq Koaçella bilinir - Daxili İmperatorluqda yerləşən Koaçella Vadisində yerləşən İndio, Kaliforniyadakı Goldenvoice adlı üç günlük (əvvəlki bir-iki gün) musiqi festivalıdır. Kaliforniya Tədbiri ilk dəfə 1999-cu ildə keçirilib və 2001-ci ildən etibarən hər il aprelin üçüncü və ya dördüncü günündə keçirilir. Çıxış edənlərin arasında müxtəlif janr yönümlü qruplar - indi rok, hip-hop, elektron və pop musiqi; Festival çərçivəsində həmçinin bədii və heykəltəraşlıq sərgiləri də var. indi rok ərazisində bir neçə səhnə və ya tentə yerləşdirilir, eyni vaxtda tamaşalar da keçirilir: əsas mərhələ (ing. Coachella səhnəsi), açıq teatr (ing. açıq teatrı), Gobi çadırı, Mojave çadırı və Sahara çadırıdır. 2011-ci ildə tədbirdə 90 mindən çox adam iştirak edib, 2011-ci il mayın 31-də Goldenvoice 2012-ci ildən başlayaraq festivalın iki həftədən üç gün müddətində keçiriləcəyini elan edildi. .
Koreya milli festivalı mədəniyyəti
Koreya Milli Festivalı (Hanqıl: 한국전통축제)- Uzun illər boyu koreya xalqı arasında keçirilən Koreya Milli və Yerli festivallarıdır. Koreya ənənəvi festivalları əsasən kənd təsərrüfatı ayinlərinə və miflərinə əsaslanır. " Seolnal (설날) — Yeni il günü " və " Çusok (추석) — Məhsul festivalı " ən böyük festivallar olaraq bilinir. Digər festivallara " Daeboreum (대보름) , Meoseumnal, Yeongdeungje , Samjinnal (삼짇날) , Hansik (한식) , Chopail (부처님 오신 날) , Dano (단오) , Yudu , Sambok , Chilseok (칠석) , Baekjung , Jungu , Sangdalgosa , Sondolpoong , Dongji (동지) , Seotdal Geumeum , Seotdal Geumeum (섣달그믐) və s. aiddir. Koreyada ilin hər ayına uyğun festival vardır. Lunar təqviminə görə qeyd olunan Yeni ildir. Şükran günü kimidə tanınır. 설 sözü tanıdıq olmayan, yeni gələn ilin yeniliyini ifadə edən sözdən qaynaqlanır , 날 isə "gün" deməkdir. Koreyada Seolnalı qeyd etməyə nə vaxt başlandığı bilinmir amma festivalın rituallarının 6-cı əsrə dayandığı güman edilir.
Kürənsaçlılar festivalı
Kürənsaçlılar festivalı (nid. Roodharigendag) — Hər il sentyabrın ilk həftəsonunda minlərlə kürənsaçlı insan Hollandiyanın Breda şəhərində toplaşması Festival 2005-ci ildən etibarən keçirilir. Həmin vaxt hollandiyalı rəssam Bart Rouvenhorst 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib. Festivala qoşulan kürənlər buraya daha çox Böyük Britaniya, ABŞ, Avstraliya və Almaniyadan gəlirlər. Festivalda musiqi, piknik, dəb nümayişi keçirilir.
Leon Festinger
Leon Festinger (8 may 1919[…], Manhetten, Nyu-York ştatı – 11 fevral 1989[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ sosial psixoloqu. O bir çox təcrübələri ilə, xüsusilə isə Koqnitiv dissonans və Sosial müqayisə nəzəriyyələri ilə tanınır. L. Festingerin valideynləri Rusiyadan olan yəhudi əsilli mühacirlər idi. Festinger 1939-cu ildə Nyu Yorkdakı City College adlı təhsil müəssisəsini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Bundan sonra o Iowa (Ayova) Universitetində tanınmış sosial psixoloq Kurt Levinin rəhbərlik etdiyi kurslarda təhsilini davam etdirərək psixologiya üzrə ustad və doktor elmi dərəcələrini qazanmışdır. Festinger karyerası müddətində Iowa, Rochester, Michigan Universitetlərində, Massachusetts Texnologiya Universitetində, Minnesota Universitetində, Stanford Universitetində işləmişdir. L. Festinger Koqnitiv dissonans tədqiqatını 1954-cü ildə Minnesota Universitetində işləyərkən başlamışdır. Tədqiqatın nəticələrini o, Theory of Cognitive Dissonance (1957) (Koqnitiv dissonans nəzəriyyəsi) kitabında qeyd etmişdir. Bu nəzəriyyəyə görə şəxs bir birinə əks olan iki ideya istiqamətində eyni zamanda hərəkət etməli olanda, o diskomfort (narahatlıq) hiss edir. Məsələn, siqaretin zərərli olduğunu dərk etdiyi halda siqaret çəkmək.
Lotaringiya dünya balon festivalı
Lotaringiya Dünya Balon Festivalı (fr. Lorraine Mondial Air Ballons) — 1989-cu ildə qurulan dünyanın ən böyük balon festivalı. Hər tək ildə təşkil edilir və iyul-avqust aylarında 10 gün keçirilir. Festivala onlarla ölkədən balonlar toplanır. Beləliklə, 2007-ci il festivalında dünyanın 67 ölkəsindən balonlar iştirak etdi. Fransız aeronavtika pioneri və Lotaringiya doğma vətəni olan Pilatra de Rosierin (1754–1785) xatirəsinə həsr olunmuşdur. Keçmiş NATO hərbi bazasında, Chamble-Boussieres və yaxınlıqda yerləşən Chamble-Boussieres, Sent-Julien-le-Gorse və Dommartin-la-Highway, Merth və Moselle İdarələrində. Bu unikal Avropa festivalına gecə-gündüz start verilir. Proqrama isti hava balonu yarışması, görüşlər, sərgilər, seminarlar daxildir. Əsas hadisə bir neçə yüz şarın eyni vaxtda göyə qalxmasıdır.
Milli Yaylaq Festivalı
Milli Yaylaq Festivalı (ing. The National Highland Festival) — Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği, tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik-mədəni-idman tədbirlərindən birini həyata keçirməklə, ölkənin və regionun sosial, iqtisadi, mədəni inkişafına dəstək məqsədilə ilk dəfə 2019-cu ilin iyulun 26-da Gədəbəy rayonunda keçirilən festival. “Milli Yaylaq Festivalı” - xalqımızın kökü min illərə söykənən zəngin yaylaq ənənələrinin və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə genişmiqyaslı el şənliyi formatında düşünülüb hazırlanmış orijinal layihədir. Azərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar. Əzəldən əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi bütün tarixi Azərbaycanın torpaqlarında geniş yayılmışdır. Bu ənənələrə uyğun olaraq, hər bir bölgənin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır. ”Milli Yaylaq Festivalı” - bu zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə hazırlanmış layihədir. “Milli Yaylaq Festivalı” həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır. Festivalın əsas hədəfləri dayanıqlı turizm məkanı olan orijinal etnoqəsəbə yaratmaqla, ölkədə müasir turizm sektoruna yenilik və unikallıq bəxş etmək, eyni zamanda hər il ənənəvi şəkildə “Milli Yaylaq Festivalı”nı təşkil etməklə, ölkəmizin turizm cazibədarlığının artırılmasına və beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.
Montrö Caz Festivalı
Montrö Caz Festivalı (fr. Montreux Jazz Festival) — hər ilin iyul ayında İsveçrənin Montrö şəhərində keçirilən caz festivalı. Montrö Caz Festivalı Montreal Beynəlxalq Caz Festivalından sonra dünyada ikinci ən böyük caz festivalıdır.
Muğam Dünyası Beynəlxalq musiqi festivalı
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı və ya "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı — Azərbaycanda bir neçə ildən bir keçirilən beynəlxalq muğam festivalı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə 18–25 mart 2009-cu il tarixində Novruz bayramı ərəfəsində Bakıda keçirilmişdir. İlk dəfə 2009-cu ilin martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının mübiqəsi və çoxsalyı opera tamaşaları eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsert ilə bitmişdir. Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması. 2009-cu ildə beynəlxalq musiqi festivalı çərçivəsində üç gün ərzində muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumun nəticələrinə dair xüsusi kitab nəşr olunmuşdur. Simpoziumun işində ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran, Mərakeş, Hindistan, və Tacikistandan olan 30 yaxın elm adamı və musiqiçi iştrak etmişdir. Simpoziumda Nyu-York Universitetinin professoru etnik musiqi üzrə mütəxəssiz YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Diter Kristensen, YUNESKO nəznində "Ənənəvi musiqi üzrə beynəlxalq şura"nın vitse prezidenti Umm van Zaten, Fransadan olan professor Jan Durinq, Berlindəki Humbold Universitetinin professoru Yurgen Elsner, Kaliforniya Universitetinin professoru Xiromi Lorreyn Sakata, BBC radiosunda "World Routes" verlişinin aparıcıları Lusi Duran və Ceyms Parkin, Pan Rekords şirkətinin sahibi Bernard Kleykamp, professor Rövşən Yonosov (Özbəkistan), Moskva konservatoriyasının professori Violetta Yunusova, Düşənbədəki "Makoma" akademiyasının direktoru Abduvali Abduraşidov kimi elm adamları və musiqi mütəxəssisləri simpoziumq qatılaraq çıxışlar etmişlər.
Narcissus festalis
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.

Значение слова в других словарях