Fideizm
Fideizm (fr. fideisme, lat. fides - etiqad, inam) — elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadəyə çalışan təlim. Əsasında belə fikir durur ki, elm yalnız hadisələr, faktlar haqqında, törəmə (fiziki) səbəblər haqqında bilik verir. Lakin ilkin (fövqəltəbii) səbəbləri aşkara çıxarmağa, varlığın daha dərin mənbələrini izah etməyə qadir deyil.
Fideistlər bildirirlər ki, elmi idrak həqiqəti axıra qədər aça bilməz, onların fikrincə əsasən din dünya binasının mövcudluğu və qayəsi prinsiplərinə həqiqi izah verir, insan həyatına məna və məzmun gətirir, elm isə bunun həyata keçirilməsi üçün yalnız müəyyən vasitələr verir.
Əslində, istər elm, istərsə də fəlsəfə yalnız insan şüurunun çərçivəsində hərəkət edə bilir və insan şüurunun imkanlarından kənarda olan məsələləri izah etməkdə çətinlik çəkir. Belə hallarda yalnız din köməyə gəlir və bu cür qaranlıq məsələlərin izahında yol göstərir.