FİQH

İslam hüququ bu sözlə ifadə edilir. İslam ənənəsində hüquqçular isə “fəqih” adlanırlar. Fiqh sözü “anlamaq” mənasında Quranın bir-neçə ayəsində işlədilir (4: 78). Bəzi hədislərdə də fiqh sözü keçməkdədir. Bu ayə və hədislərdən göründüyü kimi Məhəmməd peyğəmbərin sağlığında “fiqh” sözü dinin müxtəlif aspektlərində dərin bilik anlamında istifadə edilirdi. Onun zamanında, eləcə də sonrakı onilliklər boyu “fiqh” sözü dini dərindən anlamaq və bilik mənalarında işlənmişdir. Zaman keçdikcə, bu söz daha geniş anlam daşımağa başlamışdır. İnsancəmiyyət, insan-tanrı münasibətləri bu sözün ifadə etdiyi dərin məna altında izah edilməyə başlanılmışdır. Peyğəmbərin sağlığında, onun əhli-beyti və səhabələrinin dövründə də belə olmuşdur. Ancaq zaman keçdikcə, çözülməli olan yeni problemlər ortaya çıxmışdır. Buna görə də, müsəlman hüquqçuları fiqh elmini daha da sistemləşdirmiş, bu səbəbdən də bu elm olduğu kimi günümüzə gəlib çatmışdır. İslam hüququnun sistemləşdirilməsi prosesi bir neçə tarixi dövrdən keçmişdir. Məhəmməd peyğəmbərin sağlığında İslam hüququnun başlıca qaynaqları olan Quran və hədislər meydana çıxmışdır. Bundan sonra peyğəmbərin əhli-beyti və səhabələri endirilmiş ayələri təfsir etmiş, onların mənalarını açıqlamağa cəhd etmişdirlər. Daha sonra fəqihlər İslam hüququnun əsaslarını işləyib onu sistemləşdirmişlər. O zaman İraq və Hicazda iki əsas fiqh məzhəbləri yaranmış, onların metodları digərlərindən fərqlənmişdir. Onlara Əshabül-Hədis və Əshabür-Rəy deyirlər. Sonra onların metodları bir-birinə yaxınlaşmışdır. Bu zaman fiqh fundamental hüquqi sistemə çevrilmişdir. Beləliklə, hicrətin III əsrinə qədər Hənəfi, Maliki, Şafii, Hənbəli, Zeydi, Cəfəri və Zahiri kimi müxtəlif hüquq məzhəbləri ortaya çıxmışdır. İslam hüquq məzhəblərində bütün hüquqi hökmlər Quran və hədislərə əsaslanaraq çıxarılır (birbaşa, ya da dolayı). Ayələrdə olan əmrlər isə Allahın qanunu olduğundan, heç kim onları ortadan qaldıra bilməz. Bununla İslam hüququ digər bütün hüquqi sistemlərdən fərqlənir. Əgər İslam hüquqçusu bu və ya digər problemin həllini birbaşa Quran və hədislərdə və ya İslam alimlərinin icmasında tapmazsa, onda o qiyas, istihsan, örf kimi başqa hüquqi metodlarına müraciət edə bilər. Fiqh üç əsas hissəyə bölünür: Birincisi insanın Allah qarşısında olan vəzifələri və öhdəlikləri ki, buna ibadət deyilir; İkincisi müamilədir ki, burada insanın cəmiyyətlə qarşılıqlı əlaqələrinə baxılır; Üçüncüsü üqubətdir və burada hüquq pozuntularına görə cəzalandırma məsələlərinə baxılır. Fiqh sahəsində çalışan alimlərə fəqih deyilir. Onlar ərəb dilini, fiqhin qaynağı olan Quranı, hədisləri, eləcə də hər hansı bir məsələ üzrə alimlərin rəy və qiyas metodunu bilməlidirlər. Tələblərə görə fəqihlərin möhkəm inancı, dərin biliyi və gözəl əxlaqı olmalıdır.
FİDYƏ
FİRDÖVS
OBASTAN VİKİ
Fiqh
Fiqh (ərəb. فقه‎), kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir. İstilahi (şəriət baxımından) mənası: Quran və Hz.Məhəmmədin sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm. İslam hüququ (fıqh) 4 əsas qaynağa dayanır: Quran, Hədis, İcma, Qiyas. Bunların xaricində istihsan, ıstıhlah, ürf, məsləhət uygulamaları da var. Fiqh - ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir. Fiqh elmi ilə məşğul olanlara fəqih deyilirdi. İslamiyyətin ilk dövrlərində islam dini ilə bağlı bütün çalışma və mübahisələr fiqh intizamı altında qurulmuşdur.

Значение слова в других словарях