Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Kaha (Kəlbəcər)
Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Kahaq (Marağa)
Kahaq (fars. كهق‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,600 nəfər yaşayır (425 ailə).
Billava kahaları
Billаvа kаhаlаrı — Billаvа kəndinin cənub-qərbində təpənin yаmаcındа yеrləşir. Bir-birinin yахınlığındа qаzılаn kаhаlаrın uzunluğu 8–12 metr аrаsındа hündürlüyü isə 1,8–2 metr аrаsındаdır. Kаhаlаrın girişi və tаvаnı tаğvаri fоrmаdаdır. Оnlаrın birinin dib tərəfində çırаq qоymаq üçün kiçik tахçа düzəldilmişdir. Kаhаlаrın içərisi uçqun nəticəsində dаğılmış, bəzilərinin girişi isə tаmаmilə örtülmüşdür. Kаhаlаrı XVIII–XX əsrlərə аid еtmək оlаr.
Kahalabad (Xudabəndə)
Kahalabad (fars. كهل اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (118 ailə).
Kahard
Kahard kəndi, İranın Həmədan ostanında, Rəzən şəhristanının Mərkəzi bəxşi və Rəzən qəsəbəsində yerləşib. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, bu kəndin 1,411 nəfər əhalisi və 301 ailəsi var.
Kahaçay
Kahaçay — Sədərək rayonu ərazisində çay. Çanaqçıçayın sağ qolu. == Haqqında == Uzunluğu 15 km, hövzəsinin sahəsi 35 kv. km-dir. Yağış və qrunt suları ilə qidalanır.
Nəsrullah Xan Kahardli
Nəsrullah xan Kahardli (1892-1938) — "Fani" təxəllüsü ilə Azərbaycanın, 14-cü əsr (Hicri şəmsi) şair, rəssam, heykəltaraş və növhə janrında yazan yazıçılarındandır ki, Rəzən şəhristanının Kahardkəndində dünyaya gəlmişdir. 1938-ci ildə, 46 yaşında ürək çatışmazlığından vəfat etmişdir. آچولدئ چؤللَردَه چيچَك/Açıldi çöllərdə çiçək نوباهار اوْلدئ آچوْلدي گَنَه چؤللَردَه چيچَك/Nobahar oldu açıldi yenə çöllərdə çiçək هابولوت سَسلَه دئ اوَّلدَه منيمدور گؤبَه لَك/Habulut səslədi əvvəldə mənimdir göbələk حاجي‏لئيلَكلريموز چيْخديْلا پروازَه تامام/Hacı leyləklərimiz çıxdıla pərvazə tamam قيْرجانا- قيْرجانا يان ـ يان يئرييوْر قاز ، اؤردَه‏ك/Qırcana-qırcana yan-yan yeriyir qaz, ördək قازالاقلار هَرَه بير يئردَه سالوبلار لانا/Qazalaqlar hərə bir yerdə salıblar lana ساغساغان قويروغونا باغلاديْ بيرجَه دؤگَجَك/Sağsağan quyruğuna bağladı bircə döyəcək گؤر سيْغيْرچين چَكوري شاخ ـ ي صينوبردَه نَوا/Gör sığırçın çəkiri şax-i sinobərdə nəva قاشلارون وَسمَه‏لييوب كَكليگ ، ايدوب ياخشيْ بَزَك/Qaşların vəsmələyib kəklik, edib yaxşı bəzək اوْت بيتوب چؤلدَه ، چمنلَردَه اوْلوب چيشمَه روان/Ot bitib çöldə, çəmənlərdə olub çeşmə rəvan چيْخدي اوْ نازلو ناخورچي گَنَه اَلدَه دَگَنَگ/Çıxdi o nazli naxırçi yenə əldə dəyənək كَند ديلبرلَري چيْخدي قيْشيْن آستدان شادان/Kənd dilbərləri çıxdi qışın astdan şadan ووردولار ناز ايلَه نازيك كمَرَه ييْرتيق اَتَك/Vurdular naz ilə nazik kəmərə yırtıq ətək بيريسئ قلبيرئ گؤتدي چؤلَه گيتدئ اوْدونا/Birisi qəlbiri götdü çölə getdi oduna بيريسي چَمرَلَه‏نوب ايْسلادي ايويندَه تَزَك/Birisi çəmrələnib islatdi evində təzək جمع ايدوب كؤلفتيني كَرمَه‏ني سَردئ گونئييَه /Cəm edib kölfətini kərməni sərdi güneyə بيريسي دامدا سَروب چوْخلو قئييخ گؤزلوري تَك/Birisi damda sərib çoxlu qeyyix qözlüri tək بيريسئ يوْخدو بيزووچي يايوْري چؤلدَه بيزوو/Birisi yoxdu bizovçu yayıri çöldə bizov بيريسئ يوْخدو ساغونچي ساغوْري كندي اينَك/Birisi yoxdu sağınçi sağıri kəndi inək بيرئ خامَه اگيرور گوندَه آلوْر ايككي شاهي/Biri xamə əridir gündə alır ikki şahi بيرئ يوْرقان سَرييور گوندَه يئيَه‏ر بيرجَه چؤرَك /Biri yorğan səriyir gündə yeyər bircə çörək بيرئ ايگ اَلدَه دگيرمانا داغارجوخ دالدا/Biri ig əldə dəyirmana dağarcıq dalda بيرئ ايپ بئلدَه كؤلؤنگ اَلدَه و دالوندا وَرَه‏ك/Biri ip beldə külüng əldə və dalında vərək بيريسئ دامدا گونئيدَه يامورو پالتارونو/Birisi damda güneydə yamuru paltarıni بيريسئ ليفتَه‏سينئ بيتليرئ يانوندا كؤپَك/Birisi liftəsini bitliri yanında köpək بيرئ آسموْش قازانو شام ايچو يونجا پيشيرور/Biri asmış qazanı şam üçün yonca pişirir بيرئ ياتموْش يوْخودا بلكَه گؤرَه تاززَه چؤرَك/Biri yatmış yuxuda bəlkə görə tazə çörək بيريسئ آجدو ز بس ايرتَه‏ليدَن كرمَه ياپوپ/Birisi acdi əz bəs irtəlidən kərmə yapıb بيريسئ توْخدو ياتوب ، بس كي يئيوب دادلو كؤتَك/Birisi toxdu yatıb, bəs ki yeyib dadlı kötək ايشيدوبلَر كئ ايياق‏قابي وار عالمدَه ولي/Eşidiblər ki ayaqqabı var aləmdə vəli اؤزينو گؤرمييوب آديْني قوْيوبلار چؤستَك/Özünü görməyib adıni qoyublar çöstək بيريسئ داغليْيوب و باغلوْري داب باني چاتون/Biri dağliyib və bağlıri dab bani çatın بيريسئ زينت ايچون باشَه سالوْر كؤهنَه لَچَك/Birisi zinət üçün başə salır köhnə ləçək بيرئ وورموش اَري سيْنميش باشيْ قانيْ تؤكولور/Biri vurmuş əri sınmış başi qanı tökülür قوْيوب اوْ تالوقا شئيطان تورودان بير كؤلچَك/Qoyub o taluqa şeytan torudan bir kölçək جمع اوْلوب قازياغي دَرماغا گيدوللَر قيزلَر/Cəm olub qazyağı dərmağa gedillər qızlar هَرَه‏سئ بير ـ بير ايلَه ائيليري بير نوع هَنَك/Hərəsi bir-bir ilə eyliri bir növ hənək بيرئ اوْينار بيرئ ييرلَر بيريسئ مئللاق اوچار/Biri oynar biri yirlər birisi məllaq uçar اوستوخانلار قيْزار اوْل دَم كئ چالوللار كله نَك/Ostoxanlar qızar ol dəm ki çalırlar kələnək . . . . . هفته نامه « سينا » ( چاپ استان همدان ) شماره 159 ( 2 / 7/ 1387 ) Sina həftəliyi رشیدی همدانی.گزیده اشعار نصرالله خان اصلانی پرویز محمدی.
Uilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Vilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Kahı
Kahı (lat. Lactuca sativa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür.
Kaka
Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[…], Qama[d], Federal dairə, Braziliya — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi. Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub, amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı.
Kala
Kala (gül) — gül növlərindən biri
Kana
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Kata
Kata (ja. 型 və ya 形) — Şərq əlbəyaxa döyüş növlərinin əksəriyyətində əvvəlcədən bir neçə nəfərə qarşı hazırlanmış formal hərəkətlərdən ibarət döyüş formasıdır. Kata sözü xüsusi ilə Karate-do döyüş növündə istifadə edilir. Məsələn, analoji olaraq Uşu, Kunq Fu döyüş növlərində "Tao", Taekvon-do döyüş növündə "Pumse" və s. kimi işlədilir.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Kaho Minaqava
Kaho Minaqava (d. 20 avqust 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kaho Minaqava 2016-cı ildə Yaponiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kaho Minaqava 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.523 xal topladı və 16-cı yeri tutaraq mübarizəni dayandırdı.
Kahya Yahya
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta — 4 ədəd, şəkər tozu — 200q, ərinmiş kərə yağı — 50q, un — nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Kama Sutra
Kama Sutra (sanskr. कामसूत्र) — Hind mədəniyyətində cinsi əlaqənin növləri və üsulları haqqında müxtəlif tipli məlumatların verildiyi kitab. Kama Sutra sözü sanskrit dilində olan kama (azərb. zövq‎) və sutra (azərb. kitab‎) sözlərinin birləşməsindən yaranmış, tam tərcüməsi "zövqün kitabı" deməkdir. Kama Sutra anlayışı müxtəlif mənbələrdə müxtəlif şəkildə təqdim olunmuşdur. Bəzi mənbələrdə Kama Sutra Hind yaşayış tərzidir. Digər mənbələrədə isə Kama Sutra cinsi əlaqənin rahat yollarını göstərən məlumatlandırıcı kitab kimi göstərilmişdir. Kama Sutra Hindistan mədəniyyətində mühüm yer tutur və bir çox tarixi yazılarda cinsi təlim kimi göstərilir. Kama Sutra kitabında əsas məqsəd kimi qadın və kişi arasında yaşanan cinsi həzzi mümkün olduğu qədər yaxşılaşdırmaq məqsədi öndə durur.
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Kaxa Bendukidze
Kaxa Bendukidze (gürc. კახა ბენდუქიძე ; 20 aprel 1956, Tbilisi – 13 noyabr 2014, London) — Gürcü dövlət xadimi, iş adamı və xeyriyyəçi. == Həyatı == Kaxa Bendukidze 20 aprel 1956-cı ildə Tiflis şəhərində anadan olmuşdur. 1977-ci ildə Tbilisi Dövlət Universitetini və 1980-ci ildə isə Moskva Dövlət Universitetini bitirmişdir. 1981-1985-ci illərdə Puşçino şəhərindəki Mikroorqanizmlərin Biologiyası və Fiziologiyası İnstitutunda işləmişdir. 1985-1988-ci illərdə Biotexnologiya İnstitutunda Molekulyar Genetika laboratoriyasının sədri vəzifəsində çalışmışdır. Onun tərəfindən 1987-ci ildə elmi tədqiqatlar üçün biokimyəvi maddələr istehsal edən "Bioprocess" adlı müəssənin əsası qoyulmuşdur. Qısa zamanda Rusiyanın iqtisadi müstəqilliyini dəstəkləyən aparıcı şəxslərdən biri kimi məşhurlaşmışdır. Kaxa Bendukidze bu dövrdə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı daxilində vergi və valyuta üzrə işçi qrupuna rəhbərlik etmiş və 13 faizlik sabit vergi dərəcəsinin qəbul edilməsində mühüm rol oynamışdır. Kaxa Bendukidze həmçinin Rusiyada hökümətin iqtisadiyyata müdaxiləsinə qarşı olan şəxslərdən biri idi və bu səbəbdən Rusiya dövlət başçısı Vladimir Putin ilə arasında ziddiyyət yaranmışdı.
Kaxa Kaladze
Kaxaber Kaladze (gürc. კახაბერ კალაძე, 27 fevral 1978[…], Samtredia, İmereti) — gürcü futbolçusu, İtaliyanın Milan komandasının və Gürcüstan Milli Yığmasının müdafiəçisi, UEFA Çempionlar liqasının qalibi olmuş yeganə gürcü futbolçu. Hal-hazırda isə Tbilisi şəhərinin meridir. == Həyatı == Gürcüstanın Samtredia şəhərində anadan olmuşdur.
Kaxa Okriaşvili
Kaxa Okriaşvili (Kaxaber Okriaşvili) (21 mart 1966, Tbilisi) — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004–2008), VII çağırış (2008–2012), VIII çağırış (2012–2016), IX çağırış (2016–2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008–2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013–2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri.. == Həyatı == Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsində dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982–1983 və 1990–1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədər Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Əczaçılıq Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır. == Mənşəyi == Kaxa Okriaşvilinin mənsub olduğu Okriaşvililər nəsli barəsində Gürcüstan Çarlığının, Kartli Çarlığının, Gürcü Pravoslav Kilsəsinin, Səfəvi İmperiyasının, Dövləti Aliyyənin (Osmanlı İmperatorluğu), Rusiya İnmperiyası, Gürcüstan Demokratik Respublikası, Gürcüstan SSR, ZSFSR və SSRİ-nin, həmçinin müstəqil Gürcüstanın dövlət və kilsə kitablarında, vergi, əmlak, alqı-satqı, varislik və müxtəlif qeydiyyat sənədlərində minlərlə fakt, istinad və mənbələr var. Okriaşvililər nəsli Gürcüstanın Dmanisi rayonu Javaxi və Qantiadi kəndində yaşayırlar. Arşadırmam zamanı məlum oldu ki, qədim gürcü Okriaşvili nəsli barəsində sənədlərin çoxunun əsli İran arxivlərində, Rusiya Federasiyası arxivlərində, Türkiyə İstanbulda Topqapı arxivində və ən əsas sənədlər isə Gürücstan Dövlət Milli Arxivində saxlanılır. Okriaşvili nəsli haqqında ilk yazılı mənbələr 11–13 əsrlərə təsadüf edir.
Kaya (Micikenda)
Kaya (cəmdə Makaya və ya kayas) — Keniyanın sahil vilayətində qədim Micikenda xalqının müqəddəs meşələri. Kaya meşəsi ritual gücün və mədəni şəxsiyyətin mənbəyi hesab olunur; və həmçinin bu etnik qrupun üzvləri üçün dua yeridir. Yaşayış məntəqəsi, ritual mərkəz və meşə ilə əlaqəli möhkəmləndirilmiş korpus da kaya meşəsinin bir hissəsidir. Günümüzdə kaya Micikanda xalqının ənənəvi bir təşkilat vahidi olaraq da xatırlanır. Təxminən 30 ayrı meşənin on biri bir yerə qruplaşdırılmış və Müqəddəs Micikenda Kaya Meşələri olaraq UNECKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Coğrafiya == Keniyada 50-dən çox kaya müəyyən edilmişdir. Onların hər biri 30 ilə 300 hektar arasında ölçülmüşdür. Bu ərazilər Keniyanın cənub sahili boyu yerləşən düzənliklərdə, Mombasa və Kilifi şəhərləri arasındakı 200 kilometr (120 mil) sahil xəttinə səpələnmişdir. Əksər kaya-lara ziyarətçilərin girməsinə icazə verilməsə də, Diani Çimərliyindəki 30 hektarlıq meşə olan Kaya Kinondoya ziyarətçilərin girməsi mümkündür və buna görə də Kaya Kinondo Ekoturizm Layihəsinin himayəsi altındadır. == Tarix == Bir çox kaya əvvəlcə müxtəlif etnik qrupların istehkam tipli kəndləri idi.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. == Bioqrafiyası == 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Kaya ayıcası
Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür.
Kaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.