Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jan Peske
Jan Peske Meçeslav oğlu (fr. Jean Misceslas Peské, pol. Jan Mirosław Peszke; 27 iyul 1870, Qolta, Ananyevskiy, Xernonskaya quberniyası) — Peske təbiəti çəkən, rəssam Polşa əslli impresionistdir. == Həyatı == Ukraynada Polşa həkimi Yana Peskeviça və Antonettanın ailəsində anadan olmuşdur. Kievdə və Odessada təhsil almışdır. 1891-ci ildə atasından miras almış və Fransaya miqrasiya etmişdir. 1889-cu ildə Parisə köçmüş R. Jülyen Akademiyasında Jan Pol Loranın rəhbərliyi altında təhsil almışdır. 1891-ci ildən fr. La Revue Blanche jurnalının əməkdaşları sırasına daxil olmuşdur. == Yaradıcılığı == Rəssamın əsərləri Parisin, Ruananın, San — Tropenin və Fransanın müxtəlif şəhərlərində, həmçinin Cenevrədə və Varşavada saxlanılır.
Leşkər
Leşkər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kiçik Qaramurad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Orta dağlıq qurşaqdadır. Leşkər variantmda da qeydə alınmışdır. Yaşayış məntəqəsini vaxtilə Qazax mahalından gəlmiş ailələr xalq arasında Leş- kar adlanan yerdə salmışdılar. Ləşkər İran dillərində "qoşun, ordu", "düşərgə" mənalarında işlənir. Yerli əhalinin məlumatma görə, vaxtilə İran şahının qoşunu bir müddət burada düşərgə saldığına görə həmin yerə bu ad verilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 670 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pekər
Pekər, Peker — ad, soyad.
Ferents Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Ferenç Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Oleq Peşkov
Oleq Anatoliyeviç Peşkov (3 avqust 1970, Kosixa[d], Altay diyarı – 24 noyabr 2015, Əl-Laziqiyyə mühafəzəsi) — Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik. Rusiya Federasiyası qəhrəmanı. == Həyatı == 3 avqust 1970-ci ildə doğulub. 24 noyabr 2015-ci ildə vəfat edib. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.
Peykər Sultan
Peykər Sultan (tam titulu: Banui Dövran, Nəvvab'i-Naibəyi-Səfəviyyə Peykər Sultan Səfəvi) (1537–1598)— Səfəvi Sultanı, Şahbanu, Seyid Baqi Yəzdinin və Xanış Sultan Səfəvinin qızı. == Həyatı == Peykər Sultan 1537-ci ildə İsfahanda dünyaya gəlmişdir. Atası məşhur xanlardan Seyyid Nurəddin Neymətullah Baqi Yəzdi, anası isə Şah I İsmayılın qızı Xanış Sultan idi. Uşaq yaşlarından gözəlliyi ilə seçilmiş Peykər Sultan ara-sıra ailəsi ilə birgə paytaxt Qəzvinə gedər, bu səfalı diyardan gəlmək istəməz, bu gözəl yerlərdə ara sıra 'Pəri Peykər' ləqəbi ilə şeirlər yazarmış. Lakin dayısı qızı olan Pərixan Sultan ilə heç yola getməz, hər zaman mübadisə edərmişlər. Həddi-bülüğa çatmış Peykər Sultan anasının təkidi ilə dayısı oğlu Şah I Təhmasibin 2-ci oğlu II İsmayıl ilə 1555-ci ildə ailə həyatı qurur. Beləlilkə, Xanış Sultan ilə İsmayıl Mirzənin anası Şahbanu Məvzili Sultan ilə ittifaq yaranır. Xanış Sultan bütün bunları Məhinbanu Sultanın olan nüfuzunu sarsıtmaq və yerinə keçmək üçün edirdi. Çünki onlar, əsasında, ögey idilər və Pərixan Sultan onun yanında yetişirdi. Lakin bu səadət çox sürmür.
Peşkələ (Urmiya)
Peşkələ (fars. پشكله‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (12 ailə).
Puşkaş Arena
"Puşkaş Arena" — ( mac. Puskás Ferenc Stadion, mac. Puskás Aréna ) Macarıstanın Budapeşt şəhərində yerləşən futbol stadionu. Stadionun tutumu 67 215 nəfərdir. Stadion Avro-2020nin keçirildiyi 11 stadiondan biridir. == Tarixi == Stadion 2016-cı ildə sökulən, Budapeştin köhnə stadionun yerində inşa edilmişdir. Stadionun inşasına 2017-ci ildə başlamış və 2019-cu ildə başa çatmışdır. Stadionun aşılışı, 15 noyabr 2019-cu il tarixində baş tutmuşdur. Açılış oyununda Macarıstan millisi Uruqvay millisi ilə qarşılaşıb. 2011-ci ildə stadionun hazırlanmasının ilk planı zamanı, tikilmə xərcləri 35 milyard forint qiymətləndirilir, ancaq 2014-cü ildə təkrar hesabalnma zamanı xərclər 90–100 milyard forint təşkil edir.
Peşə
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Pelkə (Soyuqbulaq)
Pelkə (fars. پلكه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (7 ailə).
Rəcəb Pekər
Mehmet Rəcəb Pekər (5 fevral 1889, Konstantinopol – 2 aprel 1950, İstanbul) — Türk hərbçi və siyasət adamı. Dağıstandan Anadoluya köçmüş bir Ləzgi olan Mustafa bəyin oğludur.1931–1936 illəri arasında Cümhuriyyət Xalq Partiyası Ümumi katibi qismində, Atatürk və İnönünün yanında rejimin "üçüncü adamı" olaraq seçildi Faşist İtaliya və Nazı Almaniyasına yaxın bir siyasəti müdafiə etdi. 7 Avqust 1946–10 Sentyabr 1947 tarixləri arasında baş nazirlik etdi.1 aprel 1950 tarixində İstanbulda vəfat etdi. Məzarı Ədirnəqapı Şəhidliyidir.Milliyəti ləzgidir..
Sedat Pekər
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Atəşkəs
Atəşkəs — münaqişə tərəflərinin razılığı ilə hərbi əməliyyatların bütün cəbhə boyu və ya cəbhənin müəyyən bir hissəsində dayandırılması. Ümumi atəşkəsdən sonra adətən sülh müqaviləsi imzalanır. Atəşkəs müharibə şəraitində olan ölkə və ya ölkələrdə silah-sursatla və eləcə də digər vasitələrlə vətəndaşların fərdi, kütləvi qətl edilməsi ilə müşahidə edilən daxili və xarici münaqişələri müvəqqəti və ya daimi durdurmaq üçün münaqişə tərəflərinin birgə razılaşma qərarlarını ifadə edən rəsmi bəyanatdır.
Keşkek
Keşkek — Qərbi Anadolu, Trakya, Şərqi Anadolu və Orta Anadoluda gündəlik və toy mərasimlərində bişirilən yeməkdir. == Tərkibi == Əsasən keşkek yarma, buğda və ətdən hazırlanır. == UNESCO == 2011-ci ildə İndoneziyanın Balı bölgəsində keçirilən 6-cı UNESCO-nun iclasında keşkek Türkiyənin Maddi və mənəvi irsinə daxil edilmişdir. Bundan başqa Merzifon bələdiyyəsi Türk patent və makrası olaraq ona coğrafi məkan adınında əlavə edilməsini irəli sürdü. Beləliklə, 2015-ci ildə artıq keşkek deyil "Merzifon keşkek" i kimi ədəbiyyata daxil edildi. == Yayıldığı ərazilər == Keşkek yeməyi xüsusilə Amasya, Sivas, Manisa, Çanaqqala, Ədirnə, Keşan, Balıkəsir, Kandıra, Sinop, Tokat, Muş, Samsun, Ordu, Çankırı, Dənizli, İzmir, Uşak, Aydın, Muğla, Afyonqarahisar, Çorum, Yozğad, Karabük, Ağrı ve Antalya kimi şəhərlərdə bişirilir və yeyilir. Anadoluda xüsusən toylarda yemək bişirilir. == Bişirilmə qaydası == Toydan bir gün əvvəl buğda isladılır, toy günü qazanda qayandılaraq bişirilir. Qaynadılan buğda və ətlər qazanın içində əzilir ki, tamamilə həll olsun və bir-birinə qarışaraq bişsin. Aşbazlar onun tam həll olunaraq bişməsinə xüsusi nəzarət edirlər.
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Mesyes
Mesyes (fr. Meyssiès) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38232. Kommunanın 1999-cu il üçün əhalisi 535 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Məskən
Məskən – (Mestoobitaniye) – fərdin, populyasiyanın və ya növün yaşadığı yer və şəraiti mühit. == Ümumi məlumat == Heyvanların məskəni bir neçə stasiyadan ibarət ola bilər (qışlamaq üçün, çoxalmaq üçün, yatmaq üçün, yemləmək üçün, yayılması üçün). Fitosenozun məskəni abiotik amillərin kompleksinin entopidə (fitosenozun relyefdə yerləşməsi), ekotopda(fitosenozun mühit rejimi – hava, su, mineral qidalanma, temperatur – radiasiya), biotik amillərin kompleksinin (fitosenoz üçün – heyvan və mikroorqanizmlərin fəaliyyəti) və fitosenogen amillərin kompleksinin (bitki qruplaşmalarının fəaliyyətindən yaranaraq ekotopu biotopa çevirir), məcmusundan ibarətdir.
Məskər
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Pisces
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Pəlikəş
Pəlikəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad pəli Azərbaycan dilindəki pələng sözünün talışca tələffüz forması və keş (kəs) "iki yamac arasındakı dərədən axan kiçik çay" sözlərindən ibarətdir. == Yolları == 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Rəşad Eyvazov (2002–2020). Tarif Cəfərzadə (2002–2020).
Pərkək
Pərkək (fars. پركك‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 5 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Sərkeş
Sərkeş (Culfa)
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Xətkeş
Xətkeş — həndəsi qurmada və xətti ölçmədə işlədilən, üzərində bölgüləri olan riyazi alət. Loqarifmik xətkeş xüsusi olaraq hesablamalar üçün hazırlanmışdır.
Meskel
Meskel, Efiopiya və Eritreya Ortodoks Tevahədo Kilsəsinin bayramıdır. Bu bayram IV əsrdə Roma İmperatriçası Müqəddəs Yelena tərəfindən Həqiqi Xaçın tapılmasını anır. Meskel, Efiopiya və Eritreya Ortodoks Tevahədo Kilsələri tərəfindən qeyd edilir, həmçinin az sayda Roma Katolik kilsələri və P’ent’ay Efiopiya və Eritreya protestantları (Pentikostal, Lüteran, Baptist, Mennonit və digər protestant kilsələri daxil olmaqla) üzvləri də bu bayramı qeyd edir. Bu bayram Efiopiya təqvimində 17 Meskerem tarixində (Qriqorian təqvimi ilə 27 Sentyabr və ya uzun illərində 28 Sentyabr) keçirilir. "Meskel" Amhar dilində "xaç" mənasını verir. Bayram, adını daşıyan Meskel Meydanında, paytaxt Əddis-Əbəbədə keçirilir. Dini və ictimai liderlər mərasimdə rəhbərlik edir, və tanınmış şəxslər çıxışlar edərək, incildən hekayələrə və mövzulara istinad edirlər. Şəhərdə yaşayan bir çox efiopiyalılar, bu bayramı qeyd etmək üçün öz kəndlərinə qayıdırlar. Gecə vaxtı "Demera" adlanan böyük odun, xaç yandırılması mərasimi olur. 2013-cü ildə UNESCO Meskel bayramını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Nümayəndə Siyahısına daxil edib.
FİFA Puşkaş mükafatı
FİFA Puşkaş mükafatı — 2009-cu il 20 oktyabr tarixində FİFA tərəfindən yaradılmışdır. Təşkilatın keçmiş prezidenti Yozef Blatterin göstərişi ilə təsis edilmişdir. Mükafat kişi və ya qadın futbolçu olmaqla ilin estetik olaraq önəmli və ya ən gözəl qoluna görə təqdim edilir. Mükafat 1950 və 1960-cı illərdə Real Madrid klubunun hücumçusu və dövrünün ən önəmli macar futbolçucu olmuş Ferents Puşkaşın şərəfinə təsis edilmişdir. Puşkaş böyük kütlə tərəfindən avropanın ən güclü hücumçusu kimi qəbul edilmişdir. Belə ki, o 84 rəsmi milli matçında 83 dəfə fərqlənməyə nail olmuşdur. O, 528 matça 512 dəfə fərqlənməklə iyirminci əsrdə avropanın ən çox qol vuran oyunçularından biri kimi ad qazanmışdır. "Futbol tarixində öz oyunu ilə iz buraxan birinin adını qorumaq olduqca önəmlidir. Ferents Puşkaş yalnız bir çox mükafat qazanmış futbolçu kimi deyil həmçinin möhtəşəm insan kimi ad qazanmışdır. Bu səbəbdən FİFA bu mükafatı onun adına təsis etməklə böyük sevinc hissi duyur" fikirlərini Blatter Budapeşt şəhərində mükafatın inaqurasiya mərasimində səsləndirmişdir.
Kekeş
Kekeş (mac. Kékes) — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ. == Haqqında == Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir. Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Peker
Pekər, Peker — ad, soyad.
Culfa (peşə)
Culfa — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu. Culfa peşəsi qədimdən Azərbaycan ərazisində geniş yayılmış peşə olub. Culfa peşəsi ilə bağlı bir neçə atalar sözü mövcuddur: "Culfa kəfənsiz ölər; Culfa olmamış kələf oğurlar; Atıcı culfadan geri qalmaz, bir-birindən haqq almaz.".
Nökər (peşə)
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Peşə xəstəlikləri
Peşə xəstəlikləri — zərərli istehsal faktorlarına məruz qalma nəticəsində yaranan xəstəliklər. BƏT mütəxəssislərinə görə, Rusiya Federasiyasında hər il təxminən 190 min insan pis iş şəraitinə görə ölür. Rus peşə patoloqlarına görə, 1930-cu illərdən bəri Rusiya Federasiyasında qeydə alınan peşə xəstəliklərinin sayı sistematik olaraq azaldılmışdır, nə baş verdiyinin obyektiv mənzərəsi olmaması və stimullaşdırmaq üçün adekvat bir dövlət siyasətinin iş şəraitini yaxşılaşdırmaq üçün işəgötürənlərin inkişafına mane olur. Peşə xəstəliklərinə yalnız peşə fəaliyyəti kontekstində meydana gələn və ya bu peşədə ümumi populyasiyada və ya digər işçi qruplarında daha çox rast gəlinən xəstəliklər aiddir . Bir neçə ölkədə işçinin təzminat və ya müavinət almağa haqq qazandığı peşə xəstəlikləri siyahısı var. Bu siyahıya daxil olmayan xəstəliklər üçün kompensasiya verilmir. Bu səbəbdən rəsmi siyahılara daxil edilməyən peşə mənşəli xəstəlikləri təsvir etmək üçün "peşə səbəb olduğu xəstəliklər" ifadəsi istifadə olunur. Bir çox ölkənin qanunvericiliyində müəyyən bir xəstəliyin işçinin iş şəraitində olmasından qaynaqlandığı fərziyyəsi mövcuddur və xəstəliyin başqa bir səbəbə görə olduğunu sübut etmək işəgötürənin və ya sığortaçının işidir. == Profilaktikası == Qarşısının alınması tədbirləri, qıcıqlandırıcıyı iş yerindən kənarlaşdırmaqla və ya qapalı sistemlərdə və ya avtomatlaşdırmada güclü qıcıqlandırıcı maddələr istifadə edərək texniki qoruma yolu ilə qıcıqlandırıcı görünüşünü aradan qaldırmaq, qıcıqlandırıcıyı dəyişdirmək və ya çıxarmaq və işçilərin şəxsi müdafiəsini əhatə edir. Peşə xəstəliklərinin qarşısını almaq və onlara nəzarət etmək üçün əksər ölkələr müvafiq qanunlarını nəzərdən keçirir və yeniləyirlər, əksəriyyəti peşə xəstəlikləri qanunlarının pozulmasına görə cərimələri əhəmiyyətli dərəcədə artırırlar.
Çapar (peşə)
Çapar (Farsca:چاپار) və ya Çaparlar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər." Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. "Çapar Xana" Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.
Peykər sultan Ziyadoğlu-Qacar
Peykər sultan Ziyadoğlu-Qacar (Gəncə və ya Səfəvilər – 1580, Şirvan bəylərbəyliyi və ya Səfəvilər) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. == Həyatı == İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin tdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Peykər xan İyirmi Dörd
Peykər xan İyirmi Dörd — XVI əsrin sonları XVII əsrin əvvəllərində Səfəvi imperiyası üçün xidmət etmiş Qızılbaş tayfa başçısı. Fəaliyyətinin əsas hissəsi Cənubi Qafqazla bağlıdır. O, bu zaman Bərdənin və Kaxetiyanın hakimi vəzifəsində xidmət etmişdir. Sonuncu vəzifəsindən Şah Abbas dövründə 1625-ci ildə Gürcü üsyanı ilə getmişdir. == Canişinliyi == Gələcəkdə xan olacaq Peykər xan İyirmi Dörd tayfasının başçısı kimi Qarabağda hakimiyyət uğrunda Qacar tayfası ilə rəqabətdə idilər. Şah II İsmayılın əmri ilə Peykər xan bəylərbəyi təyin olunması üçün öz qohumu və Qarabağ bəylərbəyisi olan Yusif xan Şahverdi Ziyadoğlunu, onun anasını, qardaşlarını qətlə yetirdi. Lakin II Şah İsmayıl vəzifəni rəqib Qacar tayfası mənsubuna verdi. Peykər xan 1608-ci ildə Şah Abbas tərəfindən Bərdənin hakimi təyin edildi. 1620-ci ildə vəzifəsi daha da yüksəldi və şahın tam hakimiyyəti altına almaq istədiyi Kaxetiyanın hakimi təyin edildi. Bundan sonra şahın əmri ilə o, gürcü kraliyyət ailəsindən olan Fatma Sultan Bəgüm ilə evləndi.
Kəlkeş (Miyanə)
Kəlkeş (fars. كلكش‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (8 ailə).
Kərkəs dağı
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Kəskər döyüşü
Kəskər döyüşü 634-cü ildə kəskər bölgəsində Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Liz Veekes
Liz Veekes (d. 22 sentyabr 1971) — Avstraliyanı təmsil edən su poloçusu. Liz Veekes, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Liz Veekes, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Loqarifmik xətkeş
Loqarifmik xətkeş — 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) tərəfindən yaradılmış və hesab əməllərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan xətkeş. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmanın hesablanması və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir. 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) loqarifmik xətkeşi yaratmışdır. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmi və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir.
Lukas Vaskes
Lukas Vazkes İqlesas (1 iyul 1991) — Real Madridin və İspaniya millisinin hücumçusu. Lukas Vazkes 1 iyul 1991-ci ildə İspaniyanın Kurtis şəhərində dünüyaya gəlib. Hal-Hazırda Real Madrid klubunun şərəfini qoruyur. Peşəkar karyerasında yalnız ispan klublarının şərəfini qoruyub . Peşəkar karyerasında İspaniyanın Real Madrid C,Real Madrid B,Espanyol və Real Madrid komandalarında oynayıb .Həvəsgar karyerasında isə İspaniyanın Kurtis, Rusiyanın Ural İspaniyanın Real Madrid klublarında oynayıb . O,Real Madrid ilə 2 dəfə Uefa Çempionlar Liqasının, 1 dəfə La liqanın qalibi olub.
Məhəmmədiyyə (Məskər)
Məhəmmədiyyə (ərəb. المحمدية‎) — Əlcəzairdə Məskər vilayətində şəhər və kommuna. Məhəmmədiyyə Məskər şəhərinin şimalında və Məstağanəm şəhərinin cənubunda yerləşir. Şəhərdə elektrotexnika və elektronika istehsalı üçün maşınqayırma zavodu var. Məhəmmədiyə Fransanın müstəmləkəsi olduğu dövrdə Perreqo adı ilə Roma dövrünə aid Kastra-Nova şəhərinin xarabalıqları üzərində qurulmuşdur.
Gədəbəy Peşə Liseyi
Kürdəmir Peşə Liseyi
Peşə (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalı. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin prodüser və ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə təxminən 37 dəqiqədən ibarətdir. == Atama deyərəm == === Məzmun === Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov === Rollarda === Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl === Xarici keçidlər === Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine == Çətin yol == === Məzmun === === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq === Xarici keçidlər === YouTubeda izlə == Əlamət == === Məzmun === Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq === Xarici keçidlər === YouTubeda izlə == Əziz dost == === Məzmun === Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor === Xarici keçidlər === Vimeo-da izlə == Hesab == === Məzmun === Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Qax Peşə Liseyi
Quba Peşə Liseyi
Saatlı Peşə Liseyi