fitnes-klub

fitnes-klub
fitnes
fitnə
OBASTAN VİKİ
Fitnes
Fitnes — söz mənası olaraq "Sağlam və formada olmaq"dır. Bir çox məşqə söykənən bir idmandır. Digər bütün idmanlardan fərqli olaraq təməldə əzələlərin tək-tək alətli ya da alətsiz işlədilməsiylə möhkəmləşdirilməsi və gücləndirilməsi məqsəd qoyular. Əsasən bütün idmanların təməlidir. Çünki hər idman budağında bədəndə ağırlıqlı istifadə edilən əzələ qrupları vardır. Bu əzələ qruplarına kondisyon qazandırılması üçün fitness məşqlərinə müraciət edilər. Hər məqsədin məşq proqramı bir-birindən fərqlidir. Fitness idmanında bir standartdan söz edilə bilməz. Yəni, hər yaşın, hər həyat tərzinin və bədən tipinin bir-birindən fərqli olaraq bir mütəxəssis tərəfindən izlənilən iş şəkli olmalıdır. 16 yaşında bu İdmana başlaya bilərsiniz.
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; hokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Klub 27
Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır. == 27 yaşında ölən ən məşhur musiqiçilər == Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə "soyuq çay" kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Striptiz klub
Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya Müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır. 2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.
Fırtına (fan-klub)
"Fırtına" fan-klubu – Xəzər-Lənkəran klubunun azarkeşlərini özündə birləşdirən klub. Azərbaycanda ilk müstəqil fan-klub olan "Fırtına" fan-klubu 16- iyulAzərbaycanda 2005-ciilk ilmüstəqil tarixindəfan təsis edilmişdir. Fan-klub 16 iyul 2005-ci il tarixində təsis edilmişdir. == Ümumi məlumat == Bu fan-klubun yaranma məqsədi sevimli komandaları Xəzər-Lənkərana layiqli dəstək olmaq və ümumən azarkeş mədəniyyətini Avropa səviyyəsinə qaldırmaq olub. Qarşıda hələ çox işlər görməli olmağımıza baxmayaraq keçilən yola baxsaq məqsədimizə qismən nail olduğumuzu görərik. Belə ki, Bakı şəhərində 200-ə qədər və əsasən Lənkəran olmaqla bölgələrimizdə 100-dən artıq üzvü var. Online olaraq bizimlə yol gedənlərin isə yer kürəsinin hər bir guşəsindən olduqlrını görmək olar. Qardaş Türkiyədən, Rusiyadan, Yaponiyadan, Misirdən, ABŞ -dan, Belçikadan, Rumıniyadan, İspaniyadan və s. bizə qoşulanlar vardır. Əbədi olaraq könül verdiyimiz klubumuzla yanaşı Millimizə, avrokuboklarda iştirak edən klublarımıza da avropa oyunlarında göstərdiyimiz yüksək səviyyəli dəstəklə seçilmişik.
Salavat Yulayev (klub)
«Salavat Yulayev» (başq. «Салауат Юлаев») — Başqırdıstan, Ufa şəhərinin peşəkar buzüstü hokkey klubu. Qitə hokkey liqası iştirakçısı. İki qat Rusiya çempionu (2007/08, 2010/11), Qaqarin Kubokunun sahibi (2010/2011), iki qat Açılış Kuboku sahibi (2008/2009, 2011/2012), və Qitə Kubok çempionu (2009/2010). 1960-cı ilin oktyabrında Ufa Cihazqayırma Zavodunun rəhbərliyinin göstərişi ilə Salavat Yulayev İdman Klubunda hokkey bölməsi yaradıldı. 1961-ci ilin fevral ayında Salavat Yulayev adına SK-nin hokkey komandası Sverdlovskda keçirilən zona yarışlarında ilk oyununu keçirdi. 1961/1962 mövsümündən əvvəl Çelyabinsk şəhərindən məşqçisi Vladimir Ştyrkov, eləcə də Çelyabinsk və Nijni Novqorod komandalarından oyunçular dəvət edildi. Komandadakı 19 oyunçudan 8-i, 1961-ci ildə fəaliiyəti dayandırılmış 1960/1961 mövsümündə SSRİ-nin «B» çempionatında iştirak edən Ufa klubu «Trud»un keçmiş hokkeyçiləri idi. 25 noyabr 1961-ci ildə Salavat Yulayev Çelyabinskdə SSRİ çempionatının «B» dəstəsində debüt etdi, "Metallurg" a məğlub oldu - 1: 3. İlk beynəlxalq matçları isə Salavat Yulaev 30 və 31 dekabr 1961-ci ildə Ufada Almaniya Demokratik Respublikasından olan «Bismutla» oynadı və hər ikisində qalib gəldi - 5: 3 və 5: 4.
Yaxt-klub (Taqanroq)
Yaxt-klub — Taqanroq şəhərində, Taqanroq körfəzi sahilimdə inşa edilmiş tikili. Adres:Taqanroq şəhəri, Portavaya keçəsi, ev 1–2. Taqanroq yaxt-klub 1908-ci ildə Kommersiya klubunda təşkil edilmişdir. Elə onun ilk idarəçiliyidə buradan həyata keçirilmişdir. Yaxt-klub üçün ilk bina XIX əsrin üçüncü yarısında taxtadan inşa edilmişdi. Bina "Rus gəmiçilik və ticarət cəmiyyətinin" imkanları daxilində inşa edilmişdur. Yaxt-klubun yaxınlığında cəmiyyətin agentliyi yerləşirdi. Taxta tikili özünəməxsus görünüşə malik olaraq qüllə və eyvanlara sahib idi. Eyvanlara pilləkənlərlə qalxmaq mümkün idi. Binada restoran və bilyard zalı mövcud idi.
Nou Neym Klub
Nou Neym Klub (ing. No Names Club) və ya Nou Neym Kilbörn (ing. No Names Kilburn) — Londonun Kilbörn rayonunda yerləşən həvəskar keçmiş İngiltərə futbol klubu. Klubun oyun meydançası pis şəraitdə olduğu üçün onlara "Palçıqçılar" (ing. Mudlarks) ləqəbi verildi. Klubun qeydə alınan ilk matçları 1863-cü ilin yanvar və aprel aylarında "Barns" klubu üzərində qələbə ilə başa çatan oyunlar idi. Klub 26 oktyabr 1863-cü ildə İngilətərə Futbol Assosiasiyasının 11 qurucu üzvlərdən biri idi və klubu İFA-nın ilk prezidenti seçilən klubun kapitanı Artur Pember təmsil edirdi. "N. N" İFA-nın qurucularından biri kimi müəyyən reputasiyaya sahib olsa da və 1866-cı ildə yalnız Assosiyasiyanın qanunları ilə oynayan 3 klubdan biri olsa da klub heç vaxt elit klublardan biri sayılmırdı və 1868-ci ildə Artur Pemberin mühacirətindən sonra kluba maraq azaldı. 1869–70 mövsümündə klub tez-tez yeni kapitan Tebbutt iştirak etmədən oynamaq məcburiyyətində qalırdı və klubun 5 fevral 1870-ci ildə "Apton Park" klubuna qarşı keçirdiyi və məğlubiyyətlə başa çatan son qeydə alınmış matçı zamanı yalnız yeddi oyunçusu oynamağa gəlmişdir. Klub həmin ay İngiltərə Futbol Assosiasiyasının illik yığıncağına nümayəndə heyətini göndərmiş və 3 mart 1870-ci ildə "N. N"-nin iki oyunçusu İngiltərə ilə Şotlandiya arasında keçirilən ilk təmsilçi oyunda iştirak etmişdi, lakin sonradan dərc edilmiş matç siyahılarında klubun hər-hansı fəaliyyəti barədə bəhs olunmur və klub adına hər-hansısa əlavə nəticələr mövcud deyil.
Şahmat üzrə klub komandalarının Avropa Kuboku
Şahmat üzrə klub komandalarının Avropa Kuboku Avropadan olan klub komandaları üçün illik hər il keçirilən şahmat turniridir, Avropa Şahmat Birliyi tərəfindən təşkil edilir. Turnir İsveçrə sistemi ilə 7 oyundan ibarət olur. Hər komandada 6 oyuncu olur. 1996-cı ildən qadın şahmatçılar da iştirak ediblər. 1956 Yuqoslaviya ŠK Partizan 1976 SSRİ Burevestnik Moscow and Almaniya Solingen SG 1979 SSRİ Burevestnik Moscow 1982 Macarıstan Spartacus Budapest 1984 SSRİ Trud Moscow 1986 SSRİ CSKA Moscow 1988 SSRİ CSKA Moscow 1990 SSRİ CSKA Moscow and Almaniya Solingen SG 1992 Almaniya Bayern Munich 1993 Fransa Lyon Oyonnax 1994 Bosniya və Herseqovina ŠK Bosna & Fransa Lyon Oyonnax 1995 Ermənistan Yerevan city 1996 Rusiya Sberbank Tatarstan Kazan 1997 Rusiya Ladia Azov 1998 Niderland Panfox Breda 1999 Bosniya və Herseqovina ŠK Bosna 2000 Bosniya və Herseqovina ŠK Bosna 2001 Rusiya Nikel Norilsk 2002 Bosniya və Herseqovina ŠK Bosna 2003 Fransa NAO Paris 2004 Fransa NAO Paris 2005 Rusiya Tomsk-400 2006 Rusiya Tomsk-400 2007 İspaniya Linex Magic-Mérida 2008 Rusiya Ural Sverdlovskaya oblast 2009 Rusiya Economist-SGSEU-1 Saratov 2010 Rusiya Economist-SGSEU-1 Saratov 2011 Rusiya Saint-Petersburg Chess Federation 2012 Azərbaycan SOCAR Azerbaijan 2013 Çexiya G-Team Nový Bor 2014 Azərbaycan SOCAR Azerbaijan 2015 Rusiya Siberia Novosibirsk 2016 Şimali Makedoniya Alkaloid Skopje 2017 Rusiya Qlobus 2018 Rusiya Mednı Vsadnik 1996 Serbiya və Monteneqro Agrouniverzal Belgrade and Gürcüstan Merani Tbilisi 1997 Serbiya və Monteneqro Goša Smederevska Pal.