Flock (mesajlaşma xidməti)
Flock — özəl mesajlaşma və əməkdaşlıq vasitəsi. 2014-cü ildə texnoloji sahibkar Bhavin Turaxiya tərəfindən təsis edilmişdir. Proqram "Windows", "MacOS", "Android", "iOS" və brauzer sistemlərində mövcuddur.
"Flock" istifadəçilərə "Flock App Store"dan xarici tətbiqləri və inteqrasiyaları konfiqurasiya etməyə və birbaşa "Flock"da bildirişlər və yeniləmələri qəbul etməyə imkan verir.
Flock bir "freemium" qiymət modelində işləyir. Tətbiq 2014-cü ildə istifadəyə verilmişdir.
== Doğma applikasiyalar ==
"Flock" aşağıdakı kimi biznes applikasiyaları ilə əvvəlcədən quraşdırılmışdır:
Poll app
Shared To-dos
Mailcast
Code snippet sharing
Reminders
Note sharing
My Favourites
== API ==
"Flock" özünün üstündə proqramlar, botlar və fərdi inteqrasiyalar yaratmaq məqsədilə tərtibatçılar üçün "FlockOS" platformasını təqdim etmişdir. "Flock" tərtibatçılara "FlockOS"un imkanlarından istifadə edərək innovativ proqramlar yaratmağa kömək etmək üçün müntəzəm hakatonlar keçirir.
== App Store ==
Flock istifadəçilərə Flock App Store-dan xarici tətbiqləri və xidmətləri inteqrasiya etməyə imkan verir. Bəzi ümumi tətbiqlərə "Google Drive", "Google Analytics", "Trello", "GitHub", "Twitter" və "Mailchimp" daxildir.