fokstrot
fokus-qrup
OBASTAN VİKİ
Fokus
Fokus-qrup — son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biri Fokus (Həndəsə) — Fokus Pokus (film, 1993) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi.
Fokus-qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fokus (Həndəsə)
"Fokus" sözü latın dilində "ocaq", "od" deməkdir. Bu termini elmə Kepler daxil etmişdir(1604). O bu sözü ərəblərdən tərcümə etmişdir. Ərəblər parabolanın foksuna "alışma nöqtəsi", parabolanın özünə isə "alışdırıcı güzgü" deyirlər. Kepler bu termini ellipsin və hiperbolanın fokuslarına da aid etmişdir. Ellipsin foksu - Ellips müstəvinin, verilmiş iki nöqtəsindən məsafələri cəmi sabit olan nöqtələr çoxluğudur. Həmin iki nöqtə ellipsin fokusları adlanır. Parabolanın foksu - Parabola, müstəvinin verilmiş nöqtəsindən və verilmiş düz xəttindən eyni məsafədə olan nöqtələr çoxluğudur. Həmin nöqtə parabolanın foksu adlanır. Hiperbolanın foksu - Hiperbola müstəvinin verilmiş iki nöqtəsindən məsafələri fərqinin modulu sabit olan nöqtələr çoxluğudur.
Fokus Qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fokus Pokus (film, 1993)
Fokus Pokus (orijinalda ing. Hocus Pocus) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi. Film, Massaçusetsstatının Salem şəhərində bakir yeniyetmə oğlan (Omri Katz) tərəfindən Hellouin gecəsi təsadüfən həyata qaytarılmış üç qəddar cadugərdən (Bett Midler, Sara Cessika Parker, Keti Nacimi) bəhs edir. Film, Mik Qarris və Neyl Katbert tərəfindən yazılmış ssenari əsasında Kenni Orteqanın rejissorluğu ilə çəkilmişdir. Film ABŞ-da 16 iyul 1993-cü ildə Walt Disney Pictures tərəfindən çıxarılmışdır. Çıxarıldığı il film, tənqidçilər tərəfindən əsasən mənfi qarşılanmış, neqativ və ya qarışıq rəylər almış, həmçinin kassa uğuru əldə edə bilməmişdir. Eyni zamanda, ehtimal ki, filmin kinoteatr yayımı zamanı Disney təxminən $16.5 milyon ziyana uğramışdır. Lakin, Disney Channel və Freeform (keçmiş ABC Family) telekanallarında hər il oktyabr ayında təkrar göstərilməsi izləyicilərin filmi yenidən kəşf etmələrinə imkan yaratmış, beləcə ilbəil Hellouin ərəfəsində filmin ev nümyişi üçün satışları artmışdır. Film Hellouinlə əlaqəli kult filmi statusu qazanmışdır. Filmin sikveli olan Fokus Pokus 2 30 sentyabr 2022-ci ildə Disney+ striminq xidmətində debüt etmişdir.

Значение слова в других словарях