Form

die; -, -en 1. şəkil, surət; qırım, forma, biçim; 2. (Sport) vəziyyət; gut in ~ sein yaxşı vəziyyətdə olmaq; 3. techn. qəlib (qalıb), model, nümunə, fason; 4. (gesellschaftlich) adab, davranış, əxlaq tərzi; 5. növ, cür; in ~ G, von D …şəklində; die ~ wahren ədəb qaydalarını gözləmək
Forelle
formal
OBASTAN VİKİ
Dell (yer forması)
Dell (yer forması)— Fiziki coğrafiyada yarğan kiçik, tənha bir dərədir. Eyni zamanda otlu, parka bənzər, adətən qismən meşəlik bir vadi kimi təsvir olunur. "Dell" sözü qədim ingiliscə dell sözündəndir və köhnə ingiliscə dæl, müasir "dərə" sözü ilə əlaqəlidir. Ədəbiyyatda boşluqlar çox vaxt xoş sığınacaq kimi təsvir edilir. Termin bəzən dingle ilə sinonim olaraq istifadə olunur, baxmayaraq ki, o, xüsusilə dərin yarğanlara və ya ağaclarla əhatə olunmuş çuxurlara aiddir. Bu terminlər həmçinin Dingle Dell, Kent və Dingle Dell Reserve, Oklandda tavtoloji yer adlarının nümunələrini yaratmaq üçün birləşdirilib.
Dendrobium formosum
Dendrobium formosum (lat. Dendrobium formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista formosa (Roxb. ex Lindl.) Kuntze Dendrobium formosum var.
Dracocephalum formosius
Yeganə Physostegia virginiana (L.) Benth. növü aiddir. Gülçülükdə bir növ- Virciniya fizostegiyasından (P. virginiana) geniş istifadə olunur. Bu bitkilərin hündürlüyü 1 m-ə qədər olub, nazik lansetvari yarpaqları uzun çiçək oxcuğunda sıra ilə yerləşib. Çoxlu sayda sortları olan bu bitki hündürlüyünə və çiçəklərin rənginə görə bir-birindən fərqlənir. Çiçəklərin rəngi ağ, tünd-qırmızı, yasəməni ya da bənövşəyi ola bilər. Fizostegiyanı əkməzdən əvvəl torpağı mineral gübrələrlə təmin etmək lazımdır. Payızda çiçək saplaqları kəsilməlidir. Fizostegiya bitkisini toxumla, yazda kolların və kökümsovların bölünməsi ilə çoxaltmaq olar. Dracocephalum denticulatum Aiton Dracocephalum denticulatum var.
Dreyk formulu
Dreyk tənliyi — qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formul. Formul aşağıdakı kimidir: N = R ⋅ f p ⋅ n e ⋅ f l ⋅ f i ⋅ f c ⋅ L {\displaystyle N=R\cdot f_{p}\cdot n_{e}\cdot f_{l}\cdot f_{i}\cdot f_{c}\cdot L} burada, N {\displaystyle ~N} — əlaqəyə girməyə hazır olan sivilizasiyaların sayı; R {\displaystyle ~R} — il ərzində bizim qalaktikada yaranan ulduzların sayı; f p {\displaystyle ~f_{p}} — planetləri olan ulduzların xüsusi çəkisi; n e {\displaystyle ~n_{e}} — sivilizasiyanın yaranması üçün müvafiq şəraitə malik olan planetlərin və peyklərin sayı; f l {\displaystyle ~f_{l}} — müvafiq şəraitə malik olan planetdə həyatın yaranması ehtimalı; f i {\displaystyle ~f_{i}} — həyat olan planetdə şüurlu varlıqların yaranma ehtimalı; f c {\displaystyle ~f_{c}} — əlaqəyə hazır olan və əlaqəyə girmək istəyən şüurlu sakinlərə malik planetlərlə, şüurlu sakinləri olan planetlərin sayına nisbəti; L {\displaystyle ~L} — bu sivilizasiyaların ömür müddəti. Formul Kaliforniyanın Santa-Kruz Universitetinin astronomiya və astrofizika professoru Frenk Donald Dreyk tərəfindən 1960-cı ildə təklif olunmuşdur. Onun 1961-ci ildə ehtimal olunan rəqəmlər əsasında apardığı hesablama aşağıdakı kimi olmuşdur. R = 10/il (ildə 10 ulduz yaranır) fp = 0.5 (ulduzların yarısının planetləri var) ne = 2 (sitemdə orta hesabla 2 planet həyat üçün yararlıdır) fl = 1 (əgər həyatın yaranma ehtimalı varsa, o mütləq yaranır) fi = 0.01 (həyatın şüurlu formayadək inkişaf etməsi ehtimalı – 1 %) fc = 0.01 (sivilizasiyaların 1 %-i əlaqə yaratmaq imkanına malik olacaq və əlaqə qurmaq istəyəcək) L = 10 000 il (texniki cəhətdən inkişaf etmiş sivilizasiya 10000 il mövcud olur) Bu təxmini hesablamaya əsasən N = 10 × 0,5 × 2 × 1 × 0,01 × 0,01 × 10000 = 10. Tənlikdəki göstəricilərdən yalnız R {\displaystyle ~R} və f p {\displaystyle ~f_{p}} astronomiyanın indiki inkişaf səviyyəsində müəyyən qədər dəqiq müəyyənləşdirilə bilər. Digər göstəricilərin müəyyənləşdirilməsi mümkün olmadığından Dreyk tənliyi kəskin tənqidlərlə qarşılaşmışdır.
Fluvial relyef formaları
Forma
Forma (yun. μορφή, lat. forma — qəbul edilmiş normativ xarici ölçü, görünüş. Forma (fəlsəfə) — materiyaya aid olan, məzmun anlayışına əks olan fəlsəfi kateqoriya. Forma (predmet) — predmetin konturlarının cizgisi. Forma (paltar), uniforma (lat. uniformis — ümumilik) — stilinə, tikilişinə, rənfinə, parçasına görə eyni olan vahid müəssisə geyimi. Format Formulyar Forma – [lat. forma – görünüş, forma] 1)əşyanın xarici görünüşü, şəkli; 2)hər hansı bir şeyin onun məzmunu ilə müəyyənləşən görünüşü, nümunəsi, tipi, quruluşu, qurulma sistemi; 3)məcazi mənada: zahirən görünən, formallıq; 4)hər hansı bir şeyin nümunəsi, şablonu, qaydası; 5)əşyalara müəyyən formanın verilməsi üçün vasitə; 6)müəyyən edilmiş nümunədə paltar; 7)bədii əsərin növü, janrı, təsvir vasitələri və üsulları; 8)dilçilikdə qrammatik mənanın ifadə edilməsi; 9)zahiri görünüş; 10)quruluş, struktur; 11)ülgü, biçim, şablon, nümunə; 12)riyaziyyatda bütün hədləri eyni dərəcəli olan çoxhədli, formalar nəzəriyyəsi, cəbri həndəsə, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyaziyyatın başqa sahələrində və mexanikada işlədilir; 13)tip, quruluş, təşkilat sistemi; struktur; 14)rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Forma (predmet)
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Forma yaddaşlı xəlitələr
Forma yaddaşlı xəlitələr uyğun əməliyyatdan sonra temperaturun təsiri altında struktur çevrilmələri sayəsində öz əvvəlki formasını alır. Bu xəlitələr 8%-ə qədər uzanma deformasiyasını dəf edərək geri qayıda bilir. Temperatur aktivliyini nəzərə alaraq prosesin tezliyi 2Hs-dən böyük olmur. Forma yaddaşlı materiallarda deformasiya mexanizminin əsasında geriyə dönə bilən termosərtlikli martensit çevrilməsi durur. Austenit tərkibli materialın deformasiyası zamanı o bir haldan digərinə - martensitə çevrilir. Bu materiallarda martensit yüksək termosərtliyə malikdir. Çevrilmə temperaturundan yuxarıda qızdırma zamanı əks proses baş verir, yəni martensitdə yaranan daxili gərginliklər, materialın strukturunu əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Keçid, deformasiyaya uğrayan kristal qəfəsin yenidən düzlənməsi ilə müşayiət olunur. Material öz əvvəlki formasını alır və soyuduqda yenidən martensitə çevrilməsinə baxmayaraq bu formanı saxlayır. Qəfəslərdə bu və ya digər istiqamətdə deformasiya zamanı ayrı-ayrı fazaların dənəciklərinin sərhəd səthləri boyunca yaranan sürtünmə nəticəsində histerezis effekti meydana gəlir.
Formal
Formal – 1)rəsmi, qanuni formaya uyğun olan. Məsələn, formal sübut, formal təsir; 2)yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. Formal məntiq – təfəkkürün elementar qanun və formaları haqqında elm. Formal məntiq – təfəkkür haqqında elm. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Formal dillər
Formal dillər — insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Riyazi məntiq və riyazi proqramlaşdırma dillərini formal dillərə aid ən önəmli nümunələr olaraq qeyd etmək olar. Formal dillərin hamısı müəyyən şəxslər tərəfindən yaranıb. Formal dillər elm və texnikada geniş istifadə olunur.Elmi tətqiqatlarda və praktiki fəaliyyətdə formal dillər təbii dillərlə paralel istifadə olunur. Bunlardan biri digərini tam əvəz edə bilməz. Təbii dil daha güclü ifadə imkanlarına malik olsa da,formal dil biliyin daha dəqiq təqdimatı cəhətdən üstündür. Riyaziyyatın bütün inkişaf tarixində müxtəlif obyektləri və anlayışları işarə etmək üçün həmişə simvolik işarələrdən istifadə olunmuşdur.Lakin işarələrdən başqa hər zaman təbii dillərdən də istifadə olunmuşdur.Elmin inkişafının müəyyən mərhələsində,əsasən ΧVΙΙ əsrdən başlayaraq,riyazi analizin ciddi məntiqi təhlilini və teoremlərin hökmlərini əsaslandırmaq üçün yeni bir yanaşmaya ehtiyac yarandı.Riyazi nəzəriyyələrin ciddi formalarla təqdimatı olmadan bir sıra məsələlərin həllinin mümkünsüzlüyü aydın oldu.Beləliklə,ΧΧ ərdən etibarən formal dillər yaranmağa başladı. Hər bir dil informasiyanı qarşı tərəfə çatdırmaq üçün istifadə olunur.Qarşı tərəf dedikdə insan,kompüter və s. nəzərdə tutulur.Dil informasiyanı birbaşa,yaxud dolayı yolla çatdırır.Dillər sintaksis və semantikadan ibarət olur.Sintaksis cümlənin quruluşunu müəyyənləşdirmək üçün istifadə olunur,semantika isə cümlənin mənasını müəyyənləşdirir.Semantika sözlərin və cümlələrin məzmununu düzgün qurmağa xidmət edir.Simvollar çoxluğuna əlifba deyilir,əlifba-simvolların nizamlanmış çoxluğudur.Əlifbaya ixtiyari simvollar:hərflər,ədədlər,heroqliflər,yol nişanları və s. daxil ola bilər.Simvolların müəyyən sintaksis qaydalar ilə düzülüşündən əmələ gələn konstruksiyaya söz deyilir.Sözdəki simvolların sayına sözün uzunluğu deyilir.Tutaq ki,A={a1,a2,…,an} hər hansı əlifbadır.Verilmiş əlifbada bütün sonlu sözlərdən(yəni uzunluğu sonlu olan)ibarət çoxluğa universum deyilir,bunu A* ilə işarə edək.Aydındır ki,bu çoxluğun gücü hesabidir.Verilmiş B={0,1} əlifbasının universumu B*={0,1,00,01,10,11,000,001,…} olar.Heç bir simvolu olmayan sözə "boş söz" deyilir və {e} ilə işarə olunur.Universumdan {e} sözünün kənarlaşması ilə alınan çoxluq A+=A*\{e}.
Formal məntiq
Formal məntiq — İnsan mühakimələrinin konkret məzmununu nəzərə almadan onların formasını — (strukturunu), quruluşunu öyrənir. Başqa sözlə, formal məntiq konkret məzmunu nəzərə almadan əqli nəticə və isbat qaydalarında, mühakimə, anlayışlar arasında əlaqənin və məntiqi nəticə çıxarılmasının qanunlarını öyrənir. Formal məntiqin əsasını Aristotel qoymuşdur. Formal məntiq – təfəkkür haqqında elm. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Formal qrammatika
Formal qrammatika — dedikdə elə qaydalar sistemi başa düşülür ki, onun vasitəsilə verilmiş formal dilin(yalnız bu dilin) düzgün sözləri qura bilir. Qrammatika vasitəsilə qurulan formal dilin sözlər çoxluğu sonlu, sonsuz, və ya boş çoxluq ola bilər. Qrammatika sözlər çoxluğunu ixtiyari qaydada qura, yaxud müəyyənləşdirə bilər. Beləliklə, qrammatika sözlərin daxili quruluşunun qanunlarını açıqlayır ki, bunlara sintaksis deyilir. Formal qrammatika— müəyyən sintaksis nəzəriyyə çərçivəsində qurulan qrammatik riyazi modeldir. Alqoritmik nöqteyi-nəzərdən formal qrammatikaların aşağıdakı növləri var: Tanıyan qrammatikalar: Bu qrammatikalar bir növ elə qurğudur ki, bunun girişinə daxil olan söz verilmiş dilə aiddirsə, "hə", aid deyilsə- "yox" çap olunur. Sadalayan qrammatikalar: Bu qrammatikalar verilmiş dilin bütün sözlərini bir-bir çap etməklə(sadalamaqla) iş görür. Aydındır ki, dilin sözlərinin sayı sonsuz olarsa, qrammatika heç zaman dayanmayacaq. Ancaq qrammatikanı məcburi o zaman dayandırmaq olar ki, lazım olan söz çap olunmuşdur. Doğuran qrammatikalar: Bunlar elə "qurğu"dur ki, dilin lazımlı sözlərini qurur.
Formaldehid
Formaldehid — ənənəvi adı latın sözü olub, “formika”dan götürülüb, qarışqa deməkdir, (CH2O) — rəngsiz qazdır. Formaldehid, metanol və qarışqa turşusunun aldehididir. Alifatik aldehidlərin homoloji sırasının ilk üzvüdür. Təmiz qaz halında formaldehid 80-1000C-də qaz olaraq stabildir. 800C-dən aşagıda yavaş-yavaş polimerləşir. Turşu və qələvilərin təsirindən bu proses sürətlənir. Formaldehid polyar həlledicilərdə, suda, spirtdə yaxşı həll olur. Onun suda 40%-li məhlulu formalin adlanır. Aşağı temperaturlarda qeyri-polyar həlledicilərdə-toluol, dietil efiri, etil asetatda, xloroformda (CHCl3) hər hansı nisbətdə qarışır. Petroleyin efirində həll olmur.
Formalin
Formalin — formaldehidin metanol ilə stabilləşmiş sulu məhluludur (metanal). Formalinin ən çox yayılmış 40% formaldehid, 8% metil spirti və 52% su ehtiva edən formasıdır. Formaldehidin mənbəyi, dezinfeksiyaedici və dezodorant maddələr, anatomik preparatların qorunması və dərinin aşılanması üçün mayelərdir. Qıcıqlandırıcı və zəhərlidir. Texniki formalin FM GOST 1625-2016 markalı "Texniki. Formalin. Texniki şərtlər" [1] – formaldehidin su-metanol məhlulu – rəngsiz şəffaf mayedir. Saxlama zamanı 40°C-dən çox olmayan bir temperaturda həll olunan bulanma və ya ağ çöküntü əmələ gəlməsinə məqbuldur. Belə məhlul 37 % formaldehid ehtiva edir və stabilləşdirici metanolun miqdarından asılı olaraq təxminən 1,1 q/sm³ sıxlığa malikdir. Sintetik qatranlar, sintetik kauçuk, səthi-aktiv maddələr (SAM), çoxatomlu spirtlər, formallar və digər metilen törəmələrinin istehsalında istifadə olunur.
Formania
Formania (lat. Formania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Formania mekongensis W.W.Sm.
Formania mekongensis
Formania (lat. Formania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Formania mekongensis W.W.Sm.
Formant
Formant (lat. formans (formantis) – doğuran, formalaşdıran) – nitq səslərinin tezliyinin səviyyəsi ilə əlaqəli olan və səsin tembrini əmələ gətirən akustik xarakteristikasıdır. Formantalar – səs tonu spektrinin hissəsidir, ortalama tezlik qiymətinə görə müəyyən edilmiş tezliklər oblastıdır. Səsin tanınması prosesi əsas etibarlı ilə formantların qavranılması ilə şərtlənir. Formant nitq siqnalının spektrini (enerjinin və ya amplitudun tezliklər üzrə paylanmasını) xarakterizə edən vacib parametrdir, formantı məhdud tezlik oblastında enerjinin konsentrasiyası kimi müəyyən etmək olar. Formant tezlik, en və amplitud ilə xarakterizə edilir. Formantın tezliyi olaraq maksimal amplitudun tezliyi götürülür. Başqa sözlə, formant – spektrin qrafikində amplitudun müəyyən kəskin yüksəlişi, onun tezliyi isə bu yüksəlişdə pikin tezliyidir. Şəkildə tezlikləri F0, F1, F2, F3 olan dörd formant göstərilib. F0 formantı nitq siqnalının əsas ton tezliyi də adlanır.
Format
Format (alm. format‎, fr. format, lat. forma) - Verilənlərin kompüterin yaddaşında, verilənlər bazasında, monitor ekranında və ya xarici daşıyıcıda yazılması və göstərilməsi qaydalarının məcmusudur. Verilənlər sahələrinin siyahısını, onların xarakteristikalarını, daxil edilən verilənlərin məzmununu və onların yerləşdirilməsini müəyyən edir.O, emal edilən, maqnit daşıyıcısına və ya optik daşıyıcıya yazılan, displeydə əks etdirilən və ya kağızda çap edilən informasiya obyektinin müəyyən strukturudur. Format yazıda (o cümlədən faylda, verilənlər bazasında və s.) informasiya obyektlərinin göstərilməsini simvolik şəkildə təsvir edən dil elementidir. İkilik informasiyanın kodlaşdırılması üçün istifadə olunur (məsələn, mətn faylı). Format – 1)poliqrafiyada hazır çap məhsulunun, yaxud çap kağızının ölçüləri; 2)fotoqrafiyada obyektivin təsvir sahəsi daxilinə çəkilmiş düzbucaqlı və ya kvadrat; 3)kitabın, səhifənin, kartoçkanın və s.-nin ölçüsü; 4)əndazə; 5)mətbəə məhsulunun kəsiləndən sonra fiziki ölçüləri; 6)kitabın, səhifənin, kağız vərəqin, kartoçkanın və s.-nin ölçüsü; əndazə. Məsələn, böyük format, kiçik format. Kiçik formatda fotoşəkil; 7)mətbuatda nabor səhifəsinin uzunluğu və hündürlüyü, sətrin uzunluğu.
Formentera-del-Sequra
Formentera-del-Sequra (isp. Formentera del Segura) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 4,3 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4364 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 45 km uzaqlıqda yerləşir.
Formiatlar
Formiatlar — formik turşunun estetləri və duzları. Metal formalaşmaları adətən metal hidroksidləri, oksidləri və karbonatları formik turşu ilə reaksiya hazırlanır. Formik turşu esterləri spirtlərin formik turşusu ilə reaksiya yolu ilə əldə edilir. Reaksiya katalizator ilə və ya olmadan davam edə bilər. HCOONa: sodyum format (sodyum format) HCOOK: potasium format HCOONH4: ammonium formatı (HCOO)2Ba: barium formatı HCOOCH2CH3: etil format HCOOCH3: metil format (formik turşun metil esteri) C7H16O3: trietilortoformat (ortoformik asit ester) Esterlərin forması ROC (O) H formuluna malikdir (RO2CH yazı formulunun alternativ yolu). Spiral formik turşu ilə həll edildikdə spontan bir çox formada. Ən əhəmiyyətli forma esteri, formik turşuya gedən bir vasitə olaraq istehsal edilən metil formatdır.
Formicidae
Qarışqalar (lat. Formicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur. Qarışqalar milyonlarla ildir mövcud olublar və arıya bənzər əcdadlardan təkamülləşdiyi güman edilir. Qarışqalar dinozavrlarla eyni dövrdə yaşamış, dinozavrlar müəmmalı şəkildə məhv olsalar da, onlar yaşamağa davam etmiş, hər bir şəraitə uyğunlaşmışlar. Qarışqaların ömrü növündən asılı olaraq dəyişə bilər, bəziləri cəmi bir neçə həftə yaşayır, bəziləri isə bir neçə il yaşaya bilər. Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımcı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır.
Formidable
Formidable — Amerikalı müğənni Latoya Ceksonun albomu.
Formidable (mahnı)
Formidable Belçikalı müğənni Stromaenin mahnısı. Mahnı 2013 ildə iyunun 4 yayımlanmışdır və Racine Carrée albomunun sayca ikinci mahnısı sayılır. Fransa musiqi çartlarında birinci yerə çıxmışdır. Bu mahnı Stromaenin 2009-cu ildə yayımlanan "Alors on dance" mahnısından snora ən uğurlu mahnısıdır. 21 may 2013-cü ildə YouTube'da Stromaenin içkili halda olan həvəskar videosu yayımlandı. Video Brüsseldə "Louise/Louiza" metro stansiyasında çəkilmişdir. Videoda həmçinin insanlar Stromae və onunla birlikdə üç polisin şəklini də çəkir.
Forminqa
Forminqa (qədim yunanca: φόρμιγξ) qədim Yunanıstanda Homer dövründən istifadə edilən və Mesopotamiyada yarandığı güman edilən yarımdairəvi və ya oraq formalı lira ailəsindən olan simli alətdir. Onun ikidən altıya qədər simləri var idi və barmaqların və ya mizrabın köməyi ilə çalınırdı. Eramızdan əvvəl IX əsr və eramızdan əvvəl VI əsrlər arasında Kifara və Lira onu əvəz edənə qədər varlığı sübut edilmiş bir musiqi aləti olmuşdur. Ozan hər hansı bir dastanı izah edərkən onu Homerin “İliada” və “Odisseya”sında təsvir edildiyi kimi bir adam Forminqa ilə müşayiət edirdi. Arxeoloji tapıntılara və həm Qədim Yunanıstandakı nəzəri musiqi əsərlərinə, həm də bu barədə izahat verən digər mənbələrə (Hesiod, Aristophanes) görə, forminqa liradan fərqli olaraq cəmi dörd simli idi və buna görə də bu alətdə yalnız dörd səs çalınırdı. Forminqanın daha sonrakı (növbəti dövrlər) variantlarında simlərin sayı yeddiyə qədər ola bilərdi.
Formiya
Formiya (it. Formia) — İtaliyada şəhər, Lasio regionunda yerləşir, Latina inzibati mərkəzinə tabedir. Əhalisi 36 842 nəfərdir (2005-ci il), əhalinin sıxlığı 505 nəfər / km²dir. 73 km ² ərazini əhatə edir. Poçt kodu 04023. Telefon kodu 0771. Formiya qədim zamanlarda Laconi tərəfindən yaradılıb və Yunanıstan, Ὁρμίαι (hormiai, "açılış yeri") və daha sonra erkən Latın, Ormiae adlandırıldı. Qədim Roma dövründə Formiya (Hormia və Ormiai-dən çıxarılıb, mükəmməl açılış üçün) adlanırdı. İmperator dövründə məşhur bir kurort idi. Siseron M.Ö 43-ci ildə şəhərin kənarında yerləşən Appian Yolu üzərində qətlə yetirilmiş və məzarı kiçik bir turizm obyekti olaraq qalmışdır.

Значение слова в других словарях